Qadin.NET / Proqramçı

Proqramçı

Mənim sevdiyim insan proqramçıdır. Bu faktdır və təəssüf ki, mən bunu dəyişə bilmərəm. O, üzbəüz binada yaşayır. Mən isə onu daimi pəncərədən izləyirəm. O, saatlarla kompüterin qarşısında oturaraq, saytlar yaradır, virtual qızlarla söhbət edir və oyunlar oynayır. Niyə onun kimiləri belə yaraşıqlı olur. Ah bu zərif üz cizgiləri və qara gözləri, iri dodaqları o gözəldir, buna şübhə etməyə dəyməz. Amma o gözəlliyini və cazibəsini internetdə yayımlayır. Mənə isə onun gözəlliyindən bir qramı da çatmır. Onun yanan gözləri, baxışları dalğın və pərişan saçları günbəgün məni narahat edir. Əgər qorxaq olmasaydım, onunla söhbət edə bilərdim. Məsələ burasındadır ki, məndə xroniki fanat sindromu var. Onu illərlə seyr edə bilərəm. Canlı küçədə rastlaşanda isə üzünə gülümsəməyə də çəkinirəm. Görünür onu əbədi pəncərədən seyr etməli olacam. İki il olar mən onu belə gizli sevirəm. Və indiyənə kimi o mənim nəfəsimdən tərləmiş pəncərəmə bir dəfə də olsun baxmayıb. Bir anlığa qəhvə içdiyim fincanımı masaya qoydum. Kompüterin qarşısına keçib yeni proqram yüklədim. Monitora bir nöqtədə gözümü zilləyib axtarışa başladım. Bəlkə bu proqram mənə sevimli proqramçımı tapmağa kömək olar. Bəs onu harda axtarmalı? Mən heç özüm də bilmirəm, hansı oyunu oynayır, hansı saytdan musiqi yükləyir! Monitor isə inadla susur, mənim göstərişimi gözləyirdi. Niyə kompüter onun nə etdiyini mənə göstərmək qabilliyyətinə malik deyil. İndi o nə edir, monitorda nəyə baxır?

Proqramçı

Bu, mənim üçün elə faydalı olardı. Klaviaturanı yumruqla vurdum və iztirablı göz yaşı axıtdım. Gecə lampasını söndürdüm və yatağa uzandım. Qəribə zingiltili səs məni yuxudan oyatdı. Beynində dəhşətli bir fikir sezilirdi: "Mənim evimdə siçan"? İşığı yandırıb geri çəkildim və səsi yenidən təkrarlandı. İndi mən başa düşdüm səs hardan gəlirdi. İşlədiyim kompüterin monitorunda işıq yanıb sönürdü: Sizdə - bir yeni ismarıc var: Nəfəsimi çəkib ismarıcı oxudum. İsmarıc göndər milyon evro qazan. Yazının üzərinə vurdum monitorda mənim məktubum görsəndi. Mövzu naməlumdan idi:

Proqramçı

Salam. Mən təəccüblə qaşlarımı çatdım və elektron məktubu açdım. Burada belə yazılmışdı: Salam, üzbəüz binada yaşayan qız. Sənin kompüterin ən son model deyil, ona görə də o çətin ki, non-stop rejimində işləməyə davam edə, sən yatan zaman. Daha çox pul itirirsən, çünki sən indiyənə qədər internetdəsən. Kompüteri söndürməyi məsləhət görürəm, hələ ki, o tam sönməyib. Yuxun şirin olsun, unutqan qız". Cavabında mən də təşəkkür edici məktub yollayıb, sual verdim: “Bəs sən kimsən” ? Cavab, dərhal gəldi. Mən çöldən pəncərə açılan səsi eşitdim. Başımı çevirib baxdım. Üzümə gülümsəyən sevimlimin üzünü gördüm.

Ey üzbəüz binada yaşayan qız! İnternetin toruna dolaşıb qalma!

Mənim sevdiyim insan proqramçıdır və bu faktdır. Onun ləyaqətli olması, daha çox xoşuma gəlir.

 

Müəllif: Psixoloq

 


18 noyabr 2015
GO BACK