Mart ayının əvvəlləri idi. Bir tərəfdən günəşin parlaq şüaları soyuq mart ayında adamı valeh edir, bir tərəfdən də axşamdan yağan yağışın yenicə tumurcuqlamış yarpaqlardan, yenicə açılmş çiçəklərdən asılı qalmış yağış damcılarnın təravəti adamı məst edirdi. Çəmənlukdə, ağacların yarıçılpaq kölgəsində açmış bənövşələr, yazn gəlişini əminliklə söyləyirdilər.
Havanın bəzən sərt keçməsinə baxmayaraq, bənövşələr, nərgiz gülləri, çəmənlərin yaşıllaşması, ağacların çiçəkləməsi, insanlarda yeni həyat, yeni əhval-ruhiyyə yaradırdı.
Hamiləliyimin 6 ayına az qalırdı, çox çətinliklər keçirirdim hamiləlikdə. Təmiz havada gəzməyi həkimim məsləhət görmüşdü mənə. Lakin halsızlıq məni yorur, davamlı yatmaq, ayağa durmamaq istəyirdim. Mənə vurulan qlükozaların hesabına ayaq üstdə gəzirdim. Hər gün bəzəndə iki gundən bir özümdən gedirdim, yıxılrdım biixtiyari. Hamı mənim bu hamiləliyimə, hətta həkimim də mat qalmışdı. Doğuracağım uşagın nə vəziyyətdə olacagı hamını ən əsasda məni maraqlandırırdı. Cünki yemək yeyə bilmirdim, hər şeydən iyrənirdim. Yediyim yeməklərbunlar idi, çox duzlu şor, azacıq turş dovğa, bir də özümdən asılı olmayaraq nanəli diş məcunu yeyirdim. Sonradan bağırsaq problemi yarandı, uşaq 5 aylıq olanda əməliyyat olundum. Yemək yemədiyim üçün bağırsaqda quruma gedirmiş. Yəni bu hamiləlikdə çox əziyyət çəkirdim.
Həkimim mənə təmiz havada gəzməyi, çoxlu meyvə yeməyi dəfələrlə tövsiyə edirdi. Bunların heç birini lazımı qədər edə bilməməyimin fərqində idim. Getdikcə halsızlıq məni tənbəlləşdirirdi, yataqdan qalxmaq istəmirdim. Qaynanam, yoldaşım çox düşünüb daşndıqdan sonra qərara gəldilərki mən kəndə gedim atamgildə qalım, doğuşa yaın gəlim öz həkimimin yanına.
Yaz aylarını sevdiyim üçün bu mənə əsl fürsət idi. Hazırlaşıb gəldik kəndə. İlk iki gün dəyişməz keçdi, hər gün bağa çıxb 5-10 dəqiqə gəzirdım, ürəyim açılırdı yenicə çicəkləmiş ağaclara baxdıqca, bir az gəzib qayıdırdm, çox gəzməyə halım olmurdu, halsızlıq əvvəlki kimi hökü sürürdü. Kənddə olan müddətdə bir hadisə baş verdi, bunu ALLAHın möcüzəsi adlandırırdım.
Mən həmişəki kimi yerimdə uzanıb , televizorda gedən " Bobbi" hind filiminə baxırdım, bacmda otaqda idi.
Bacım təzə çay dəmləmişdi, mənə də dedi ki:
- Dur gəl çay iç,gilas mürəbbəsi də var, dur gəl.
Ərindiyimdənmi, yoxsa halsızlqdanmı içmk istəmədiyimi söylədim, lakin əl çəkmədi.
- Onda sən durma yatağının yanına gətirəcəm.
Razılaşdım, həm də sussamışdım düzü. Cayı uzandığm divanın yanında taburetkanın üstünə çay dəsmalı sərib, çayı və çox sevdiyim gilas mürəbbəsini ora qoydu. Durub yerimdə oturdum, iki qaşıq mürəbbə ilə çayı içdım. Çayı yenicə içib qurtarmışdm ki, səs-küy qopdu qonşuluqda.Tam heç nə anlamasaq da “ay aman uşaq getdi” , “ay aman uşaq öldü” bu kəlmələr aydın eşidilirdi. Bacım tez pəncərədən nənəmgil tərəfə boylandı, heç nə görmədiyi üçün tələsik çölə çıxdı və nənəmgil tərəfə qaçdı. Məndə bu səs-küydən narahat idim, yerimdə sakit uzana bilməzdim, yun koftamı çiynimə atıb evdən çölə çıxdım. Həyətimizlə nənəmgilin həyətinin arasında bir arx axırdı, səslərdə nənəmgil tərəfdən gəlirdi, məndə arxa yaxınlaşdım. Bizim tərəfdən dəmir setka çəkilmişdi, nənəmgil tərəfdən isə arxın çox hissəsini böyürtkən kolları tutmuşdu.
