Qadin.NET / Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-3

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-3

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-3
III hissə

– Detektiv Dever, Mİ-6-nın xüsusi agenti Kevin Sleyt dedi, – xeyirdirmi?

– Bir iş var, daha doğrusu bir-birilə əlaqəli iki iş var, tapın görək hansıdır? – Dever cavab verdi.

– Düşünürəm ki, Mİ-6-dır, – Sleyt cavab verdi.

– Düppədüz, – Dever təsdiq etdi.

– Görürəm sizin yeni ortağınız da var, – Sleyt dedi, – öyrəşmişəm sizi detektiv Torrenslə görməyə, ancaq bu gün siz üç nəfərsiniz.

– Xeyr, o sadəcə müşavirdir, – Dever cavabladı.

– Belə de, aydındır, – Sleyt dedi, – işiniz nə idi?

– Mİ-6-nın iki keçmiş agenti öz evlərində qətlə yetirilmişdir. Agent Tomas Flinn və onun qardaşı, professor Henri Flinn, – Dever cavab verdi, – biz öyrənmək istərdik ki, bu onların keçmiş Mİ-6 agentləri olması ilə bağlıdırmı?

– Xeyr, – qısa və aydın şəkildə Sleyt cavabladı.

– Siz bundan tam əminsiniz? – Dever soruşdu.

– Düşünürəm, mən sizə aydın cavab verdim, – azca əsəbi halda Sleyt cavabladı, – onları təkcə Mİ-6 deyil, həm də qan qohumluğu bağlayır, buna görə də qətli səbəbi onların şəxsi həyatı olması istisna deyil.

– Nə deyirəm ki, zaman ayırdığınız üçün təşəkkür edirəm, – təəssüf hissi ilə Dever cavab verdi və getmək üçün arxasını döndü.

– Mənim bir sualım var, – Yusif qəflətən səsləndi, – agent Sleyt, siz bilirsiniz "bəyaz səhləb çiçəyi" nə anlama gələ bilər?

Bu sözləri eşidərkən Sleyt həyəcanlandı, ancaq biruzə verməməyə çalışdı və sakitcə cavab verdi:

– Bilmirəm.

– Aydındır, təşəkkür edirəm, – Yusif cavab verdi.

Onlar çıxdıqdan sonra yolda Yusif dedi:

– İndi aydındır ki, professor "ona bunu etməyi qoymayın", deyəndə, niyə görə xəbərdarlıq edirdi. Mən bəyaz səhləb çiçəyini xatırladanda Sleytin gözlərini və üz ifadəsini gördünüz? Əgər görmədinizsə, narahat olmayın, o ustalıqla bunu gizlətdi, ancaq məndən gizlətmək qeyri-mümkündür.

– Bir də bilsəydik, o nədir elə, – Dever dedi.

– Siz hələ başa düşmədiniz? Əvvəlcə mən bilmirdim ki, "bəyaz səhləb çiçəyinin" Mİ-6 ilə əlaqəsi var, – Yusif dedi, – ancaq bildikdən sonra nə olduğunu başa düşdüm. Bu hansısa gizli və təhlükəli layihənin kod adıdır, buna görə biz "ona bunu etməyi qoymamalıyıq". İndi bircə qalır hansı layihənin olmasını aydınlaşdırmaq.

– Möhtəşəm, – Torrens kökə yeyə-yeyə heyranlıqla dedi, – mən təxmin edə bilməzdim.

Anidən yolayrıcında böyük yük maşını onların maşını ilə toqquşdu, onlar hamısı huşlarını itirdilər. Onlar qorxunc, qaranlıq otaqda özlərinə gəldilər. Otağı yalnız bir lampa işıqlandırırdı. İşığın intensivliyi zəif idi. Otağın qapısı möhkəm poladdan idi. Onlar stullarda oturmuşdular, əlləri isə arxadan bağlı idi.

Bəyaz səhləb çiçəyi (Detektiv, Triller)-3

– Biz hardayıq? Bura nə yerdir? – Torrens soruşdu.

