Beləcə hər gecə evdəkilərin hamsının yatdığına əmin olandan sonra bütün günü sönülü olan telefonunu (bu telefondan evdəkilərin xəbəri olmadığı üçün həmişə sönülü saxlamağa məcbur idi) açıb Kamilə zəng edər, demək olar səhərədək danışardılar.Səhər açılandasa məktəbli formasını geyinib,-çox zaman heç yemək də yeməzdi-məktəbə gedərdi.Kamil heç olmasa gündüzlər dərsdən gələndən sonra yatıb dincəlsə də, Aytən gündüzlər ev işlərində, qardaşına baxmaqda anasına kömək etdiyi üçün yata bilmirdi.Bu gecə zəngləri, daimi yuxusuzluq, atasına görə keçirdiyi sarsıntılar öz nəticəsini göstərdi.Daha gecələr istəsə də yata bilmirdi.Yuxu dərmanıyla yata bilərdi ancaq.Hər gecə də yuxu dərmanıyla yatmaq olmazdı axı.Həm təhlükəli ola bilər, həm də ki, daha ona dərmanlar da təsir etmirdi.Yalnız yuxusuzluq problemi deyil, həm də son günlərdə tez-tez özündən getməsi onun sağlamlığıyla bağlı başqa problemlərinin olacağından da xəbər verirdi.İlk müayinə zamanı həkim sadəcə qan azlığının olduğunu deyib guya sakitləşdirmək istəmişdi onları..Xəstəlik haqda düşünmək istəmirdi.Onu yaşadan, həyata bağlayan Kamil idi.O elə ən böyük dərman idi Aytənçün.
Dərs ili sona çatmaq üzrəydi.Aytən də məzun olurdu bu il.Məktəbi qurtarmağa az qalmış yenə elçilər bir-birinin ardınca gəlirdilər.Atası hər birinə eyni cavabı verib yola salırdı:-“Hələ tezdir..Qızım hələ oxumalıdır.”
Amma Aytən məzun olan ili ali məktəbə qəbul ola bilmədi.Tələbə olmaq arzusu puç oldu.Daha doğrusu tələbə olardısa şəhərdə sevgilisiylə rahat görüşmək arzusu idi puç olan..
Yaxşı ki, bu gecələr vardı.Dərdinə ortaq olan gecələr.Heç olmasa sevgilisinin səsini eşidə bilirdi.Niyə o hamı kimi həyat sürə bilmir?Hamı kimi gündüz deyil, ancaq gecələr danışmağa məcbur idi sevgilisiylə?Başqaları gecə yatıb dincələndə o oyaq qalır..Daimi yuxusuzluq artiq əsəblərini də pozub.
Bu gün rayondan qonaqları gəlib.Onlar gələndə adətən Aytəngildə gecələyir və çox gec yatırlar.Artıq gecə saat 4-dür.Səhərə az qalıb.Nəhayət hamı yatdı..”Çox gecdir..Görəsən Kamil yatmış olar, ya oyaqdır hələ?Zəng edim, ya etməyim?”-öz-özünə dedi..Zəng etməyə tərəddüd etsə də sonda dözmədi..
-Salam, necəsən?
-Salam, Balacam.
-Bağışla ki bu vaxt narahat etdim..
-Bayaqdan zəngini gözləyirdim.Səhərədək gözləyəcəkdim etməsəydin.
-Çox darıxıram, Kamil..
-Ehhh..Heç məni demirsən...
-...
-Niyə bikefsən, Balacam?Qanını yenə kimsə qaraldıb?
-Yox..
-Hiss edirəm nəsə olub.Gizlətmə məndən, de.
-Atam məni istəməyə gələn elçilərə məndən soruşmadan da özü cavab verib yola salırdı əvvəllər.Onlara :-“Qızım oxumalıdır hələ” deyirdi...-deyib Aytən susdu..
-Hə, sonra?
-Universitetə qəbul ola bilmədim.Atam indi sanki məni başından etmək istəyirmiş kimi ilk gələn elçiyə “Hə” deməyə hazırlaşır...
-Nə vaxt gələcəklər?
-Gələn həftənin bazar günü.
-Səni heç kəsə verməyəcəm.Sən mənimsən, ancaq mənim.
-...
-Bu həftənin bazar günü elçilərimi göndərəcəm..
