Qadin.NET / Təzyiqin nəticəsi...(5-ci hissə)

Təzyiqin nəticəsi...(5-ci hissə)

 

Təzyiqin nəticəsi...(5-ci hissə)

 

Eldarı və körpəsini yatızdırdıqdan sonra bütün gecəni gözünə yuxu getmədi.Gözünü yumub yatmaq, sakitləşmək istəsə də xəyalında yenə keçmiş, unutmaq istədiyi hadisələr canlanırdı..

...Bütün gənc qızlar kimi onun da iki ən böyük arzusu vardı.Tələbə olmaq və sevdiyi insanla ilə ailə həyatı..Kamildən ayrılandan sonra yeni sevgi haqda düşünmək belə istəmirdi.Kamil onun bütün ümidlərini qırmışdı.Sevməkdən qorxurdu daha..Nişanı qaytarandan sonra hazırlıq kursuna getməsi haqda atasının təklifi ürəyincə olmuşdu.Bir yandan da Lamiyənin onda yeni arzular yaratması, ümidini artırması..Təssüf ki, bu sevincin də ömrü uzun çəkmədi.Həmişəki kimi bu dəfə də atası sözünü tutmadı.Əvvəlki kimi onu sıxışdırmasa da təhsil almasına mane oldu.Süleymanın fikrincə-nə qədər o yaşayır, onun ailəsindən olan qadın işləməyəcək.Əgər qadın işləməyəcəksə onun ali təhsil almasının elə də əhəmiyyəti yoxdur.Böyük bacısı Nəzakəti də oxutmadı heç.Məktəbi bitirən kimi dostunun oğluyla nişanladı.Bir il sonra da toyunu etdi.Bununla da guya atalıq borcunu yerinə yetirmiş oldu.Bu köhnə fikirli insanın aləmində ancaq kişi yolunda yanmalıdır “yaşıl işıqlar”.Kişi istədiyini edə bilər-evə gec gələ bilər, oxuya bilər, işləyə bilər, səyahət edə, əylənə bilər.Ali təhsil də kişi üçün vacibdir, qadın üçün yox..Anası isə başqa cür düşünürdü.Süleymana ərə gələndə hələ həyatı dərk etmirdi.On beş yaşı vardı.Həm də Süleyman ondan düz 14 yaş böyük idi.Zorla ərə vermişdilər onu.Otuz ilə yaxın bir yastığa baş qoysalar da hələ öyrəşə bilməmişdi ərinə.Qəbul edə bilmirdi hələ də onun xarakterini.Buna baxmayaraq ona qarşı çıxmır, hər sözünə, qərarına tabe olmağa məcbur idi.Qızlarına qarşı olan haqsızlıqları görəndsə gizlinə çəkilib için-için ağlayıb ürəyini boşaldar, üzdə isə qızlarını sakitləşirməyə çalışardı.İstəmirdi onlar atasına qarşı çıxa, ya hörmətsizlik edə..Yaxşı ki, Nəzakət heç olmasa ərə gedəndən sonra təhsilini davam etdirə bildi.Əri Ceyhunu sevməyib onunla ailə qursa da ondan gördüyü qayği, anlayış, diqqət ərinə olan hörməti böyük sevgiyə çevirdi.Ən çox da onun ali təhsil almasına şərait yaratdığı üçün.Gənc ana üçün həm uşaqlara baxmaq, həm də təhsil bir az çətin idi. Nəzakət hər gün səhər böyük oğlunu məktəbə, kiçiyi bağçaya yola salıb özü universitetə gedərdi.Ceyhun da bütün gün işdə olduğu üçün uşaqları məktəbdən və bağçadan gətirmək vəzifəsi Aytənin üzərində idi.Yaxşı ki, bu uşaqlar vardı.Aytənin başını elə qatırdılar ki, indi heç öz problemlərini də düşünməyə vaxtı yox idi.

Bu gün yenə də vaxtını sevimli bacısı uşaqları ilə-Kənan və Sənanla keçirməyi düşünürdü.Əslində bu gün iş günü deyildi.Nəzakət universitetə getməyəcəyi üçün, bu gün bağçaya və məktəbə getməyən uşaqlara evdə olacaqdı.Buna baxmayaraq Aytən bu gün də uşaqlarla bərabər olmaq istədi.Nəsə, səbəbini bilmədiyi bir sevinc hissi vardı içində.Heç evdə oturmaq istəmirdi bu gün.Gəzmək, əylənmək, sevincini hamıyla bölüşmək istəyirdi.Sevinci səbəbsiz olsa belə.Gəzməyə tək gedə bilməzdi.Əvvəllər Lamiyə ilə çıxardılar.İndi vəziyyət başqadır.Lamiyə yəqin ki, bu gün nişanlısıyla bir yerdə olacaq.Nişanlanandan sonra daha az-az görüşürdülər onunla. Rəfiqəsini başa düşür, incimirdi.Toylarına çox az vaxt qalıb axı.Gərək nişanlısıyla daha çox birlikdə olsunlar.Bir-birlərini daha yaxşı tanısınlar.

