Qadin.NET / Səhəngdəki çat

Səhəngdəki çat

 

Hindistanda bir xidmətçi boynuna asdığı uzun bir ağacın uclarına keçirdiyi iki böyük səhənglə su daşıyırmış və səhənglərdən birinin çatı varmış. Salamat səhəng hər dəfə çeşmədən ağanın evinə qədər uzun yolu dolu gəldiyi halda çatlağı olan səhəng yalnız suyun yarısını evə çatdıra bilirmiş. Salamat səhəng bu uğuru ilə fəxr edərkən çatlaq səhəng vəzifəsinin yarısını yerinə yetirdiyinə görə çox utanırmış. 2 il sonra bir gün çatlaq səhəng çeşmənin yanında xidmətçiyə səslənir:

 -Özümdən utanıram və səndən üzr istəyirəm.

- Nə səbəbə?

Səhəng belə cavab verir:

- Çünki çatlağımdan su sızdığına görə su daşımaq vəzifəmin yarısını yerinə yetirə bilirəm.Mənim ucbatımdan bu qədər çalışmağına baxmayaraq, əməyinin tam qarşılığını ala bilmirsən!

Xidmətçi səhəngdən soruşur:

- Yolun yalnız sənin tərəfinə aid olan hissəsində çiçəklərin olduğunu və digər səhəngin tərəfində heç bir çiçəyin olmadığının fərqinə vardınmı? Bunun səbəbi mənim sənin qüsurunu bilməyim və ondan faydalanmağımdır.Yolun sənə aid olan hissəsinə gül toxumları əkdim və hər gün biz çeşmədən dönərkən sən onları suladın. İki ildir mən bu gözəl gülləri toplayıb onlarla ağanın süfrəsini bəzədim. Sən belə olmasaydın, o evdə bu gözəlliklər yaşanmayacaqdı. 

Əlbəttə ki, hər birimizin özünəməxsus qüsurları vardır. Amma bu qüsurlarımızı şişirtmək yerinə onları düzəltməyə və yaxşılığa çevirməyə çalışaq. Bəlkə də biz öz qüsurlarımızla elə gözəlliklərə səbəb oluruq ki, heç özümüz də bu gözəlliklərin fərqinə varmırıq. Eyni ilə bu mövzudakı səhəng kimi.

11 sentyabr 2011
GO BACK