Arxın o tərəfində nə baş verdiyini anlamağa çalışrdım, nənəm, əmilərimin yoldaşları, əmim uşaqları qışqıraraq, ağlayaraq arxın kənarı ilə qaçırdılar. Bu mənzərədən çox qorxdum, bərkdən qışqıraraq sorusdum.
- Nə olub?
Böyüklərdən səs çıxmadı, mənə cavab verən olmadı. Böyük əmimin qızı dedi:
- Sülhiyyəni su aparır, arxın qırağında bənövşə yığanda suya yıxıldı, su onu aparır tapa bilmirik.
Sülhiyyə kiçik əmimin böyük qzı idi, cəmi 6 yaş var idi, özünün sudan çıxması qeyri-mumkün idi. Səsdən, qışqırıqlardan beynim qarışdı, nə edəcəyimi bilmirdim. Biz tərəfdən arxa yaxınlaşmaq mümkün deyildi, bu arx da təxmini 500-600 merədən sonra böyuk Şirvan kanalına tökülürdü. Yadıma salmağa çalışırdm ki, hardan arxa gırmək olar, xatırladım, cünki uşaq vaxtlarından demək olar ki, həyətimizin bütün dəlmə-deşiklərini bilirdim, çünki onları özüm yaradıdrdım. Bağın aşağı hissəsində 1m 50 sm hündürlüyü olan setkanın mən tərəfdən 40-50 sm əzildiyini xatırladım, arxa giriş tək ordan olacaqdı, başda yer yox idi, yoxsa beş on dəqiqəyə uşaq kanala düşəcək, kanalın sualarına qarışacaqdı.
Ani olaraq, elə bil ALLAH mənə güc, qüvvət verdi. Bu yeri xatırlayan kimi o tərəfə qaçmağa başladım, halsızlıqdan şikayət edən mən quş kimi uçurdum, bağın aşağısına setkaya tərəf. Setkanın əzilməsinə baxmayaraq hündürlüyü 120-130 sm olan (sonradan ölçüb dedilər) setkanı nə sürətlə keçdiyim yadıma gəlmir, elə bil ALLAH məni əli ilə götürüb setkanın o biri tərəfinə tulladı. Arxın kənarına gəlib, heç nə fikirləşmədən, hamilə olduğumun belə fərqinə varmadan özümü arxın içinə atdım. Həmin yerdə, arxn kənarında xoşbəxtlikdən qarğılar bitmişdi, qarğılardan tutub dayanmağa çalışırdım, çünki yaz ayı olduğundan arxlarda, çaylarda sular çoxalır, lilli gəlir, güclü olur sular. Bilirdim ki, əgər uşaq burdan keçəcək, hələ burdan keçməyibsə, inanırdım ki, keçməz, çünki arxın qırağındakı kollara ilişərək gələcəkdi. Arxın qırağı kol-kosla dolu idi.
Nəhayət, paltosu arxın qırağındakı kollara ilişərək gələn uşağı gördüm, lakin bu zamana kimi sağ olduğuna heç umidim qalmamışdı, tək fikrim o idi ki, usağı tapıb sudan çıxarım, axıb kanala getməsin. Suyun güclü gəlməsi məni də arxaya, suyun axınına tərəf dartırdı, arxın o biri tərəfi ilə ağlayaraq qaçıb gələn əmim yoldaşlarının tükürpədici səsləri eşidilirdi. Arxın qırağında bıtən qarğılardan bərk yapışıb dayanmışdım, suda gələn uşaq mənə çatırdı, bir əlimlə uşağın paltosundan yapışıb arxın kənarına çəkdim, çox çətinliklə palçıqdan, lilli sudan ağırlaşmış uşağı, bir əlimlə də qarğıdan tutaraq uşağı qaldırıb arxdan qırağa itələdim, özüm də palçığın, lilin içində çətinliklə arxdan çıxdım. Uşağın üzünə baxmağa qorxurdum, əynindən palçıqlı paltosunu cıxardım, uşağın üzündə həyat nişanəsi görünmürdü, hər yerı kol-kosdan cırlımış üzündə qan qarışıq palçığı əlimlə silməyə calışırdım, biixtiyari göz yaşlarımı saxlaya bilmirdim artıq.
