Qadin.NET / Təzyiqin nəticəsi...(4-cü hissə)

Təzyiqin nəticəsi...(4-cü hissə)

 

Təzyiqin nəticəsi...(4-cü hissə)


 

Lamiyənin başına gələnlərdən sonra onun əhvalını açmaq üçün arada, vaxt tapan kimi zəngləşib görüşər, birlikdə vaxt keçirərdilər.Zaman hər dərdin dərmanıdır, həqiqətən də.Lamiyənin bir az əvvəlki acıları artıq geridə qalmışdı.Növbəti görüşlərin biri idi.Lamiyə özünü qəribə aparır, sözlü adama oxşayırdı.Üzdə danışıb gülsə də gözlərində tərəddüdlə kədər qarışıq bir ifadə vardı.Sanki həyatı indi demək istədiyi sözdən, daha doğrusu bacı qədər sevdiyi rəfiqəsinin o sözə, Lamiyənin qərarına göstərəcəyi reaksiyadan asılı idi.Amma bilmirdi necə desin.Aytən onu özü kimi tanıdığı üçün sözə özü başladı:

-Hə, bacı, eşidirəm səni.

-Nə deyim axı?

-Demək istədiyin sözü.Ürəyindəkini.

-Sən hardan bilirsən ki, ürəyimdə nə var?Ürəyimə girmisən?-gülə-gülə dedi.

-Gözlərin danışır da, səndən xəbərsiz.Hə, tez danış görüm, nə baş verir?Ürəyimi partlatma.

-Mənimlə eyni ildə,- biz 8-ci sinifdə oxuyanda,-amma məndən sonra sinfimizə bir oğlan gəldi ha, yadındadır?

-Əlbəttə.Seymuru demirsən?Nə olub ki?

-Sən demə o da bizim universitetdə oxuyurmuş.

-Necə?Bəs sən bu neçə ildə görməmişdin onu?

-Əvvəldən bizdə oxumayıb.Universitetimizin rayon filialından bu il köçürməylə gəlib.Başqa fakültədə oxuyur.Amma eyni korpusdayıq.Demək olar hər gün görüşürük.

-Görüşürsüz?

-Yəni demək istədim ki, hər gün rastlaşırıq.Bir-birimizi görürük.

-Ondan danışanda gözlərin niyə belə gülür, qız?-Aytən gülə-gülə soruşdu.

-Yadındadır son zəng günü?Həmin gün mənə qəlbini açdı.Mənsə ona “Yox” dedim.

-Hə, yadımdadır.Son zəng günü hamı deyib-gülür, o isə qəmgin baxışlarla səni süzür, bir kənarda təkcə dayanıb bizə baxırdı.Niyə qəlbini qırdın ki onun?Heç olmasa qəti fikrini həmin gün deməzdin.Bir dəfəlik “Yox” deyib qəlbini qırmayaydın gərək.Səndən çıxmayan iş.Axı sən kimsəni incitməzdin.”Yox” cavabını ona başqa zaman deyə bilməzdin?

-Ehh, nə bilim ee.Fikirləşdim ki, boş ümid verməkdənsə birdəfəlik düzünü deyim.İmtahan qabağı idi.Ümidlənər, bütün gün boş yerə xəyal qurub məni düşünər, imtahana yaxşı hazırlaşa bilməzdi.

-Nə fərqi oldu ki..Yenə də hazırlaşa bilmədi də.Hazırlaşsa az balla filiala, həm də ödənişli fakültəyə düşməzdi..

-O zaman həm bir sinifdə oxuduğumuz üçün, həm də arıq, çox cılız olduğu üçün bəyənmədim onu.O dövrdə düşünürdüm ki, mənim xəyalımdakı ağ atlı şahzadəm mütləq uzaqdan olmalı və maniken tipli çox yaraşıqlı biri olmalıydı.

-Ehh, gördük də yaraşıqlıları,-Kamillə Elvin də çox yaraşıqlı idilər.İkisinin də dərdindən ölürdü qızlar.Amma nə olsun?Yaraşıq yerinə bir az ağılları, vicdanları olaydı kaş.Nə isə.Dərdini də təzələdim lap.Bağışla, bacı..De görüm, Seymur indi necədi, çox dəyişib?