 Kamildən ayrılandan heç bu qədər bəzək-düzək vurmamışdı özünə.İlk dəfə idi üzü bu qədər gülürdü.Bacısıgilə gələndə qapını açan Nəzakət təəccüblə soruşdu:

-Bu nədir?Lap jurnallardakı model qızlara oxşadın, Ayka.Nə əcəb səndən?

-Elə-belə.Ürəyim belə istədi.Heç özüm də bilmirəm niyə.

-Əcəb elədin.Axır ki, biz deyənə gəldin.Həyat davam edir və edəcək də.Sən öz həyatını yaşa.

-Uşaqlar evdədir?Səsləri niyə gəlmir?

-Yox, evdə deyillər.Bir azdan gələcəklər.

-Bəs onlara deməmişdin xalası onları gəzməyə aparacaq?

-Niyə deməmişəm?Bilirlər.Sevindiklərindən heç bilmirdilər neyləsinlər.Onlar da elə xalası kimi bızənib-düzənirlər bayaqdan.Atası bərbərə aparıb onları.İndi gələrlər.Otur, bir çay süzüm, içək..Allah səndən razı olsun, Ayka.Elə bil ürəyimizi oxudun lap.

-Niyə, nə olub ki?

-Elə biz də Ceyhunla özümüzə vaxt ayırmaq istəyirdik çoxdandır.Keçən həftə toyumuzun ildönümü idi.İş gününə düşdüyü üçün bir yerə çıxa bilmədik.

-Bəs həftəsonu niyə çıxmadız?Mənə niyə demədiz?

-Mən demək istəyirdim.Ceyhun razılaşmadı.Deyir:-“Ayıbdır ,Aytənə qıymıram.Həftənin beş günü uşaqlara baxır.O da dincəlməlidi, ya yox?Ağ eləməyək daha.”

-Ehh, əksinə.Mənə çox xoşdur Kənangillə vaxt keçirmək.Xalası qurban onlara.Onlar olmasa fikirdən qocalardım bəlkə də...

Bacılar söhbət edincə vaxt keçdi.Ceyhunla uşaqlar da artıq gəlmişdilər.

Aytən nə qədər etiraz etsə də, Nəzakət ona qulaq asmadı,-uşaqların xərcliyini zorla da olsa verdi.Öz uşaqlarını tanıyırdı axı.Bilirdi ki, harda şirniyyat görsələr istəyəcəklər.Şirniyat “xəstə”si idilər.Səhər saat 11-dən başlayan bu gəzinti axşamadək davam etdi.Gəzib yorulandan sonra bulvara gəldilər.Hava qaralmaq üzrəydi.Uşaqları bulvara gətirməkdə Aytənin məqsədi vaxtı bir az da uzatmaq idi.Nəzakətin zəngini gözləyirdi.Onlar evə qayıdanda Aytənə zəng edib xəbər verəcəkdilər.Uşaqlar gəzməkdən yorulmuşdular.Gözləri də yumulurdu az qala.”Gəlin bir skamyada oturub dincələk, sonra gedərik.İndi yeriyə bilmirəm, ayaqlarım çox ağrıyır.” –deyib  uşaqları bir təhər dilə tuta bildi.Oturmaq üçün buranı seçdiyinə elə peşman oldu ki..Kamillə ən xoş günləri burda keçmişdi.Heç vaxt unudulmayacaq ilk görüşləri..İlk öpüşü..İlk hədiyyəni də Sevgililər günündə elə burdaca vermişdi ona Kamil.Ehh..Yox, o ayrılmalarına qətiyyən peşman deyil.Bir neçə acı xatirəni yada salmaq kifayət edər ki, bu xoş xatirələr, qəlbindəki keçici həsrət hissi qəzəblə əvəz olunsun.Kamil ilk dəfə, elə burada, camaatın gözü qarşısında onu vurmadımı?Həyatına nifrət etdi o gün..Bulvarda gəişən cütlüklərdən bir neçəsinin ona acıyaraq dedikləri bu sözləri də eşitdi:-“Yazıq qız.Görəsən niyə hələ də buna dözür?”, “Yəqin ki, məcburdur..Yoxsa kim dözər?” və s..

Hələ marşrutda gedəndə Kamili qızla əl-ələ tutub gedən görəndə də ürəyini boşaltmaq üçün bura gəlmişdi.Skamyaların birində oturub doyunca ağlayandan sonra evə qayıtmışdı.Deyirlər ağlamaq, göz yaşları guya adamı sakitləşdirir.Amma bu, həmişə belə olmur.Ağladıqca ürəyi boşalmaq, sakitləşmək əvəzinə daha da yanırdı.Qəlbi kimi gözləri də göynəyirdi ağlamaqdan həmin gün..”Bu nədir ee?Bu gün əhvalım çox yaxşıdır.Daha məni ötən günlərin acı xatirələri sarsıtmayacaq.Axı söz vermişəm özümə..”

