Bəhlul Danəndə bir gün Bağdad küçələrindən birində gedərkən, oynayan uşaqlar gördü. Uşaqlardan biri isə bir küncə çəkilmiş onlara baxır və ağlayırdı. Behlul Danənədə o uşağın yanına getdi və dedi.
"Ey uşaq nə üçün ağlayırsan? Gəl sənə bir şey alım ki, sən də yoldaşlarınla oynayasan." Uşağın başını oxşadı.
Uşaq baxışlarını Bəhlula çevirdi və;
"Ey ağılı az adam! Biz oyun üçün yaradılmadıq." dedi.
Bəhlul bu sözə çaşdı və uşağa;
"Ey oğlum! Yaxşı nə üçün yaradıldıq." deyə soruşdu.
Uşaq;
"Allahu təalanı bilmək və ONA ibadət etmək üçün." dedi.
Bəhlul;
"Yaxşı bunun elə olduğunu haradan bilirsən?" deyə soruşdu.
Uşaq, Mu'minun surəsinin 115. ayəsini oxudu. Tərcümə olaraq; "Sizi ancaq boşuna yaratdığımı və həqiqətən bizə çevirilməyəcəyinizimi zənn etdiniz?"
Həzrəti Bəhlul təkrar;
"Ey uşaq. Sən hakimanə danışdın. Mənə bir az daha nəsihət ver." dedi və ağlamaya başladı. Özünü unutmuşdu.
Özünə gəldiyində uşağa;
"Ey oğlum! Sənin günahın yox. Sən bir uşaqsan. Necə olur da belə düşünə bilirsən?" deyə soruşdu.
Uşaq da;
"Ey Bəhlul! Atamı atəş yandırırkən gördüm. İri odunları kiçik çırpılarla alovlandırırdı. Mən də Cəhənnəmin yanan kiçik odunlarından olacağımdan qorxuram." dedi.
Bu sözlərdən sonra Behlul Danəndə təkrar ağladı. Özünə gəldiyində uşağı yanında görə bilmədi. Oradakılara bu uşağın kim olduğunu soruşdu.
Onlar;
"Tanımadınmı?" dedilər.
Bəhlul;
"Xeyr." dəyincə, onlar;
"Bu, həzrəti Huseynin övladından Muhəmməd Baqir (a.s) dır" dedilər.
Bəhlul -"Ancaq belə bir ağacın meyvəsi bu qədər yetkin ola bilərdi." deyib oradan ayrıldı.