Qadin.NET / Ayrılıq gülü-Sarı gül

Ayrılıq gülü-Sarı gül

Ayrılıq gülü-Sarı gül

Bağçada, güllərin arasında bir sarı gül vardı.Vaxtilə onun da rəngi qırmızı imiş,onun da bülbülü varmış.Qəlbində canından çox sevdiyi bülbülün sevgisini yaşadırdı.O, bülbülün sevgisinə inanıb ona könül bağlamışdı.İllər keçir və ona sevgisi daha da çoxalırdı.

Hər yaz güllər açılır, təravətlənirdi.Güllər içində  həmin qızılgül hər yaz həsrətlə  öz bülbülünü  gözləyirdi.Başqa  bülbüllərin ona toxunmağına,ona nəğmələr oxumağına imkan veməyib, öz bülbülünü axtarırdı.

Bir bahar çağı güllər yenidən  açıb bağçanı bəzədilər.Bağça al -əlvan rəngə boyandı, güllərin qoxusu hər tərəfə yayıldı.Bülbüllər yenidən öz güllərinə qovuşur,onlara nəğmələr oxuyurdu.Tək qızılgül  güllərin arasından qəmgin boylanır,öz yarının yolunu gözləyirdi.Birdən  bağçada ona sarı uçan bülbülünü gördü.Qızılgül sevincindən daha da, təravətləndi.Güllərin arasından həyəcanlı,titrək ləçəkləri ilə yanına tərəf boylandı.Lakin bülbül bir zaman sevdiyi,yalnız ona nəğmələr söylədiyi sarı gülünü sanki görmürmüş kimi,saymazyana yanından ötüb, başqa güllərə tərəf uçdu.İndi o yeni bir gülə nəğmə oxuyurdu.

Qızılgül hər gün kənardan bülbülünə  qəmli - qəmli baxıb, üzülürdü.Təzə-təzə güllərin pərvazlandığı bu gözəl bahar çağı qızılgüllər içində vaxtsız saraldı,vaxtsız qocaldı.O gündən Ayrılıq gülü dedilər, sarı gülə...

Ayrılıq gülü-Sarı gül

 

5 sentyabr 2011
GO BACK