Yusif, Leyla, Dever və Torrens binadan çıxdıqda, həyətdə qar "BMW F15" yolsuzluq avtomobilini gördülər. Xoşbəxtlikdən açarlar maşının üstündə idi. Hər kəs maşına oturdu və irəli hərəkət etdilər. Leyla hara gedilməsini söylədi.
– Əgər bu bir film olsaydı, tamaşaçılar açarın maşının üstündə olmasını real hesab etməzdilər, – arxa sağ oturacaqda oturan Torrens dedi.
– Torrens, bu film deyil, – onunla yanaşı sol tərəfdə oturan Dever yüksək səs tonu ilə dedi, – sakitləş artıq.
– Yaxşı, ağ səhləb çiçəyi ilə bağlı nə varımızdı? – Yusif diqqətlə yolu izləyərək Leyladan soruşdu.
– Bu layihə keçmiş Mİ-6 agenti Tomas Flinnə məxsus idi, – ön oturacaqda oturmuş Leyla cavab verdi, – ideya bu idi ki, nüvə partlayışları zamanı radiasiya səviyyəsi və yoluxma radiusu azaldılsın. Layihə digər agent, onun qardaşı, professor Henri Flinnə həvalə edilmişdi. İki il sonra layihə hazır oldu, bunlar bütün şəhərə yerləşdiriləcək qəribə cihazlar idi. Ancaq layihədən istifadə etmədən öncə test etmək lazım idi. Sınaqlar böyük sahəsi olan və təcrid edilmiş xüsusi otaqlarda keçirilirdi. Bu cihazları və bir neçə laboratoriya siçovullarını həmin otaqlarda yerləşdirərək yoluxmanın gücünü öyrənməyə çalışdılar. Təəssüf ki, sınaqlardan sonra yan təsir müəyyən edildi: layihə tərs işlədi. Radiasiya səviyyəsi və yoluxma radiusu çoxaldı. Mİ-6-da düşündülər ki, professor Flinn qəsdən belə edib, ancaq onun da belə bir nəticə gözləmədiyini gördükdə, onu sadəcə Mİ-6-dan kənarlaşdırdılar. Bir neçə müddət sonra onun qardaşı da istefa etdi.
– Aydındır, – Yusif cavab verdi, – belə çıxır ki, kimsə bu haqda öyrənib və yan təsirdən istifadə etmək qərarına gəlib. Lakin bunun Misirlə nə əlaqəsi var?
– Terroçulara bütün şübhələri öz üzərlərindən kənarlaşdırmaq gərəkli idi, – Leyla cavab verdi, – bunun üçün də onlara müsəlman lazım idi, çünki ABŞ-a görə bir çoxları müsəlmanları terrorist hesab edir. Qurban kimi onlar Misir ordusunun keçmiş leytenantı Ənvər Lətifi təsadüfi olaraq seçməmişdilər. Onun partlayıcı qurğulardan yaxşı başı çıxırdı, ona görə də ondan dəqiq şübhələnəcəkdilər. Məhz buna görə bizim hökumət bu işə qarışmalı oldu, – Leyla cavab verdi.
– Bəs sizin hökumət nə qədər dərinə gedə bildi? – Yusif soruşdu.
– Çox dərinə, bizə professorun layihənin nüsxəsini gizlətdiyi yeri öyrənmək müyəssər oldu. Mİ-6-nın agentləri layihənin orijinalını məhv etmişdilər, ancaq nüsxə barədə bilmirdilər, yoxsa onu da məhv edərdilər. Mİ-6 bizə onun keçmiş otağında istintaq aparmağa icazə verdi və biz orda bir dəlil tapdıq – bu nüsxənin saxlandığı depozit kamerasının açarı idi.
– O nüsxələri bankda saxlayırdı?! – Yusif təəccüblə soruşdu.
– Yox, bu bank deyil, – Leyla cavab verdi, – bu kimi xidmətlər göstərən bir təşkilatdı. Onların bankdan üstünlüyü var – onlar onları soymaq çətindir, çünki texniki cəhətdən güclü mühafizə ediliblər, üstəlik hər bir kameranın on simvoldan ibarət şifrəsi var, bundan başqa şifrə yığılarkən əvvəlcə açar taxılmalıdır, əks halda şüfrəni daxil etmək mümkün olmayacaq. Və əgər şifrə doğru yığılarsa, açarı çevirmək mümkün olacaq. Ancaq şifrə yanlış olarsa, ikinci şans artıq olmayacaq. Yanlış şifrədən sonra kameranı açmaq üçün kamera sahibinin göz bəbəkləri lazım olacaq.
– Aydındır, – açar hardadır? Və yeşik məhz hansı təşkilatdadır? – Yusif soruşdu.