Aytənə yaxın başqa bir skamyada bir oğlan oturmuşdu.Tək idi.Qəmli görünürdü.Kədər belə onun simasındakı xoş ifadəyə, yaraşıqlı görünüşünə təsir edə bilməmişdi.Siqareti siqaretə calayamasından əsəbi olduğu hiss olunurdu.Eldar hərbi xidmətdən yenicə qayıtmışdı.Belə fikirli olmasına səbəbsə nişanlısı Sevdanın onun hərbi xidmətdən dönməsini gözləmədən ərə getməsi idi.Daha doğrusu qoşulub qaçması..Halbuki onlar bir-birlərini dəlicəsinə sevib nişanlanmışdılar.Sevda ilə son görüşünü xatırladı.Bax elə burdaca, bu skamyada oturmuşdular.Sevda ağlayırdı.

-Niyə ağlayırsan, Sevda?

-İstəmirəm gedəsən.

-Başa düş, mən tək deyiləm.Vaxtı çatanda hamımız öz borcumuzdan çıxmalıyıq.Həm də hərbi xidmətdən yayınmaq elə vətən xaini olmaq kimi bir şeydir mənimçün.

-Düz demirsən, Eldar.Axı hamı getmir.Qonşumuzun oğlu, elə qrup yoldaşımız Samir də, nə bilim e, kimin imkanı varsa özünü saxlatdırır.Sənin də imkanın var.Sən də pul ver, getmə əsgərliyə.Sən də məni başa düş.Axı mən səndən ayrılmaq istəmirəm.İstəmirəmmm.

-Sən nə danışırsan, Sevda?Məni indiyədək yaxşı tanımamısan görünür.Mən getməliyəm və gedəcəm də.İnanıram ki, sən də məni gözləyəcəksən.Elə deyilmi?

-...

-Darıxma, gözünü yumub açınca bir il gəlib keçəcək.-Onu qucaqlayıb özünə sıxdı..

Sevda ilə bir qrupda oxumuşdular.Ta birinci kursdan indiyədək bir yerdə idilər.Bir günü belə ayrı keçməmişdi onların.İndisə uzun bir ili ayrı qalacaqdılar.Ayrılıq özü də sevgililər üçün bir sınaqdır.Sevginin “gücünü” yoxlamaq üçün..Bu sınaqdan çıxa bilmədi Sevda.Onu gözləmədi.Pul verib hərbi xidmətdən yayınan qonşu oğlana qoşulub qaçdı...

Bitmiş siqaretini təzəsi ilə əvəz etmək istədi.Ciblərini axtardı, tapmadı.Yan-yörəsinə baxdı ki, görsün yaxınlıqda siqaret satan varmı?Yana çevriləndə birdən gözü Aytənə sataşdı.Onun diqqəti cəlb edən Aytənin bir az kədərli, bir az da yorğun görünüşü idi.19-20 yaşlı bu gənc qızın gözlərində dünya boyda bir kədər, üzündə bir ömrün, uzun illərin yorğunluğu vardı sanki.Amma nə kədər, nə yorğunluq onun gözəlliyini əskiltmirdi.Əksinə, daha qeyri-adi bir çəkicilik vardı onda.Gözlərini qızdan çəkə bilmirdi.Siqaret almağı da unutdu.O qədər diqqətlə baxırdı ki, Aytən də bu baxışları hiss etdi.Bir anlıq baxışları toqquşdu.Eldarın,-bu yaraşıqlı gəncin israrlı baxışlarından bir az narahat oldu.Uşaqları oyandırdı ki, başını qarışdırsın.Aytənin yanında oturmuş iki uşağı indi görən Eldarın qanı qaraldı.Elə bildi Aytən o uşaqların anasıdır.Ürəyindən istər-istəməz bu sözlər keçdi:-“Allah xoşbəxt eləsin...”Elə bu vaxt Aytənin mobil telefonuna gələn zəng səsi hər ikisini xəyaldan ayırdı.Zəng eən Nəzakət idi.Onların harda olduqlarını soruşurdu.Artıq evə gəlmişdilər.Gözləməkdən bezən uşaqlar darıxmağa başlamışdılar.Yenə suallar başlandı:

-Xala, kim idi zəng edən?

-Xala, evə gedirik?

-Hə, uşaqlar, evə gedirik.Ana idi zəng edən.Bizi evdə gözləyir.

-Xala, sən də bizdə qalacaqsan?

-Aha...

-Xala, sabah da gəzməyə gələrik?

-Bilmirəm, baxarıq.

Onlar danışa-danışa, uşaqlar sual verə-verə bulvardan çıxdılar.

Eldarsa hələ də yerindən qalxmamışdı.Sevdalı xatirələrini burda “dəfn edib”  rahatlanmışdı.Bir yandan da bu qeyri-adi görünüşlü, gözəllər gözəli Aytənlə rastlaşması, onu sanki ovsunlayıb getməsi..”Bu xəyal idi, ya həqiqət?Əsas odur ki, o bu uşaqların anası deyil, xalasi idi.Demək hələ ərdə deyil.”-öz-özünə dedi... Onunla tanış olmağa fürsət tapmasa belə nədənsə çox arxayın idi Aytəni yenidən görə biləcəyinə...

 

Ardı var... 

21 sentyabr 2011
GO BACK