-Hə, iki il əvvəl gördüyüm Seymur deyil.Heç tanımadım ee qarşılaşanda.Mənə yaxınlaşıb salamlaşanda elə bildim kimdisə tanış olmaq istəyir mənimlə.Sonra diqqətlə baxanda üzü bir az tanış gəldi.Qəşəngləşib həm də..-Bunu deyəndə bir az qızardı Lamiyə..

-Aha, day denən torbada pişik var daa, qız,-Aytən nəhayət məsələnin nə yerdə olduğunu anladı.

-Elə mən də sənə bayaqdan bunu demək istəyirdim.O, Elvinlə görüşdüyümüzü və artıq ayrıldığımızı bilir.Hardansa öyrənib.Buna baxmayaraq mənə yenə ürəyini açdı.Bu dəfə “Yox” demədim.Hər şeyi onunla unutmaq istəyirəm.Səncə səhv edirəm?Elvinlə ayrılmamızdan elə də çox zaman keçməyib, amma mən yeni sevgili haqda düşünürəm.Sən nə fiirləşirsən bəs?Sənin fikrin mənimçün çox-çox vacibdir, bacı.

-Mən nə fikirləşəcəm ki.Allah xeyir versin.Bax, xeyir-duanızı da verdim,-deyib Aytən rəfiqəsini bər-bərk qucaqlayıb hər iki yanağından öpdü.

-Elə səndən də bu cavabı gözləyirdim.Səndən yoxdur, birdənəsən sən.-Sevincdən Lamiyənin gözləri yaşarmışdı.

-Bəlkə gələn dəfə üçlükdə görüşək.Necə də olsa sinif yoldaşı olmuşuq.Yenidən o günlərə qayıdarıq.Həm də səni ona tapşıracam.Səni asanlıqla əldə edə bilməyəcəyini qoy bilsin..

Rəfiqəsiylə bu dəfəki görüşü Aytənin son günlərdə ən maraqlı görüşü, aldığı xəbər sanki öz həyatının ən vacib xəbəri, nəhayət bu gün-ömrünün ən xoş günü oldu..Marşrutda arxa oturacaqların birində, pəncərə tərəfdə oturdu.İstəmirdi gözlərindən qeyri-ixtiyari axan yaşları kimsə görsün.Sevincdən axan göz yaşları olsa belə.Pəncərədən çölə baxanda gözlərinə inanmadı.Əl-ələ tutub parkda gəzən o cütlüyü görəndə sanki cərəyan vurmuş kimi oldu.Bu nədir?O yuxu görürdü?Sarışın, toppuş qızın əlindən bərk-bərk tutan Kamil idi, ya ona elə gəldi?Əlbəttə o idi!Əynindəki o qara zolaqlı mavi köynəyi də elə Aytən bu yaxınlarda-ad günündə bağışlamışdı Kamilə.Gözü ilə görməsəydi bütün dünya yığışıb Kamilin ona xəyanət etdiyini desəydi inanmayacaqdı yenə.Axır ki, öz gözüylə gördü.Sənə olunan xəyanəti öz gözünlə görmək nə pis şeymiş, ilahi?Xəyanətin bu qədər acı olduğunu indi bildi.Axı ilk dəfəydi dadırdı bu zəhərdən də acı xəyanəti..Kaş gözləri kor olaydı.Kaş bu avtobus bir az əvvəl qəzaya düşəydi.O öləydi, amma görməzdi bu mənzərəni..”Mən səninçün nələr etmədim?Nələrdən keçmədim?Sağlamlığımı itirdim.Atamın nifrətini qazandım.Bunun üçünmü?Bunun üçünmü?Yox, bu artıq səbr kasamı daşdıran son damla oldu.Daha bitdi..Mənim kimi sevgimiz də bitdi.Bitdiii..”

Bayaqkı sevinc göz yaşları qurumamış onu acı göz yaşları əvəz etdi..Həm də bərkdən, hönkürtüylə ağlayıb ürəyini boşaltdı.