– Açar mənim ayaqqabımda gizlədilib, – Leyla cavab verdi, – ona görə bizi qaçırdanlar onu tapa bilmədilər, onların ağlına gəlmədi ki, mən onu ayaqqabının içində saxlamışam. Yəqin sadəcə düşündülər ki, açar üstümdə. Kamera isə "Pi"-də yerləşir. Yeri gəlmişkən, biz indi ora gedirik.
– Zarafat edirsiz? – Yusif dedi, – "Pi"? Axı "Pi"-dən də güclü mühafizəsi olan təşkilatlar var. Niyə professor bank seçmədiyi halda həm də ən yüksək mühafizəsi olan depo seçmədi?
– Bunu artıq bilmirəm, – Leyla cavab verdi, – heç lazım da deyil, bu məlumatın onsuzda bizə faydası yoxdur.
– Heç vaxt bilinmir nəyin faydası va, nəyin isə yoxdur, – Yusif cavab verdi, – bəzən əhəmiyyətsiz şeylər faydalı olur.
***
Çatdıqları zaman hər kəs avtomobildən çıxdı. Torrens özünü qəribə aparırdı.
– Uşaqlar, mənim ürəyimə pis bir hiss damıb, – Torrens dedi.
– Yaxşı görək, rahat ol, – Dever cavabladı.
– Deyirəm bəlkə..., – Torrens demək istədi, ancaq Dever onu qabaqladı:
– Nədən qorxursan? Sən ki polissən.
– Heç nədən qorxmuram, – Torrens dedi, – sadəcə ehtiyatlı olmaq istəyirəm.
– Biz sadəcə ölmüş insana məxsus seyfi açırıq, – Yusif dedi, nə ehtiyat?
Leyla sol ayaqqabısını çıxardı, seyfin açarını götürdü və yenidən geyindi. Açarın üstündə 314 rəqəmi oyulmuşdu.
– Deməli, 314-cü kamera, Yusif dedi, – bəs şifrə necədir?
– Mən bilmirəm, – Leyla cavab verdi.
Yusifi sanki cərəyan vurdu, o təəcüblə ona baxdı.
– Nədir? – Leyla heç nə olmamış kimi soruşdu.
– Siz kamera haqda və bura getdiyimiz dedikdə, düşündüm ki, siz şifrəni bilirsiz, – Yusif cavab verdi, – siz isə şifrəni bilmirsiz, sındıra da bilmərik, bizim səhv etmək şansımız yoxdur.
– Ancaq başqa çıxış yolu yoxdur, – Leyla cavab verdi.
– Biz bura gəlmədən öncə şifrəni axtaraa bilərdik, – Yusif dedi.
– Şifrəni bilən yeganə adam qətlə yetirilib, – Leyla dedi, – amma xoşbəxtlikdən məndə şifrəni tapmaq üçün qarmaq var.
– Necə bir qarmaq? – Yusif biraz skeptic halda soruşdu.
– Səfirlik professorun köhnə tanışlarından biri ilə danışmağa müvəffəq olub, – Leyla cavab verdi, – o dedi ki, şifrəni bilməsə də, professoru yaxşı tanıyır.
– Yaxud bilirdi, – Yusif dedi, – o ki öldürülüb.
– O dedi, – Leyla davam etdi, – onu tanıdığı üçün sizə mükəmməl qarmaq verərəm, – biz şifrəni açarı kilidə taxdığımız zaman təxmin edə biləcəyik.
– Təxmin?! – skeptic halda və yüksək tonla Yusif dedi.
– Bilirəm, o qədər də yaxşı səslənmir, – Leyla cavab Verdi, ancaq başqa yolumuz yoxdur.
Sonra hər kəs "Pi"nin binasına daxil olub birbaşa depoya doğru irəlilədilər. Ancaq işçilərdən biri onları saxladı.
– Bağışlayın, oraya yalnız müştərilər və təşkilatın işçiləri keçə bilər.
– Çox gözəl, - Leyla cavab verdi, – deməli, biz gedə bilərik.
– Demık siz müştərisiz, – işçi dedi, – o zaman əvvəlcə...
– Qulaq asın, – Leyla onu qabaqladı, – mənim rəsmiyyətə üçün vaxtım yoxdur. Bu ölüm-dirim məsələsidir.
– Lakin...
– Qulaq as, dostum, – Yusif onun sözünü kəsib uydurmağa başladı, – biz müştəri deyilik, ancaq əlimizdə bir açar var. Onu bizə sahibin özü verib, könüllü olaraq. Biz dövlət agentləriyik, gizli əməliyyat həyata keçiririk. Əgər sən bizi öz rəsmiyyətinlə bezdirəcəksənsə, gizli əməliyyata mane olma cəhdlərinə görə səni həbs edəcəyik.
Bu sözləri eşidəndən sonra işçi nə deyəcəyini bilmədi. Bir neçə saniyədən sonra dedi:
– Gedək, deponun qapısını açım.
