Dostlar asta çalın bu son zəngi
Nə yaman ağırdı onun ahəngi
Ürəyim kövrəldi,gözüm yaşardı
Qəlbimdə 11 illik xatirə qaldı
Qulaq asmadılar !Baxmadılar fəryadımıza.Çaldılar o ‘‘Son zəngi”.Bir gün məni əlimdən məktəbli çantası məktəbə qəbul edən bu zəng bu gün yola salır.Niyə o məni bu qədər insanla birləşdirib indi ayırır.İstərdim ki,bir az gec çalınasan.Çünkü doymadım dərs danışmaqdan,doymadım dostlardan,doymadım müəllimlərdən,doymadım “dərsə hazır deyiləm”deməkdən.Amma bu nə sənin nə mənim əlimdədir.İnsanın alın yazısıdır,ayrılıq.Amma bu ayrılıq ,yeni bir həyata başlanğıc verir-gəncliyə.Lakin mən qorxuram bu həyata daxil olmağa.Mən onun bağlı qapıları arxasında nələrin gizləndiyini bilmirəm.Mən bu həyatıma öyrəşmişəm,bu həyatımı sevirəm,bu həyatımda mənim nazımla oynayırlar,bu həyatımda şıltaqlıq edirəm.
Həqiqətən şair düz deyir,Sənin ahəngin nə qədər ağırdı.Sən çalınanda mən başa düşdüm ki,bu da son.Ondan əvvəl mən inanmırdım sənin varlığına.Özümə təsəlli verirdim ki,sən bir xəyalsan,yenə sentyabrın 15-i gələcək və mən yenə məktəbə gələcəyəm.Sıralarda dayanacağam,dövlət himnini oxuyub sənin sədaların altında öz sinifimə,doğma ocağımıza gedəcəyəm.Gedəcəyəm ki,yenə də öz yerimdə,öz sıramda,öz partamda oturum.Lakin sən öz gücünü göstərdin.Var gücünlə səsləndin qulaqlarımızda.Sanki bir vida nəğməsiydin,ayrılıq nəğməsi.
Qayıt uşaqlığım qayıt bir anlıq
Yeriyib ,yıxılıb,qaçmaq istərdim
Səhərlər əlimdə məktəb çantası
Məktəbin qapısın açmaq istərdim.