– Bilmirəm, amma qorxunc yerdir, – Dever cavab verdi.

– Qorxunc yerləri sevirəm, – Yusif heç nə olmamış kimi dedi.

– Mən acam, – Torrens sakit səslə dedi.

– Təzə xəbər deyil, – istehza ilə Dever dedi.

– Eşidirsiniz? Addım səsləri, – Yusif dedi, – deyəsən, kimsə bizə yaxınlaşır.

Bir neçə saniyə sonra polad qapı açıldı, otağa 45 yaşlarında bir kişi daxil oldu. Bu Bred Şou idi. Onun qısa hərbi saç düzümü və təmiz təraş edilmiş üzü vardı. Amma geyimi sadə idi, adi qara rəngli T-shirt və mavi cins şalvar.

O küncdən stul götürdü, arxası əsirlərə qarşı ortadan qoydu və üzü onlara qarşı oturdu.

– Siz bilirsiniz, niyə burdasınız? – kobud səslə Şou soruşdu.

– Bu sualın cavabını səndən eşitmək istərdik, – Yusif cavab verdi.

– Siz "bəyaz səhləb çiçəyi" layihəsi haqqında nə bilirsiniz? – Şou soruşdu.

– Təmamilə heç bir şey, – Dever cavabladı.

– Səbrimi tükəndirməyin, deyin, bəyaz səhləb çiçəyi haqqında nə bilirsiniz? – Şou səs tonunu qaldıraraq yenə soruşdu.

– Səbrin vecimə deyil, , – Yusif cavabladı, biz də sənin bildiyin qədər bilirik. Digər sözlə, biz bilirik ki, belə bir layihə var, ancaq nə layihəsidir, bilmirik. Tək bildiyimiz şey, bu layihənin təhlükəli olmasıdır, düşünürəm ki, sən özün də bunu bilirsən. Ümumiyyətlə, sən kimsən ki?!

– Mən sizin axtardığınız kəsəm, – Şou təmkinlə cavab verdi.

– Necə yəni? – Torrens soruşdu.

– Flinn qardaşlarını mən öldürmüşəm, – Şou cavab verdi.

Otağa sakitlik çökdü. Bir neçə dəqiqə eşidiləni həzm etməyə çalışan üçlük təəccüblə Şouya baxdı və nəhayət, Yusif dilləndi:

– Xeyr, o sən deyilsən.

– Düşünmürdüm ki, etirafdan sonra mənə inanmayacaqlar, – Şou istehza ilə cavab verdi.

– Mən nə zaman yalan və doğru danışılmasını görürəm, Yusif dedi, – sən yəqin kimi isə gizlədirsən, yaxud səbəb başqadır, ancaq sən dəqiq öldürməmisən. Bəlkə sən onları qatillərdən birinə işləyirsən?

– Mən heç kimə işləmirəm, – Şou cavabladı.

– Deməli işləyirsən, – Yusif cavab verdi, – mən dedim axı, yalan danışılanda görürəm.

– Qulaq as, mənim boş söhbətə vaxtım yoxdur, mən bu layihə haqqında hər şeyi bilməliyəm.

– De görüm kimin piyadasısan? – Yusif Şounun sözlərini sanki qulaq ardına vuraraq soruşdu.

– Piyadalardan söz düşmüşkən, bu çox ciddi və təhlükəli oyundur, səhvlər bağışlanılmazdır, bütün gedişlər diqqətlə düşünülməlidir, – Şou cavabladı. – Elə isə mənə düzgün gediş etməkdə kömək edin, layihə barədə hər şeyi danışın. Birinci gediş artıq edilib, F5 və H5. Ancaq növbəti gediş üçün sizin köməyiniz lazımdır.

– F5 və H5? Amma bu gedişlər heç cürə birinci ola bilməzlər, – Yusif çaşqınlıqla cavab verdi, – oyunun başlanğıcında bu gedişi qara fiqurlar edir, onlar isə heç vaxt ilk gediş etmirlər, deməli, F5 və H5 ikinci gediş olacaqlar.