Hamı depoya getdi, işçi qapını açıb onları içəri buraxdı, özü isə bayırda gözlədi.
– Uşaqlar, bəlkə biz o işçini məcbur edək bizə şifrəni desin? – Dever dedi.
– Alınmayacaq, burda şifrələr bazada saxlanılmır, – Leyla cavab verdi, sonra açarı kilidə taxdı və hamı bir işıqlanma olacaqmış kimi yerində dondu.
– Kimsə tapa bildi? – Yusif istehza ilə soruşdu.
– Xeyr, – hamı cavab verdi.
Depoya sakitlik çökdü. Yusif və Leyla bir ipucu tapmaq ümidi ilə ətrafa baxırdılar. Bir neçə saniyədən sonra Yusif dedi:
– Siz heç olmasa düşünürsüz, yoxsa gözləyirsiz?
– Mən sadəcə gözləyirəm, – Torrens cavab verdi.
– Mən də həmçinin, - Dever cavab verdi.
– Mən isə düşünürəm, – Leyla dedi.
– Ciddisiz? – Yusif təəccüblə soruşdu.
– Nədir ki? – Torrens soruşdu.
– Siz doğrudan da düşünürsüz ki, açarı kilidə qoyan kimi şifrəni tapacaqsız? – Yusif cavab verdi.
– Professorun tanışı belə deyib axı, – Torrens cavab verdi.
– Bu sehrli qutu deyil, adi kameradır, – Yusif dedi, – professorun tanışı açarı kilidə taxdıqda şifrənin bizim ağlımıza gələ biləcəyini nəzərdə tutub, bunun üçünsə düşünmək lazımdır.
Yenə sakitlik çökdü. Ancaq bu dəfə Dever və Torrens də ətrafa baxmağa başladılar. Bir neçə dəqiqə sonra Yusif təkrar dilləndi:
– Deyəsən, mən anladım.
Hamı təəccüblə ona baxdı.
– Xatırlayırsız, mən soruşmuşdum, niyə başqa, daha güclü təhlükəzliyi olan depolar əvəzinə o, məhz bu deponu seçib?
– Aha, – Dever cavab verdi.
– Onda Leyla dedi ki, bunun bir əhəmiyyəti yoxdur, lakin düşünürəm ki əhəmiyyəti var, kameranın nömrəsinə baxın.
– 314-dür, – Torrens dedi, – bu bizə nəsə deyir ki?
– Əlbəttə, bu "Pi" sayının ilk üç rəqəmidir. Bu təşkilat da "Pi" adlanır. Görünür professor "Pi" sayını çox sevib, ona görə də məhz bu təşkilatı və məhz bu kameranı seçib.
– Tutaq ki, elədir, – Dever dedi, ancaq bunun şifrə ilə nə laqəsi?
– Əgər o bu sayı belə sevibsə, eyni adda təşkilat və bu sayın ilk üç rəqəmi olan 314 nömrəli kamera nömrəsi seçibsə, çox güman ki, şifrə "Pi" sayının ilk on rəqəmidir, – Yusif cavabladı.
– Düşünürəm, haqlısız, – Leyla dedi, – bu şifrəni risk edib yoxlamaq olar.
Yusif kameraya yaxınlaşdı və astaca şifrəni daxil etdi:
314159265_
O doqquz rəqəm daxil edib dayandı. Sonuncu qərəm həlledici idi. Yusif səhv buraxmaq istəmirdi. Amma şifrə üçün başqa işarələr yox idi. Bu yeganə şifrə idi ki, həmin kameraya uyğun gəlirdi. Ona görə də dərindən nəfəs alıb sonuncu rəqəmi də daxil etdi:
3141592653
Hər kəs dondu. Heç kəs kameranın kiçik ekranından gözünü çəkmirdi. Bir neçə saniyədən sonra yaşıl işıq yandı və ekrana mesaj gəldi:
GİRİŞƏ İCAZƏ VERİLDİ
– Ura, – Leyla sevincindən qışqırdı, – biz bacardıq.
– Bəli, – Yusif sevincindən az qala Leylanı qucaqlayacaqmış kimi cavabladı.
Yusif kameranı açdı, oradan layihə kopyasını çıxardı.
– Vəssalam, – rahatlamış halda Leyla dedi, – indi biz artıq bunu məhv edə bilərik, təkcə qalır Flinn qardaşlarının qatilini tapmaq.
– Bunu etmək lazım olmayacaq, – Torrens "Qlok-19" tapançasını Leylaya yönəldərək çox ciddi səs tonu ilə dedi, – layihəni mənə ver, yoxsa onu öldürəcəm.
Müəllif: Kənan Rəcəbli
Rus dilindən tərcümə: Ceylan Mumoğlu