Mədinə özünə çay süzüb, pəncərə qabağında oturub həyətdəki mənzərəni müşahidə edirdi. Həyətdə adam çox idi, və onlar harasa tələsirdilər. Hər kəsin öz işi var idi. Kimsə çox çətin gündən sonra evə getmək istəyir, kimsə sadəcə ailəsinin yanına tələsirdi. O da onlara baxıb paxıllıq edirdi, axı onlar xoşbəxt idilər. Onların xoşbəxt gülüşü altıncı mərtəbədən çox gözəl görünürdü. Və birdən o iki aşiqləri gördü. Onlar qucaqlaşaraq gedirdilər. Həyət çox səssiz olduğundan onların cingiltili gülüşü çox yaxşı eşidilirdi.
Mədinənin yanaqlarından göz yaşları süzülməyə başladı. Elçinlə keçirdiyi xoş anları xatırladı. Ancaq o artıq yoxdur və olmayacaq. Ən əsası isə o, daha heç vaxt Elçini görməyəcək. İlk tanış olduqları anı xatırladı. Çox mənasız idi və o onun heç xoşuna gəlməmişdi. Əhvalat avtobus dayanacağında baş vermişdi. Erkən yaz səhəri idi. Elçin avtobusa çatmaq üçün qaçırdı və birdən Mədinə ilə toqquşdu.
- Siz görmürsünüz hara qaçırsınız? Mədinə bağırırdı.
- Bağışlayın məni. Mən bilərəkdən eləmədim.
- Əlbəttə, bəs necə? O, hələdə acıqlanırdı.
- Günahımı necə yuya bilərəm? Elçin gülümsəyərək soruşdu.
- Çətin ki, bu sizdə alınsın! Mədinə qürurla cavab verərək dayanacaqdan uzaqlaşdı.
Ertəsi gün Elçin həmin dayanacaqda əlində bir dəstə gül ilə Mədinəni gözləyirdi. Həmin gün onlar tanış oldular və Mədinə onu bağışladı. Mədinə xoşbəxt olduğu günləri xatırlayaraq Elçinin mehriban səsini yenidən eşitmək, onunla xəyallara dalmaq istəyirdi. Mədinə düşünürdü ki, heç kim onları ayıra bilməz, onlara birlikdə olmağa mane ola bilməz. Ancaq o, yanılırdı.
O, hər şeyi xatırlaya bildi, amma hiss edə bilmədi. Və acı-acı ağlayaraq başa düşdü ki, onunla bərabər, onun bütün hissləri də ölüb. Bir az sakitləşdikdən sonra çayından bir qurtum alaraq qışqırmağa başladı:
- "Mən səni sevirəm" və mənə səndən başqa heç kim lazım deyil. Qışqırıq həyətin ortasında hələ uzun müddət eşidildi. Yoldan keçənlər isə səsin hardan gəldiyini axtarırdılar. Mədinə isə oturmuşdu və gülürdü. Gözlərindən yaşlar süzülürdü ancaq o gülməkdə davam edirdi. Sonra isə vanna otağına keçdi. Ülgücü əlinə alaraq damarlarına yaxınlaşdırdı. Gözlərini yumdu və pıçıldadı: “Tezliklə biz birlikdə olacağıq mənim sevimlim”.
Onun ilk gördüyü onun siması oldu.
- Sabahın xeyir əzizim. Sən çox yatdın mən isə narahat olmağa başladım.
Mədinə əlinə baxdı hər şey qaydasında idi. Ancaq yanaqları yaş idi.
- Sabahın xeyir əzizim, o gülümsündü və nəfəsini dərib "Bu sadəcə olaraq bir yuxu idi" sadəcə bir yuxu!