Qadin.NET / Sevimli sarışın qız

Sevimli sarışın qız

Yatağında oturub qarşısında dayanmış sarışın sevimli qızı izləyirdi. Cürbəcür xəyallar qururdu içində sarışın qızın da olduğu. Gah gülümsəyir gah da nəsə ciddi bir şey fikirləşirdi. Bunu çatılan qaşlarından hiss etmək olardı. Ayağa qalxıb sarışın qıza yaxınlaşdı sevgi ilə qızın üzünə tumar çəkdi, gülümsəyərək qollarını açıb qucaqlamaq istədi, elə bu an hardansa peyda olan gözə görünməz qollar alıb apardı sarışın qızı, o, isə əlləri irəliyə uzanıq halda o mənimdir deyə bildi. Yanıqlı bir nalə çəkib hıçqıraraq şiddətlə ağlamağa başladı. Elə hönkürərək ağlayırdı ki, öz səsinə yuxudan oyandı. Bir –iki dəqiqə gözlərini tavana zilləyib donuq baxışlarla ora baxdı. Və həmin an anladı ki, qolları yuxudakı vəziyyətində qalıb. Qollarının yanına salıb dərindən bir nəfəs aldı, çox şükür deyərək. Gördükləri yuxu imiş bunu anladığında üzünə xəfif bir gülümsəmə qondu.

 

 

 

Sevimli sarışın qız

 

Yatağından çevrilib sol tərəfinə baxdı. Elə bil elektirik vurmuşa döndü. Yerindən sıçrayıb o yana bu yana qaçmağa başladı. Otaqları bir-birinə vurdu evdə kimsə yox idi. Otağına qayıdıb üstünü geyindi. Bir anın içində sanki qocalmağa başlamışdı. Ağır addımlarla pillələri enib həyətə düşdü. Bir- iki addım irəlilədi. Bundan artığını bacarmdaı qolları boşaldı, ayaqları tutuldu, nitqi qurudu, onsuzda batıq olan gözləri yoxa çıxdı, qaşları tökülməyə başladı, beli bükü halda qarşısındakı mənzərəni izləyirdi. İçində tufanlar, boranlar çağlayırdı gözündən leysan yağışları yağırdı. Göz yaşları içində əvvəlki qayğısız günlərini xatırladı. Sarışın qızın ilk gəldiyi günü sevinərək ona necə sarıldığını xatırladı. Xatırladıqca göz yaşaları sel olub yanaqlarından aşağı süzülürdü. Niyə belə oldu axı? Günahı nə idi? Sarışın qızı bu qədər sevməkmi? Bütün xəyalları, arzuları puç olmuşdu, artıq sarışın qız yox idi. Düşündükcə dəliyə dönürdü, hönkürərək dizləri üstə çökdü. Əlini uzadıb sarışın qızın kəsik başını qucağına aldı. Yanaqlarını oxşadı, bağrına basıb üzünə öpüş qondurdu. Hansı namərd əl qıymışdı, kim bu insafsızlığı ona etmişdi? Gecə gördüyü yuxusunu xatırladı acı-acı gülümsəməyə başladı. Sanki yuxusunun da onunla, sarışın qızla qərəzi vardı. Bu günə qədər gördüyü heç bir yuxu çin olmamışdır. Bu niyə oldu?

 

 

Sevimli sarışın qız

 

Bəli! Yuxusu çin olmuşdur. Tək bir fərqlə; görünən və bilinən bir əl onun sarışın sevimli qız pul qabını sındıraraq içindəki pulları götürmüşdür.

3 dekabr 2015
GO BACK