Hadisə üç il əvvəl baş vermişdi. Biz internetdə tanış olmuşduq. İki aya yaxın ünsiyyətdə olduq. Sonra isə görüşmək qərarına gəldik. O, gözəl, yaraşıqlı, cavan idi və onun gözəl gözləri vardı. Biz bir-birimizi çox bəyəndik. Görüşməyə başladıq. Bu valehedici bir hiss idi. O, hiss ki, sən bir adama etibar edirsən və o, sənə etibar edir. Biz hər gün görüşürdük. Gecələr söhbət edir, gəzirdik. Hər şey demək olar ki, bir ay davam etdi.
Bir gün o, mənə dedi ki, vərəm xəstəsidir. Ona kiçik bir əməliyyat etmək lazımdır. Mən hönkür-hönkür ağlayırdım. O, dedi ki, biz daha görüşməyək. Məni çətinə salmağını istəmirdi. Mən isə onun dayağı olacağımı və hər şeyə dözəcəyimi dedim. O, razılaşdı. Bu barədə valideynlərinə də dedi. Ancaq onlar əleyhinə idi. Buna baxmayaraq mən yenə də onun yanında olmağa qərar verdim.
Hər gün işlərimi kənara qoyub, onun üçün yemək hazırlayıb, xəstəxanaya gedirdim. Mən ona hər şeyimi verdim, əvəzində isə heç nə istəmədim. O, altı ay ərzində sağaldı. Bir ay keçdi. Atası onu paytaxta işləməyə göndərdi. Mən onunla ayrılmaq istəmirdim və buna görə də onunla getməyə qərar verdim. Ona görə valideynərimlə də dalaşdım. Ancaq mənim on səkkiz yaşım olmamışdı buna görə də, mən geri qayıtmalı oldum.
Mənə acı verən isə onun valideynlərinin məni qəbul etməməsi idi. O, mənim üçün hər şey idi. Vaxt keçdikcə o məndən uzaqlaşmağa başlayırdı. Bir gün isə o, mənə paytaxtda bir qızı sevdiyini dedi. O vaxtdan biz daha görüşmədik. Amma mən indiyənədək valideynlərim qarşısında xəcalət çəkirəm. Onları heç vaxt incitməyin. Bir insanı sevib ona özünüzü fəda etməyin. Oğlanlar bunu heç vaxt qiymətləndirməyəcəklər. İndi məndə hər şey yaxşıdır. Çox sevdiyim həyat yoldaşım və övladım var. Mənim səhvim olmasına baxmayaraq o, həmişə mənim qəlbimdə qalacaq.
Tərcümə etdi: Şəri Babayeva