Arxın o biri üzündən hamı mənə bir ümidlə baxırdı, sesləri cıxmrdı heç birinin. Uşaq nəfəs almırdı, ağzı, burnunun deşikləri palçıqla dolmuşdu. Yadıma “Bobbi” filmindəki ataların uşaqları sudan çıxarması, çıxardıqdan sonra üzü aşağı tutub ağızlarından suların tokulməsi səhnəsi gözümün önünə gəldi. Uşağı ağzı üstə çevirib ayağlarından yuxarı qaldırıb, sonra kurəyindən boynuna tərəf basmağa, sığımağa başladım, ağzınan, burnundan lil tökülürdü uşağın, üc, dörd dəfə belə etdikdən sonra uşaq qusmağa başladı, nəhayətki xışıltılıda olsa uşaq nəfəs aldı. Buna həm sevinir, həm gözlərimin yaşını saxlaya bilmirdim.
Uşaq gözlərini açmağa çalışırdı, içi palçıq oldugundan gözünü yumur, ağlamaq istəyirdi, ağzında, boğazında palçıq olduğundan davamlı oskürməsinə səbəb olurdu. Qızcığaz soyuqdan, qorxudan tit-tir əsirdi, uşağı əsməməsi üçün quçaqlayıb islaq yerə oturdum, lakin bu da kömək etmədi. Arxın o biri tərəfində olanlar uşağın sağ olduğunu görub geri qayıtdılar, çünki bizim yanımıza gəlməyin tək yolu bizim həyətə gəlib ordanda baga gəlmək idi. 2-3 dəqiqə keçmədi ki, hamı başımıza yığıldı, uşağı götürüb tələsik getdilər. Bacım yanımda qaldı, kömək etdi ayağa qalxıb yavaş-yavaş evə gəldik.
Bu hadisədən bir həftə ötmüşdü, uşaq artıq xəstəxanadan çıxıb evinə gəlmişdi, sağlamlığı yerində idi. Bu bir həftədə uşağın ana tərəfdən qohumları (ata tərəf onsuz da qonşuluqda idi) hamısı məni görməyə gəlmişdilər. Deyəndə ki, bu özu halsızdır, ayaq üstdə çox gəzə bilmir, hamiləliyi çətin keçir dedikcə hamının gözündə mənə zillənən təəccüblü baxışları görürdüm. Heç kimidə qınamırdım, çünki mən həmişəki kimi yenə dəayaq üstdə çox gəzmirdım, divanda uzanır, 10-15 dəqiqəlik bağda gəzir, günümü beləcə başa vururdum.
Sonralar böyüklərin danışdıqlarından bəlli oldu ki, mən 3 yaşımda olarkən bildiyimiz həmin bu arxa yıxılmışam və məni sudan çıxardığım uşağın atası, yəni kiçik əmim sudan çıxardıbmış və bu hadisədən sonra atam arxla bizim həyətin arasna dəmir setka çəkib. Anladım ki, bu mənim borcum imiş, əmimə borcumu qaytarışam.
Bu hadisəni kim eşitdi, heç kim inanmadı, halsız, hamilə, tez-tez özündən gedən bir qız, uşaq xilas etsin? Mümkün deyil, çünki hadisədən əvvəl necə idimsə, yenə də eyni halları yaşayırdım halsızlıq, yemək yeməmələr, urəkgetmələr davam edirdi.
Sonralar başa düşdüm ki, bütün möcüzələr tək ALLAHa məxsusdur, bir anın içində xəstəyə elə güc-qüvvət verər ki, sağlam adamdan da güclü olar. Ölmüş birinə can vermək, nəfəs vermək tək ALLAHa məxsusdur, bizlər isə sadəcə onu icra edənlərik.
O vaxtı hamilə olduğum uşaq sağlam doguldu, ali məktəbi oxuyub bitirdi, və hal hazırda xilasedici vəzifəsində çalışır. Xilas etdiyim Sülhiyyə isə ailə qurub artıq şirin bir qız anasıdr.
ALLAH hər ikisinə də uzun və sağlam ömür versin, ALLAH hər zaman dayağımızda dursun, Amin.
Müəllif:Şəhrizad.