Qadin.NET / Əsl sevgi

Əsl sevgi

 
Bir vəzir padşahın qarşısında xətrinin qırılmayacağına inanaraq  ondan belə  bir xahiş edir: "Sultanım, mənim iki həyat yoldaşım, hərəsindən də üç uşağım var. Həyat yoldaşlarımın hansının analıq duyğularının daha qüvvətli olduğunu bilmirəm. Malımı da buna görə vəsiyyət etmək istəyirəm. Onları bu mövzuda sınağa çəkə bilərsinizmi?" Padşah vəzirini sevdiyi üçün dediklərinə razı olur. Onun həyat yoldaşlarından birini çağırır və deyir: "Ey xanım, mənim vəzirim olan sənin həyat yoldaşın saraydan başqa bir qadına vurulub. Bunun cəzası əslində ölümdür. Amma sən yoldaşını bağışlasan, edam olunmasından  vaz keçib onu sevgilisiylə birgə sürgün etdirəcəyəm". Bunu eşidən qadının gözləri intiqam alovu ilə yanır: "Xeyr, istəmirəm,mənə yar olmayan başqasına da yar olmasın! Asın, ipini də mənə çəkdirin!" Padşah daha sonra vəzirin o biri yoldaşını çağırıb ona da eyni şeyi söyləyir. Vəzirin ikinci həyat yoldaşı tam tərsinə cavab verir: "Aman, sultanım, mən ərsiz qalmağa razıyam. Amma uşaqlarım atasız qalmasın. Edam əvəzinə sürgün edin. Heç olmasa, uşaqlarım bir gün atalarına qovuşacaqlarına ümidlərini itirməsinlər".

               





 

 

27 sentyabr 2011
GO BACK