– Sən məntiqli imişsən, – Şou cavab verdi, – ancaq bu oyunun fərqli qaydaları var.

– Dayan görüm, – biraz düşündükdən sonra Yusif cavab verdi, – deyəsən, mən başa düşdüm, "F5"-in mənası "F" hərfi ilə başlayan 5 hərfdən ibarət söz, "H5"-in mənası isə "H" hərfi ilə başlayan 5 hərfdən ibarət sözdür. Henri Flinn, bax bu birinci gedişdir.

– Hə, doğrudur, – Şou təsdiq etdi.

– O zaman ikinci gediş də atıq edilib , – Yusif cavab verdi, – F5 və T5 gedişləri, düzdür, şahmat taxtasında T hərfi yoxdur, amma yenə də.

– Bəli, Tomas Flinn, – indi hər şey üçüncü gedişdən asılıdır.

– Əgər hər şey belə pisdirsə, üçüncü gedişi etməmək daha yaxşı olmazmı? – Yusif dedi.

– Əgər hər şey bu qədər sadə olsaydı..., – Şou cavab verdi.

Yenə sükut çökdü. Lakin bir-iki dəqiqə sonra Şou qəflətən durdu ayağa, tapança çıxartdı və əsəbi halda onları nişan aldı.

– Sonuncu dəfə soruşuram, bu layihə haqqında nə bilirsiniz?!

– Ey, sakit olun, dost, – Yusif onu sakitləşdirməyə çalışdı.

Bütün bu müddət ərzində Yusif bildirmədən əllərini azad etməyə çalışırdı, çox az qalmışdı.

– Mən cavabı eşitməyənə qədər sakitləşməyəcəm, – Şou dedi.

– Yaxşı, yaxın gəl, hər şeyi danışacam.

Şou Yusifi nişan alaraq yavaşca ona yaxınlaşdı. Yusif özünü əlləri bağlı kimi göstərsə də, əslində əllərini arıtq azad etmişdi. Şou müəyyən məsafəyə yaxınlaşan kimi Yusif qəflətən onun əlindən tapançanı aldı və çəpinə təpiklə qarnına vurdu. Zərbə Şounu bir neçə metr aralıya atdı. Sonra Yusif şounu nişan aldı və dedi:

– İndi sən bizə layihə haqqında bildiklərini danışacaqsan.

Şou güldü və dedi:

– Düşünürsən ki, belə asanlıqla gedə biləcəksiniz?

Həmin anda otağa beş döyüşçü daxil oldu və Şou qalxıb getdi. Yusif ona atəş açmaq istədi, lakin tapança boş imiş. Bu halda Yusif tapançanı soyuq silah kimi istifadə etdi – zərblə döyüşçülərdən birinə atdı, o da huşunu itirərək yıxıldı. Yusif vaxtilə xüsusi təyinatlı olduğu üçün bütün bədənin nöqtələrini bilirdi və yaxşı nişançı idi, buna görə də tək zərbə ilə birini yıxmaq ona problem deyildi. Həmin döyüşçü yıxılan kimi digərləri Yusifin üstünə atıldılar. Bir neçə dəqiqəlik əlbəyaxa döyüşdən sonra Yusif onların hamısını yerə sərdi. Sonra o yoldaşlarının əllərini açdı və onlar birlikdə çıxışa tərəf getdilər. Dəhlizə çıxdıqda, onlar pilləkənə yaxınlaşdılar və aşağı endilər.

– Qəribədir ki, burda başqa heç kim yoxdur, – Torrens dedi, – elə bilirdim yolumuza daha çox adam çıxacaq, adətən filmlərdə belə olur.

– Bu ki, film deyil, – Yusif cavab verdi.

– Elədir, – Torrens dedi.

– Dayanın, – Yusif anidən durdu, – eşidirsiz?

– Mən heç nə eşitmirəm, – Dever dedi.

– Mən də, – Torrens cavab verdi.

– Diqqətlə dinləyin, Yusif dedi.

– Bəli, – dinləyərək Dever dedi, – deyəsən, kimsə köməyə çağırır.

