Qadin.NET / Səfil şahzadə

Səfil şahzadə

Səfil şahzadə

Səfil insanın ən zəngin hədiyyəsidir saf ürəkdən gələn arzular və səmimi sətirlər. Əqrəb arxasınca qaçan yelqovan zamanı ovuclarımızdan alıb götürərkən həyata gecikməmək üçün tələsir insan. Önəmli olan bu günün işini sabaha saxlamamaq deyil, sabahın işini bu gün görməməkdir. Gecikmək qədər tələsmək də sonda peşmanlıq deməkdir. Hər şey vaxtında gözəldir. Keçmiş artıq keçmişdə qaldı, gələcəksə bir tapmaca. Bu gün sənə verilən hədiyyədir. Bunun qiymətini bilmək gərəkdir. Bu səbəbdən əsla tələsmə və əsla gecikmə. Münasibət daima pərdələnmişdir. Alın yazısı deyə bir şey yoxdur. Bu sadəcə bədbəxtlərin özünə təsəlli vermək üçün uydurmasından ibarətdir. Hər etdiyin hərəkətin qarşılığını alarsan və həyatını bunlar təşkil edər.

Səfil şahzadə

Həyata hansı pəncərədən baxdığın önəmli deyil, önəmli olan baxarkən nə gördüyündür. Həyatını boşa xərcləmə. Geriyə dönüb baxanda keçmiş günlərini özləmə. Bir daha o günlərin qayıdacağını gözləmə. Etdiklərindən peşmanlıq duyma. Nə qədər müəmma dolu olsa da həyat, bəsit olan bir fikir var. Varlığımız səbəbsiz deyil. Önəmli olan ayaqda möhkəm durmaq deyil, önəmli olan harda durduğunun bilincində olmaq və düzgün olduğunu nə qədər qəbul etməyindir. Bir gün güzgü qarşısında özünə təəssüflə baxsan, bil ki o peşmanlığın bir işarəsidir.

 

 Nicat Tağızadə

11 sentyabr 2016
GO BACK