Qadin.NET / Divardakı gündəlik

Divardakı gündəlik

 

Divardakı gündəlik

 

Divardakı gündəlik

Sübh çağı bir az küləyin,bir az quşların,bir az da valideynlərinin bir-birinə olan,kompliment pıçıltılarına gözlərini açdı.Yatağında tam bir ölü kimi tərpənməz halda uzanıqlı qalmışdı.Bircə gülümsəyəndə yanaqları batırdı.Elə sevinirdi ki,bu səslərə heç yerindən qalxmaq belə istəmirdi.Qapının taqqıltısına sanki ayıldı.Atası onu çox sevirdi.Hətta anasından da çox qayğısına qalır,dərsləriylə,gündəlik məşğuliyyətilə çox yaxından marağlanırdı.Ata,qız münasibətləri bəlkə də bu ailədə daha mükəmməl idi.Hər səhər onu yuxudan oyandırmaq üçün yanına gələr,saçlarını oxşayar,yanağından öpüb onu yeməyə dəvət edərdi.Valideynlər arasında isti münasibət mükəmməl idi.Bəlkə də seriallarda göründüyündən də mükəmməl... Uzun saçları dolaşmışdı bir-birinə.Boynunu ovxalaya-ovxalaya bir təhər yuxudan oyanıb,vanna otağına keçdi.Axşamdan yığılıb qalan bulaşıq qabları pişik elə yalamışdı ki,elə bilirdi analığı insafa gəlib qabları yuyub.Hələ qapının küncündəki içki şüşələri də yox idi yerində.Yuxulu gözlərini ovxalayıb ətrafa diqqətlə baxmaq istəsə də,hər şeyi xəyal kimi görürdü.Satmaq üçün bişirdiyi peraşkilər də yox idi,pişiyi də... Əl üzünü yuyub,güzgünün önünə keçdi."mənim günahımı de,Rəna"... Hər səhər bu sualı özünə verirdi və nahar yerinə divara yapışdırdığı gündəliyə,"bu gün bal yağ yedim" yazırdı.Bunu günorta,axşam da edirdi.Yeməyə nəsə olanda,"səni sevirəm ana yazırdı"... Yalnız soyuq günlərdə işləyirdi.

 

Divardakı gündəlik



 

Hər halda 19 yaşda gözəl bir qızın əlində peraşki satmağı utandırırdı onu.Soyuqda üzünü bağlayırdı ki,ətrafdan utanmasın.Çün ki,uşaqlıqdan bilirdi ki,20 qəpiklik peraşki yeyən insanların əda-BAZ-lığı dəhşət olur... Xoşbəxt ailə tablosu yuxularının ayrılmaz hissəsi idi.Yuxularda xoşbəxt olduğundan,gündüzləri bir təhər başa vurub yatağına qaçırdı həmişə.Anasını itirəndən bütün içkilərin adını əzbər bilirdi.O qədər saf idi ki,analığının nə işə yaradığını heç cürə anlaya bilmirdi.Anasının yas mərasimində analığını bəyənmişdi.... Rəna,19 illik həyatında bu qədər fərqli günün doğuşunu görməmişdi bu evdə.Atasının insafa gəldiyini düşünüb,evləri təmizləmək həvəsinə düşmüşdü."yəqin peraşkiləri və butulkaları satmağa aparıb" deyərək sevinirdi uşaq tək... Atasının otağını təmizləyəndə gözü masanın üzərindəki kağız parçasına sataşdı. "mən gəlməyəcəm,səndən kişi olmaz" yazmışdı analığı.Atasının yatağının altında pişiyi görüncə gözləri güldü və kağızı bir anlıq əlindən atıb pişiyi qucağına aldı.Bütün yatağın altı peraşki idi... Qapı açıldı,sərxoş ata qızının qollarında yatağına uzandı.Nə toz basmış ev təmizləndi,nə də "satılmış" peraşkilər... Rəna öz otağına keçib,divardakı gündəliyə "bu gün qəm yedim Ana" yazdı...

Turkon Qulxalil

28 noyabr 2015
GO BACK