                                 

Evə gələn kimi otağına keçdi.Yuxu dərmanı atıb yatağına uzandı.Bəlkə bir az yata bilsə sakitləşərdi.Sakit başla daha düzgün qərar qəbul edə bilər.Az sonra yuxuya getdi.Bir neçə saat sonra oyandı.Evdəkilər Dilarəgildən hələ də qayıtmamışdılar.Evdəki səssizlikdən hiss olunurdu.Yenə tək idi...Yatsa da heç nə dəyişmədi.Bayaqkından da pis idi.Xatırladıqca əhvalı anbaan pisləşirdi.Sanki qanı donmuşdu damarlarında.Nəfəsi ağırlaşır, çətinliklə gedib-gəlirdi.Ürəyi dəhşət sıxılır, az qala ağlını itirmək üzrəydi.Gah öz-özünə dəli kimi gülür, gah ağlayırdı.Axşam atası işdən qayıdanda Dilarəgilə səhərdən qonaq gedən anasıyla qardaşını da gətirdi.Hamının əhvalı yaxşı idi.Onların da qanını qaraltmamaq üçün Aytən bir söz demədi.Əvvəlcə Kamillə görüşüb qərarını ona bildirdikdən sonra valideynlərilə danışacaqdı.Belə də etdi.Elə səhəri gün Kamil onu evdən gəlib götürəndə heç nə olmamış kimi onunla çıxdı.Dünən gözüylə gördüklərini yolda Kamilin üzünə deyəndə o tutuldu.Əvvəl istədi inkar etsin.Bundan bir şey çıxmayacağını görüb etiraf etdi.Həmin qızla bir neçə aydır görüşürmüşlər..Çox peşman olduğunu, Aytəni belə “xırda şeylər”ə görə itirmək istəmədiyini dedi.Özünə bəraət üçün o qızla aralarında heç nə baş vermədiyinə and da içdi.Amma bu üzrlərin, andların Aytən üçün heç bir əhəmiyyəti olmadı.Onu bağışlamadı.Evə gəlib qəti qərarını-nişanı qaytarmaq istədiyini valideynlərinə də bildirdi.

Kamil Aytənin bu qərarını ilk vaxtlarda ciddiyə almamışdı.Düşünmüşdü ki, bu, Aytənin şıltaqlığıdır.Ona bir az zaman vermək lazımdır.Zaman keçdikcə unudacaq və özü barışacaq.Axı Kamili çox sevir.Həm də aralarında baş verənlərdən sonra Aytən tamamən ayrılmağa risk etməzdi.Bu fikirlərlə bir neçə gün onun gözünə görünmədi, zəng də etmədi.Baş verənlərin unudulmasını gözlədi.Nişanlısının onu bağışlayacağına o qədər əmin idi...Hətta Kamilə elə gəlirdi çox keçməz Aytən özü onu axtaracaq.Amma sən saydığını say...Günlər həftələrə, həftələr aylara çevrildi.Aytənin yumşalmadığını, onu bağışlamadığını görəndə özü buna cəhd  etdi.Anasıyla birlikdə Aytəngilə barışıq üçün gedəndəsə gözlədiyinin  tam tərsi oldu.Nişan üzüyü və o günədək Aytənə gətirdikləri və özünün ayrıca aldığı bütün hədiyyələrlə birlikdə onları yola saldılar.Kamil nəhayət hər şeyin bitdiyini, sevgilisini itirdiyini anladı.Çox peşman olsa da artıq gec idi.

Təhqir olunmasına, hətta döyülməyinə belə dözən Aytən bircə xəyanətə dözmədi.Onu bağışlamağı çox istərdi.Amma bacarmadı..Xəyanətin acı zəhəri qanına kimi işlədi.Onu içindən yedi, bitirdi, məhv etdi..Kamillə bir yerdə olmağa onu son günlərdəki rəftarına baxmayaraq məcbur edən səbəb də daha gözündə deyildi.Bu da onu fikrdindən döndərmədi.Onun böyük sevgisi belə adi sonluqla başa çatdı..

Daha onun öz arzusu, onu həyata bağlayan bir istəyi qalmamışdı.Qoy bundan sonrakı taleyini valideynləri həll etsinlər.-İndi blə düşünürdü..

