Əfsanəyə görə günlərin bir günü ilan arıyla qaranquşu göndərir ki,gedib dünyada ən şirin şeyin nə olduğunu öyrənib gəlsinlər ilan həmin şeylə dolanacaqmış.Çox axtarıb gəzəndən sonra bir gün arı insanı çalır,görür insanın qanı hər seydən şirindi.Daha vaxtı itirmətib uçur ilana xəbər verməyə.
Qaranquş işi belə görəndə insana rəhmi gəlir,tez arının qılığına girir ki,bacılı-bacılı,sənin sədaqətinə,dostluğuna heyranam ,izin ver dilindən öpüm.
Arı da razılıq verir.Qaranquş bir göz qırpımında arının dilini qoparır,arı qalır vızıldaya - vızıldaya,gəlir ilanın hüzuruna,heç nə başa sala bilmir.Qaranquşsa deyir ki,dünyada ən şirin şey torpaqdı,sənin qismətinə torpaq yazılıb.İlan torpaq yeyib görür bu kələkdi.Başlayır qaranquşla vuruşmağa,atılıb dişləmək istəyəndə onun quyruğunu haçalayır.Qaranquş da ilanın dilini iki bölür.
O gündən insanların dostu qaranquş haçaquyruq qalır.