Bir gecə bir qadın hava limanında təyyarənin gəlməsini gözləyirdi. Təyarəsinin gəlməsinə hələ çox zaman vardı və hava limanındakı dükana girib bir paket qürabiyə, bir kitab aldı. Özünə oturacaq yer tapıb qürabiyə yeyə-yeyə kitabına elə daldı ki, yenə də yanında oturan adamın çox cürətkarcasına ikisinin arasına qoyduğu qürabiyədən bir-bir götürüb yediyi nəzərindən qaçmadı.
Bir tərəfdən kitab oxuyur, bir tərəfdən qürabiyəsini yeyərkən, gözü saatdaydı . “Qürabiyə oğrusu” yavaş-yavaş qürabiyələri bitirərkən , saatın tik-takları sinirlərinin coşmasını əngəlləyə bilmirdi. Öz-özünə düşünürdü: “Bu qədər mədəni insan olmasaydım, bu adamın gözünün altını qaraldardım”.
Əlini hər dəfə qürabiyəyə uzatdıqca, adam da əlini uzadırdı. Sona tək qürabiyə qalmışdı :”Görüm, indi nə edəcək?”, dedi öz-özünə qadın. Adam üzündəki əsəbi gülümsəməylə sona qalmış qürabiyəni götürdü və ikiyə böldü. Yarısını özü yeyərkən, digər parasını qadına uzatdı. Qadın qaparcasına aldı adamın əlindən qürabiyəni və:” Aman Allah, nə cürətkar, nə kobud bir insandır. Təşəkkür belə etmir”, dedi. Həyatında bu qədər əsəbiləşdiyini xatırlamırdı.
Təyyarənin qalxacağı anonsunu eşidərkən, rahat bir dərin nəfəs aldı. Əşyalarını toplayıb çıxış qapısına doğru irəlilədi. “Qürabiyə oğrusuna” çönüb baxmadı belə. Təyyarəyə minib rahat skamyasına oturdu. Bitmək üzrə olan kitabını çantasından götürmək istərkən , gözləri heyrətlə açıldı. Bu ola bilməz! Dükandan aldığı qürabiyə olduğu kimi çantada dururdu. Çarəsizlik içində inlədi: ”Bunlar mənim qürabiyələrimdirsə, bəs o yediklərim də, o adamınmış demək. Mənimlə paylaşdı hər bir qürabiyəsini!”
Kədərlə üzür diləmək üçün çox gec olduğunu anladı. Kobud və cürətkar “qürabiyə" oğrusu“ özü idi...
(Tərcümə etdi: Qiraətçi Kübra Abdullazadə)