...Bütün baş verənlər Aytəni çox dəyişdi.Bədbinləşmişdi.Daha qapalı olmuşdu.Evdən bayıra çıxmağa da həvəsi yox idi.Nə bacısı Dilarəgilə gedər, nə rəfiqəsi Lamiyə ilə gəzməyə çıxardı.Anasına ev işlərində kömək edər, boş vaxtındasa balaca Elçinlə oynayıb başını qatmağa çalışardı.

Beləliklə bir il keçdi.Yavaş-yavaş özünə gəlməyə başlayırdı.Yaxşı ki, Lamiyə var idi.Bircə o təsir edə bilirdi ona.Lamiyə ilə axırıncı söhbəti çox mütəəsir etmişdi onu.Həmin söhbətdən sonra özünə söz verdi ki, yaşamaq, xoşbəxt olmaqçün mübarizə aparacaq, dirənəcək, eynən rəfiqəsi kimi.Aytəni gəzməyə çıxara bilməyən Lamiyə həmin gün özü gəlmişdi Aytəngilə.Çox sevincli, bir az da həyəcanlı görünürdü.Görünür yenə mühüm və xoş bir xəbərlə gəlib yenə.Söhbətə hardan başlayacağınısa bilmirdi-gözlərindən görünürdü.Əvvəlcə Aytəndən hal-əhval tutmaq istədi.Axı çoxdandır görüşmürdülər.Gələn kimi onun halını soruşmadan ancaq özü haqda danışmaq yaxşı çıxmazdı.

-Şükr, gözümə yaxşı dəyirsən bacı.Telefonda danışsaq, tez-tez zəng zəngləşsək də görüşməyin, üzbəüz danışmanın yeri başqadır.Hər dəfə zəng edəndə, halını soruşanda “Yaxşıyam, bacı, narahat olma” desən də səsindən hiss olunurdu heç də yaxşı deyilsən.Amma indi deyəsən bir dəyişiklik var, üzün gülür daha..

-Əsəblərimi müalicə etdirdim bir müddət.Psixoloqla da əlaqə saxlayıram hələ də.Tapşırdı ki, evə qapanıb qalmayım.Bu daha pis təsir edər.Hər şeyi unutmaq istəyirəmsə mütləq insanlar arasında olmalı, tez-tez gəzintilər etməli, kiçik də olsa dəyişikliklər etməliyəm həyatımda.Və bunu özüm etməliyəm.”Özün-özünü sağaltmağa çalış” tapşırdı mənə.Hərdən vaxt tapanda kitab oxuyuram.Elə öz dərsliklərimi.Axırıncı iki ili yaxşı oxuya bilmədim.Bir yandan qaqaşa başımız qarışdı, bir yandan da fikrim Kamildə, onunla görüşlərimizdə qaldı.Sevgiylə dərs bir yerdə alınmır.Şagird hara, sevmək hara?

-Aaa, nə yaxşı?Demək nəyəsə marağın yaranıb.Bu yaxşı haldı.İnsanda maraq, istək olanda onda ümid də yaranır.Ümid varsa yaşamaq həvəsi də artacaq.Amma adi maraq üçün deyil, ali məktəbə qəbul məqsədilə oxu.Sən axı sinfimizdə hamımızdan yaxşı oxuyardın.Səndən pis oxuyanlar, orta qiymətlərlə məktəbi bitirənlər bu gün tələbəykən sən niyə ali təhsil almayasan ki?

-Ehh, üç il keçib.Bundan sonra hazırlaşsam da inanmıram qəbul olam.

-Belə inamsız olma.Hazırlaşmana bir il də bəs edər.

-Atam da sən deyənləri deyir.Hazırlıq kursuna yazılmamı təkid edir.Bilmirəm, tərəddüd edirəm hələ.Qorxuram bu dəfə də qəbul ola bilməyəm.Onun ümidlərini qıram.Daha onu məyus etmək istəmirəm.

-Nahaq yerə qorxursan.Sən axı həmişə cəsarətli olmusan.Özünə güvən.”Bir işi başlamaq-onun yarısını etməkdir”-bu sözü deyən sən deyildin,Belə inamsız olma.Ən azından bir cəhd etmiş olarsan.