Kamilin atası ilə anası o hələ uşaq olanda ayrılmışdılar.Tək uşaq idi.Nə bacısı vardı, nə də qardaşı.Anası boşanandan sonra daha ərə getməmiş, həyatını tək oğluna həsr etmişdi.Kamil də anasının əziyyətini yerdə qoymadı.Çalışırdı anasını çox yükləməsin artıq xərcləriylə..Dərsdən sonra işləmək istəsə də anasını heç cür razı sala bilmədi..
Süleyman heç cür razılaşmaq istəmirdi.Kamilin valideynlərinin boşanmış olması onun ürəyincə olmadığı üçün qızının belə bir ailəyə gəlin olmasını istəmirdi.Onun fikrincə Kamil “yaxşı ailədən” deyildi.Üzünü Aytənə tutub dedi:
-Qızım, mənim fikrimi bilmək istəyirsənsə mən heç razı deyiləm bu qohumluğa.Onlar bizim ailəmizə, nəslimizə yaraşan ailə deyillər.Allah bilir o gədənin atasıyla anası nə üstündə boşanıblar?
Kamil Aytənə valideynlərinin boşanmasının səbəbini ilk görüşdə açıqlamışdı.Dediyinə görə o dünyaya gələndən az sonra atası Rusiyaya işləməyə gedir.Uzun müddət gəlmir.(Hardansa eşidirlər ki, atasının orda qeyri-rəsmi də olsa ailəsi var)Qayıdanda da onları özü ilə aparmaq istəyir.Anası isə razı olmur.Beləliklə boşanırlar.Bunu Süleymana desələr də hələ də öz şübhəsində, deyinməyində idi.Köhnə fikirli Süleymanın düşüncəsinə görə əgər ailə dağılırsa, boşanma varsa, demək günah qadındadır.Qadın boşanmır, onu boşayırlar..Hansısa günahına görə..Bu yaşında onun dünyagörüşünü dəyişmək qeyri-mümkün idi..O danışır, qızını fikrindən yayındırmağa çalışırdı.Aytənsə susurdu..
-Mən sizə xeyir-dua verə bilmərəm.İçimdən gəlmir.Onunla həyatını davam etməni heç istəmirəm.
Aytən susaraq gücünü göz yaşlarına vermişdi.Nə deyəydi axı?Atasıyla ilk dəfəydi belə üz-üzə danışırdı Kamil haqda.Sevgisinin taleyi həll olunurdu.Nəsə səhv söz deyib atasını daha da qəzəbləndirmək istəmirdi.Başını qaldırmadan atasını dinləyir və ağlayırdı..
Kamilgilin elçilərinə qəti “Yox” cavabı verməmişdilər.Onları yola salanda “Fikirləşərik” demişdilər.Nəhayət Aytənin Kamilə olan sevgisi qalib gəldi.Onun günlərdən bəri ara verməyən göz yaşlarına dözə bilməyən ata ürəyi nə qədər sərt olsa da bir az yumşaldı.Bir yandan da qızının xəstəhal olması, gərginləşən kimi yatağa düşməsi Süleymanı fikrindən döndərə bildi.Könülsüz də olsa razılaşdı...
...Aytənlə Kamil artıq nişanlı idilər.Daha heç kim onların görüşünə mane ola bilməzdi.Gizli görüşlər, həyəcan, qorxu, yuxusuz gecələr arxada qaldı.Hər şey Aytənin istədiyi kimi davam edirdi.Xoşbəxt olmaq üşün daha ona nə lazım idi ki?Sevdiyinə qovuşub.Bir neçə ay sonra da toyu olacaq..
Təəssüf ki, bu xoşbəxt anların ömrü o qədər də uzun çəkmədi.Sanki öz xoşbəxtliyinə özünün nəzəri dəydi.
Kamil nədənsə daha əvvəlki kimi mülayim, qayğıkeş deyildi.Rəftarı dəyişmişdi.Bir az kobudlaşmış, daha əsəbi olmuş, qısqanclığı da artmışdı.Son günlərdəki görüşlərində etdiyi dava-dalaşın, mübahisənin səsinə küçədən keçənlər də dönüb baxırdılar.Kiçik mübahisəni davaya çevirən yenə də Kamil oldu.Aytəni evdən götürməyə gələndə də qaş-qabağı açılmırdı.
-Kamil, sənə nə olub?
