Qadin.NET / Harun Rəşidin oğlu Əhməd Səbti

Harun Rəşidin oğlu Əhməd Səbti

 

 

Əhməd Səbti həzrətləri həyatını bir zahid olaraq sürdürürdü. Bir gün xəlifə Harun Rəşid oğlu Əhməd Səbtinin yanına gedib dedi:

- Ey oğul, sən məni rəzil, rüsvay etdin. İnsanlar, sənin məndən uzaqda həyatını sürdürdüyünə görə məni günahlandırırlar! O da, atasına belə cavab verdi:

- Ey atacan, mən səni rüsvay etmədim. Fəqət sənə görə mən rüsvay oluram! Harun Rəşid:

- Bu necə olur, deyə soruşunca, havada uçan quşları göstərib, onları çağırmasını istədi. Harun Rəşid quşları çağıran kimi, qaçdılar. Özü çağıran kimi, uçub qarşısına gəldilər. Atasına;

- Görürsən ki, sənin səsindən qaçırlar. Mənim isə bir işarəmlə gəlirlər, dedi … Bundan sonra Əhməd Səbti, başqa bir şəhərə getdi. Gedərkən anası qoluna qiymətli bir yaqut daşı bağladı, özü də oxuması üçün Qurani-Kərim aldı. Getdiyi yerdə şənbə günləri inşaatda işləyir, altı gün də bir səhrada yerləşən məsciddə xəlvətə çəkilirdi…

İş görərkən heç bir tənbəllik etmir, cani-könüldən işləyirdi. Bu ürəkdən işləməsini, olduğu yerin valisi görüb çox bəyəndi. Fəqət bir şənbə günü işə gəlmədi. Vali işçilərə;

- Niyə gəlmir, harda qalır? - deyə soruşdu. Biri; - O adam filan məsciddə qalır, xəstədir, dedi. Vali, onun yanına gedib ziyarət etdi və çox hörmət göstərdi. Xəstəliyi çox ağır idi. Valini görüncə; - Əgər yerinə yetirsən, sənə üç vəsiyyətim olacaq. Vali, hər nə vəsiyyət edərsə, yerinə yetirəcəyini dedi. Bunun üzərinə buyurdu: - Mən Harun Rəşidin oğluyam. Ondan heç bir şey almadım. Ancaq bu yaqutu qoluma güclə bağladılar. Bir də Qurani-Kərim gətirmişdim. Bunları Harun Rəşidə çatdırarsınız.

İkinci vəsiyyətim, mən öldükdən sonra üzümü qaraya boyayıb, boynuma ip salıb küçə-küçə bütün şəhəri gəzdirsinlər və; “Sahibinə itaətsizlik edən qulun halı belə olar!” desinlər.

Üçüncü vəsiyyətim də, qəbrimi bəlli etməsinlər!

Bunları dedikdən sonra dünyasını dəyişdi. Vali çox pərişan oldu. Fəqət vəsiyyətini yerinə yetirmək üçün boynuna bir ip bağlayıb küçə-küçə gəzdirmək istədi. O vaxt qeyibdən bir səs gəldi:

“Ey ədəbdən məhrum şəxs! Belə bir ədəbsizliyi mübarək bir qulamı edirsiniz, əzabdan qorxmursunuzmu?” Bu səsi eşidənlər tövbə etdilər və digər iki vəsiyyəti yerinə yetirdilər.

1 fevral 2016
GO BACK