-Yaxşı, fikirləşərəm.Sən indi özündən danış.Nə var, nə yox?Hiss edirəm mənə xeyir xəbər verməyə hazırlaşırsan.Hə, düz tapdım?

-Həmişəki kimi düz tapdın.Səni toyuma dəvət etməyə gəldim.Seymurla evlənməyə qərar verdik.

-....-Aytən susdu, dərhal cavab verə bilmədi.Bilmədi bu xəbərə sevinsin, ya kədərlənsin.Düzdür bacı qədər sevdiyi rəfiqəsinin bu xoş gününə sevinməyə bilməzdi.Amma onu kədərləndirənsə Lamiyənin sonrakı taleyi haqda olan narahatlığı idi.Seymur onun keçmişini, “səhvini” bilirmi?Bilsə qəbul edəcəkmi?Bunu özündən soruşmağa çəkindi.Qəlbinə dəymək istəmədi.Lamiyə onun bir qədər fikrə getdiyini, dediyi xəbərə dərhal reaksiya vermədiyini görüb rəfiqəsinin fikirlərini oxuyurmuş kimi davam etdi:

-Seymurla əvvəl dost kimi görüşürdük.Necə də olsa üç il bir sinifdə oxumuşuq.Bir ildir bir yerdəyik.Onunla hər günkü görüşlərimiz, gün ərzində saysız zənglərimiz məni ona bağladı, məndə sevgiyə yenidən inam yaratdı.Yalnız sevdim..Onunla evlənəcəyimizi isə düşünmədim.Özümü ona layiq görmürdüm..Bu təklif mənimçün də çox gözlənilməz oldu.Onun sevgisinə, sadiqliyinə özümdən çox inanıram..

-Heç vaxt demə ki “Mən ona layiq deyiləm”.Bu sözü bir də eşitməyim.Sən hər şeyin ən yaxşısına layiqsən.Qəlbin çox təmizdir.Allah qəlbinə görə versin.Heyf ki, oğlanlar bizim kimi düşünmürlər.Onlar “yaxşı qız”dan istifadə edib onu atandan sonra bu azmış kimi hələ ona “pis qız” damğasını da vururlar.Seymur Elvinlə görüşdüyünüzü, sevgili olduğunuzu bilirdi.Bəs aranızda olanları?

-Əlbəttə...Danışdım.Çətin olsa da..Hər şeyi olduğu kimi..Onu aldatmaq istəmədim.Elvinin dediyi kimi etmək-qızlığımı bərpa etmək-sevdiyim insana qarşı ən azından vicdansızlıq olardı.Lap buna görə məndən ayrılsaydı da danışıb rahatlanmalıydım.

-Sonra?Necə qarşıladı?-Lamiyə danışdıqca həmin anı təsəvvür etməyə çalışan, özünü Lamiyənin yerində hiss edən Aytən də həyəcanlandı..

-Normal qarşıladı.Mənə görə, aldadıldığım, əzab çəkdiyimçün pis olsa da səhvimə görə məni günahlandırmadı..Ona layiq olmadığımı, məndən qat-qat yaxşı qızla evlənməsini özünə də dedim..Fikrindən dönmədi.Dedi:-“Mənə qədər həyatında nə olubsa olub.Mənimlə olduğun müddətdə sadiq olman mənə yetər.O səhvi sən təklikdə etməmisən.Neyləyəsən ki, qarşına elə əclafı çıxıb.Səni həyata, sevgiyə küsdürüb..Söz verirəm ki, sənə hər şeyi, bütün acılarını unutduracam.Mənə inan..”-Seymur danışdıqca göz yaşlarım dayanmaq bilmirdi.Həqiqətənmi dünyada Onun kimi Mələk simalılar varmış..Dogurdanmı çəkdiyim əzabların mükafatı kimi Allah onu mənə bir ərmağan göndərmiş??Onun təklifini qəbul etdim.Amma hələ də inana bilmirəm.Bu yuxudur, ya reallıq?

...Lamiyə ilə bu söhbətini hər dəfə xatırladıqca gələcəyə inamı daha da artırdı.Tələbə olmaq və nə zamansa sevmək ümidi yenidən baş qaldırmışdı içində...

Ardı var...

14 sentyabr 2011
GO BACK