"Çünki Nuh əleyhissalamın qavimi suda boğuldu" - dedi.
"Nə üçün abadlıq yeri tərk edib xarabalarda məskən salırsan?"
"Xarabalar Hz. Allahın mirasıdır, mən də Hz. Allahın mirasında oturaram".
"Xaraba üstünə qonan zaman nə deyərsən?"
"Burada yeyib-içərək dolananlar haradadır?" deyərəm".
"Bəs abad yer üzərindən keçsən nə deyərsən?"
"Təəssüf ki, insan oğlu qarşısında bu qədər çətinlik ola-ola necə rahat yatmaqdadır" deyərəm.
"Gündüzlər nə üçün çıxmazsan?"
"İnsan oğlunun özünə etdiyi zülmün çoxluğundan..." dedi.
"Ulayaraq nə deyərsən?"
"Ey qafil, axirət səfərin üçün azuqə hazırla" deyərəm və "Subhane xaliqin Nur" deyə zikr edərəm" - dedi.
Bunun üzərinə Hz. Süleyman (ə.s.) belə buyurdu: "Quşlar içində insan oğluna bu qədər gözəl nəsihət verən və bundan daha şəfqətli olanı yoxdur. Cahillərin ondan nifrət etmələri, onu uğursuz saymaları nə əcaib şeydir!.."