Qadin.NET / Nənənin nəsihəti

Nənənin nəsihəti

Nənənin nəsihəti

 

-Bütün kişilər eynidir! Nənə, onun mənə birinci dəfə "Salam" deməyi kifayətdir ki, bu adamın özünü daha sonra necə aparacağını, hansı lətifələr söyləyəcəyini, necə təbəssüm edəcəyəni, necə toxunacağını, necə mübahisə edəcək və gedəcəyini artıq (qabaqcadan) bilirəm.

- Sən haqlı deyilsən, nəvəm. Bütün kişilər müxtəlifdir. Sadəcə olaraq bizim oxşar kişilərdən xoşumuz gəlir. Sənin sakit (sadə) və ya "evcil" kişilərdən xoşun gəlir? Elə isə, nə üçün ahu-zar edirsən ki, yenə də qarşıma evdən bayıra çıxmaq istəməyən vasvasının birisi çıxdı.

 

Nənənin nəsihəti

 

 Əgər sən "Dəstənin (kompaniyanın) ürəyi" olan kişini seçirsənsə, o zaman onu dostları, tez-tez də paralel olaraq rəfiqələri ilə bölüşəcəyinə dair məcbur qalacağın zaman təəccüb etmə. Əgər romantik olanları sevirsənsə, o zaman nəinki şam, şeir və s.-yə, həm də vaxtaşırı depressiya, "yaradıcılıq böhranı" adlandırdığı yoxa çıxmalara da hazır olmalısan. "Daş divar arxasında dura biləcəyin" bir kişi axtarırsansa, bu divarlardan azadlığa qapı və ya pəncərə axtarıb tapa bilmədikdə, heç də təəccüb etmə. Qadınlar oxşar kişiləri seçirlər, sonra da onların eyni olmasına görə heyrətə gəlirlər.

Tərcümə : Fərid Abdullah

12 mart 2017
GO BACK