Qadin.NET / Edvin Minke

Edvin Minke

Edvin Minke

Edvin Minke

...

Bugünkü balaca vəhşidən bir dəfə yuxumda görmüşdüm. O, siçovuldan bir az yekəydi və öz işgüzar görünüşünü arxa pəncələri üstündə yeriməyi tamamlayırdı. Bu pırpız məxluq tüklü yenota çox bənzəyirdi.

Bu vəhşi öz sıx tüklü quyruğunu fırlada-fırlada sürətlə ora-bura qaçırdı. Bilmək olmurdu o, çəyirtkə tutur, yoxsa milçək. Əgər kimsə ona mane olursa dərhal əsəbləşir, dişlərini qıcayıb mırıldayır və insan sözləriylə söyürdü.

Bu dəfə həmin balaca vəhşi yol kənarında eşələnəndə ondan bir tanışımın buradan keçib-keçmədiyini soruşdum. O, acığından bağırdı, hirsli şəkildə məni söyərək dönüb əks istiqamətə qaçdı.

Amma bunlar hələ səhər yuxuma girəcəkdi, gecə isə - ya soyuqdan, ya da istidən - heç cür yata bilmədim. Həyətdə ağaclar donmuş şəkildə durmuşdular. Mən artıq neçə gündür pəncərəyə yaxınlaşıb baxmaq istəyirdim, çünki öz-özümə inanmırdım; damdan süzülən yağışın səsini çox aydın eşidirdim. Zibilə qalsın! Mən bu gün anlamışam ki, həmin yağış səsini o biri dünyadan eşidirəm.

Bütün günü uzanıb çiskin səsini dinləmişdim. Gecənin yarısı birdən Vera çarpayımda əyləşib pəncərəyə boylandı və orada nəsə görüb qəribə şəkildə dedi:

- İnsanlar göydə gəzirlər! Yox, artıq keçib getdilər.

Sonra yanımda uzandı.

Düşündüm ki, bunlar mənim ürəyimə gəlirdi, görəsən, ruhum uçub getməyib ki?

Tezdən Veradan bu barədə soruşdum, o, heç nə xatırlamırdı. Mənimsə həm söyüş söyən balaca vəhşi heyvan, həm yağış səsi, həm də gecə səması yadımdaydı...

Müəllif: Edvin Minke

Tərcümə edən: Səbuhi Şahmursoy

2 fevral 2017
GO BACK