– Eynilə, – Yusif təsdiq etdi, – səsin hardan gəlməsini müəyyənləşdirmək lazımdır.

– Amma biz tələsməliyik, – Torrens etiraz etdi.

– Niyə? Burda ki daha döyüşçü yoxdur, – Yusif cavabladı.

– Birdən də, – Torrens cavab verdi.

– Onsuzda mən kömək etməyə cəhd etmədən getməyəcəm, – Yusif qətiyylətlə cavabladı.

Səs gələn yeri müəyyən edərək, onlar həmin istiqamətə yönəldilər. Səs daha da artırdı. Bir neçə qapı keçdikdən sonra onlar nəhayət səsin gəldiyi mənbəyə çatdılar. Onların önündə polad qapısı olan bağlı qapı vardı.

– Ey, kim var orda? – qapının arxasınsan səs eşidildi.

– Xanım, biz polisdənik, – Dever cavab verdi.

– Necə də şadam, – qapı arxasından əsir rahatlanaraq sevincək halda cavab verdi, – zəhmət olmasa, məni azad edin.

– Azca dözün, sizi azad etməyə çalışacağıq, – Yusif cavab verdi.

Hər üçü donmuş vəziyyətdə qapını necə açacaqlarını düşünərək bir-birinə baxdılar.

 

– Yəqin ki hardasa buralarda qapını açmaq üçün açar, yaxud qapını sındırmaq üçün bir şeylər var, – Yusif dedi və axtarmağa getdi, bir neçə dəqiqə sonra isə qayıtdı.

– Nəhayət ki, – Dever dedi, – yoxsa gözləməkdən yorulduq.

– Baxın, nə tapdım, – şən halda Yusif dedi, – istənilən formada və ölçüdə целый набор отмычек.

Sonra o kilidi açdı. Hər kəs otağa daxil oldu və otağın ortasında stulda oturmuş əlləri bağlanmış qız gördülər. Bu iyirmi yeddi yaşında bir gözəl misirli qız idi. Onun uzun tünd-qəhvəyi yığılmış saçları vardı və iş xanımı kimi geyinmişdi – ağ köynək və sadə kostyum.

Yusif ona yaxınlaşdı və bağlarını açdı.

– Siz axı polissiniz, – qız ümumi müraciət etdi, – bəs sizin silahlarınız hanı?

– Biz bilmirik, – Torrens cavab verdi.

– Necə ki? – qız təəccüblə soruşdu.

– Görünür onları bizdən alıblar, – Dever dedi, – biz də belə bir otaqda olmuşduq.

– Deməli, sizi də o layihəyə görə qaçırıblar, – qız dedi, – necə azad ola bildiniz?

– Uzun məsələdir, – layihə barədə eşitdikdə gözləri parlayan Yusif cavabladı, – demək, siz də layihə barədə bilirsiz?

– Əlbəttə, – qız sakitcə cavab verdi, – mənə kömək etdiyiniz üçün çox sağ olun, ancaq biz onları "bəyaz səhləb çiçəyi" işə salınmadan əvvəl dayandırmalıyıq.

– Necə yəni işə salmadan? – Yusif təəccüblə soruşdu.

– Məgər siz bilmirsiz? – qız soruşdu.

– Biz sadəcə bilirik ki, bu bir təhlükəli layihədir, – Yusif cavabladı, – lakin necə bir layihədir, bilmirik.

– O zaman mən sizə yolda izah edərəm, – qız cavab verdi.

– Deməli, siz bilirsiz bu nədir, – Yusif sevindi, – daha bir sual, siz kimsiz?

– Mən İngiltərədəki Misir Səfirliyinin agenti Leyla Qadirəm, – o cavab verdi.

– Tanışlığımıza şadam, – Yusif dedi, sonra həm özünü, həm də yoldaşlarını təqdim etdi.

Müəllif: Kənan Rəcəbli

 

Rus dilindən tərcümə: Ceylan Mumoğlu 

 Orijinalı Yüklə: "Белая орхидея" 

21 sentyabr 2016
GO BACK