-...
-Sənə sual verdim axı.
-Heç nə olmayıb.Çox sual vermə.
-Son zamanlar yaman kobudlaşmısan.Heç əvvəllər belə deyildin.Sanki peşman olmusan nişanlanmamıza.
-...
-Qanın qara idisə məni görüşə niyə çağırırdın?Başqa zaman görüşərdik.
-Niyə?Bu günə başqa planın var?Bəlkə məni yola salıb başqasıyla görüşəcəksən?
-Nə??-Qulaqlarına inanmayan Aytən onun sualından çox sarsıldı.-Sən mənə inanmırsan?
-Mən heç bir qıza inanmıram.
-Sənin inamsızlığına səbəb hansı hərəkətim olub?Səndən bir gizlinim yoxdu, özün ki bilirsən.Sevgimiz üçün nələr çəkdim.İndi məndən şübhələnirsən?
-Şübhələnmirəm.Amma inanmıram da..
-Axı niyə?
-Səninlə küçəyə çıxmağa da utanıram.Hamının gözü səndədi.Sabahdan bu mini yubkanı daha geyinmə.Ümumiyyətlə bir az örtülü geysən daha yaxsı olar.İstəmirəm sənə kimsə baxsın..
-Mən elə də açıq-saçıq geymirəm.Həm də bir şey dəyişməyib.Əvvəl necə idimsə eləyəm.Geyimim də, özüm də olduğum kimi qalmışam.Dəyişən sənsən, sənin fikirlərindir.Adam adama baxar da.Mənə kimsə baxırsa günahkar mənəm?
-Nə isə.Sözü bir dəfə deyirəm.Uzatma...
Bu, onların ilk mübahisəsi deyildi.Demək olar növbəti görüşlərin də hamsı belə keçirdi.Hətta bəzi mübahisələrin sonu Aytənin döyülməyilə də sona çatırdı..Müxtəlif səbəblər, daha doğrusu bəhanələr tapıb hərəkətlərilə Aytənə mənəvi əzab verirdi Kamil.-Aytənin mobil telefonuna biri səhvən düşəndə-“Zəng edən kim idi, boynuna al.”, yoldan ötən iki gənc onlara baxıb nəsə pıçıldaşanda –“Onlar səni hardan tanıyır?” deyib qızı sıxışdırırdı.Ağlatmasa əl çəkməzdi.Qız böhtana dözməyib özünü müdafiə üçün nəsə deməyə çalışanda, etiraz edəndəsə ona əl qaldırırdı..
Bəs gözəllər gözəli Aytən görəsən niyə dözürdü buna?Sevdiyi üçünmü, ya atasından xilas olmaq üçünmü? Yox, onun dözümünə səbəb sevgi ola bilməzdi.. Bu cür münasibət istənilən sevgini tezliklə “öldürər”.Heç atası da indiyədək ona əl qaldırmamışdı.O , atasından xilas olmaq üçün də dözmürdü..Hələ məktəbdə oxuyarkən Kamilə təslim etmişdi özünü.Buna görə dözürdü..İndi elə peşman idi ki..O günə lənət oxuyurdu..Amma yenə dözürdü.Başqa çarəsi yox idi.O, heç vaxt bunu evdəkilərə etiraf edə bilməzdi.Bu səhvi olmasaydı yəqin ki Kamildən çoxdan ayrılış, artıq nişanı qaytarmışdı.Elə ilk dəfə ona əl qaldırdığı gün Kamil onun gözündən düşdü.İndi sevdiyi üçün yox, başqa çarəsi olmadığı üçün görüşürdü onunla..
Günlər keçdi.Kamil bir az yumşalmışdı.Amma daha əvvəlki kimi tez-tez görüşmürdülər.Belə daha yaxşıydı.Tez-tez görüşüb dalaşmaqdansa..
Telefonun zəngi onu fikirdən ayırdı.Zəng edən rəfiqəsi idi.Kamillə gizli görüşləri zamanı ona həmişə “kömək” edən rəqfisəi Lamiyə.Səsi həyəcanlıydı.Sözlərinə ara verə-verə, çox yavaş səslə danışırdı.Bəlkə də ağlayırdı.Görünür o da dərdini Aytənlə bölüşməkçün zəng edib.Telefonda çox danışmayıb görüşmək qərarına gəldilər...
Ardı var...