Qadin.NET / "Gözəgörünməz"

"Gözəgörünməz"

 

"Gözəgörünməz"



 

Onun dörd qardaşı, həm də ahıl bir atası vardı. Onlar arasında adsız-sansız idi, qardaşlarının ən kiçiyi idi. O, ən yetkin dövrünə çatdı, onu görür, müşahidə edirdilər, lakin bilməzdilər ki, bu gənc gələcəkdə kim olacaqdır. Hətta ailəsi arasında "gözəgörünməz" idi.

Bir gün Talut adlı bir şəxs qoşunu ilə hərəkət etdi. Bu gənc, onun qardaşları və atası da çıxdı. Lakin gənc onlardan geri qaldı. O, dedi: “Bu yolda mənimlə nə ediləcək ki?" Atası və qardaşları onu çox əhəmiyyətsiz hesab etdilər. O, atasının qoyunlarını otarmağa yollandı. Döyüş qızışdı, camaatı çətinlik haxladı. Atası çıxıb ona dedi ki, qardaşlarına yemək aparsın ki, onlar da düşmən qarşısında qüvvətli olsunlar.

O, kiçik boylu bir adam idi. Saçları az, qəlbi təmiz, əxlaqı isə pakizə idi. O, çıxdı, qövm isə bir-birilərinə yaxınlaşmış halda idilər. Onların hər biri öz hərbi mövqeyində yer tutmuşdu. Gənc bir daşın üzərindən keçdi. Sonra ayaq saxladı və yerdəki daşı götürüb torbasına qoydu. Həmin torbada yığmış olduğu daşlar olurdu ki, onları qoyunlarına atardı. Qoşuna daxil olduğu zaman eşitdi ki, Talutun rəqibi olan Calutun işini böyük hesab edirlər.

 

"Gözəgörünməz"

 

Gənc onlara dedi: “Niyə onun işini belə böyük tutursunuz? Allaha and olsun, onu öz gözlərimlə görsəm, sözsüz ki, öldürərəm”. Onun sözü ətrafa yayıldı, hamı bu iddianı müzakirə etməyə başladı, nəhayət, bu xəbər gəlib Taluta çatdı. Talut ona dedi: “Ay cavan, sənin nə qüvvən var, nə də təcrübəyə maliksən. Özünü nə ilə yoxlamısan?” Talut öz zirehini istədi və gəncə verdi ki, əyninə geyinsin. Talut bilirdi ki, bu zireh əyninə olan insan böyük bir müvəffəqiyyətə imza atacaqdır. Gənc onu əyninə geyindi və zireh əyninə oldu. Talut və Bəni İsraildən onun yanında olanlar bundan vahiməyə düşdülər. Talut dedi: “Ümid var ki, Allah onun vasitəsilə Calutu öldürsün”. Səhəri açdıqları və camaat yığışdığı zaman gənc dedi: “Mənə Calutu göstərin!” Calutu gördükdə daşı götürüb ona atdı, daşla onun gözlərinin arasını - alnının ortasını vurdu və onu yaraladı. Calutu miniyindən yerə yıxdı. Camaat dedi: “Davud Calutu öldürdü!” Camaat onun itaəti altına keçdi, hətta Talutun adı belə eşidilmədi. Bəni İsrail də onun ətrafına toplaşdı. Bəli, bu gənc Davud idi. Allah-taala Davuda Zəburu endirdi, ona dəmir sənətini öyrətdi və ona bir sıra qeyri-adi bacarıqlar verdi. Allah Davuda elə bir xoş avaz verdi ki, onun kimi gözəllik duyulmamışdı, ona ibadətdə qüvvət verdi və o, Bəni İsrail arasında peyğəmbər və hökmdar oldu.
5 oktyabr 2016
GO BACK