Qadin.NET / Apokalipsis

Apokalipsis

 

Apokalipsis

 

3-cü dünya müharibəsində hansı silahların istifadə olunacağını bilmirəm, amma 4-cü dünya müharibəsində daş və dəyənəklər olacağına əminəm.

A. Enişteyn

 

Mən bilirəm. 3-cü dünya müharibəsində hansı silahların istifadə olunduğunu mən bilirəm. Bəli, olunduğunu…

 

Artıq 3-cü dünya müharibəsini arxada qoyan biri üçün bunları yazmaq, əlbəttə, çətindir. Həm də, tək əllə. Bəli, tək əllə. Müharibədə sağ qolumu itirdim. Sol əllə yazmağı öyrənməyə başladım. Həm də, 27 yaşımda… Yenidən yazmağı öyrənirdim sanki. Hərçənd, xəttim bir az pisdir. Amma, dünyada olanları gözəl xəttlə yazmağın adı da yoxdur. Qəribə deyil, heç nə qəribə deyil, artıq. Müharibədə qəribəliklər olmur. Təxəyyülünün yarada biləcəyi bütün işgəncələri, iyrənclikləri hamı yaşadı.

 

[center]Apokalipsis

 

Məsələn, tək ayaqla futbol oynayanlara baxmaq asan deyildi, amma öyrəşdik. Mən indi bu yazını yazanda, yanımda oturan dostum deyir: heç tək ayaqla futbol oynamaq da asan deyil – onun artıq sol ayağı yoxdur. Gülür. Muharibədə gülmək də asan deyil.


Bu yazını yazmaq da asan deyil. Gələcəkdən gələcək bir məktuba mən, ancaq bir şeyi yazmaq istəyirəm: 3-cü dünya müharibəsində insanlar nüvə silahı ilə qırdı bir-birini. Dünyada heç bir gözəllik qalmayıb. Yeni uşaq doğulmur. İnsanların daxilindəki bütün uşaqlar və uşaqlıqlar öldürüldü. Təkcə, insanların əlində bir şey var – daş və dəyənəklər. Yemək yoxdu. Bir tikə çörək yemək üçün ən azı on nəfəri öldürməlisən. Ac vaxtı, tək ayaqla futbol oynamaq da asan deyil. Amma, başını nə iləsə qatmalısan. Müharibədə müharibəni düşünməmək asan deyil, başını qatmaq asan deyil.

 

Müharibəni yazmaq asan deyil.

Məktub yazmaq asan deyil.

 

Musa Əfəndi

17 may 2017
GO BACK