Rəna əyilib kiçik qızının tuflilərini geyindirəndə qəfildən ayaqlarının altındakı pillələr “rəqs etməyə”başladı.Bir şey anlamadı.Məhəllə adamlarının qaraqışqırıq salaraq yol tərəfə qaçdıqlarını görüb vahimələndi.Balacasını qoltuğuna alıb,digər uşaqlarınınsa əlindən yapışıb sürətlə həyətdən çıxdı.Torpaq ləngərlənib irəli-geri “dartınırdı”,dünyaya uşaq gətirən hamilə qadına bənzəyirdi:bətnindəki körpə qarnını təpikləyib işıqlı dünyaya çıxmağa can atırdı.Uşağın-böyüyün fəryadı aləmi götürmüşdü.Yaşlı qadınlar baxışlarını göyə zilləyib kəlmeyi-şəhadətlərini dillərinə gətirir,Allaha yalvararaq “zavallı hamilənin salamat azad olunmağını”xahiş edirdilər. Dünyanın ikinci dərəcəli canlıları: itlər,pişiklər,toyuqlar,quşlar,ilanlar,cücülər...hamısı öz dillərində qorxularını bəyan edirdilər.Sanki qiyamət günüydü.Birdən kimsə dəhşətlə bağırdı:
-Səngər yerindən qopub bizə sarı gəlir!
Səngər,kəndin başında qatarlanıb düzülən dağların ən qocamanı və ulusuydu.Həm də ucasıydı.Geniş ətəklərini böyür-başındakı bala dağların üzərinə salan bu dağ,balalarını qanadının altına yığıb himayə edən nəhəng qartala oxşayırdı.
Adamlar çevrilib əndişəylə Səngərə baxdılar.Sanki xilasları ondan asılıydı.Əlbəttə,dağ üzüsuyuyla yerində dururdu.Sadəcə olaraq,torpağın üstündə dayanan digər varlıqlar kimi,ləngər vururdu.
Nəhayət,sirli pərdələrinin altından,ayağı yerdən üzüləcəyindən qorxub ora-bura vurnuxan Adəm övladlarını seyr edən Tanrının onlara rəhmi gəldi,”silkələmə əməliyyatını” dayandırdı.Üç güclü təkandan sonra torpaq “azad oldu”.Ancaq dünyaya gətirdiyi körpəsini kimsə görmədi.İşi-peşəsi vaxtlı-vaxtsız üstündə yaşayanları udmaq olduğundan,kim bilir,bəlkə,öz balasını da yerin altında doğub,sonradan udmuşdu...
Xeyli küçədə qalan adamlar evlərinə döndülər.Kənddə can itkisi,yaralanan olmasa da,fəlakət ziyansız ötüşmədi.Çox evlərin divarları yarılmış,qab-qacaq tökülüb sınmışdı.Radio və televiziyada diktor həyəcanla xəbər verdi ki,Ermənistanda yeddi bal gücündə zəlzələ baş verib,Spitak,Leninakan və s.şəhərlər tamam dağılıb,güclü insan təlfatı var.Gürcüstanın Ermənistana yaxın olan rayonlarında zəlzələnin gücü beş bala çatıb.
1998-ci iliydi.Xain ermənilər neçə illərdən bəri ürəklərində pas tutan gizli niyyətlərini həyata keçirib,Azərbaycanlıları halal dədə-baba torpaqlarından qovurdular.Dmanisidən gecə-gündüz Leninakan,Stepanavan kimi rayonlardan köç daşıyan yük maşınları gəlib keçirdi.Köçkünlərin bəziləri Gürcüstandakı Azərbaycanlılara,bəziləri də Azərbaycana pənah aparır,sığınacaq tapırdılar.Axırıncı köç maşınının üstündəki qarı son dəfə doğma el-obaya nəzər salıb kövrəlmişdi.Üzünü göylərə tutub deyirdi:
-Tanrı,bu zülmü yerdə qoyma.Mənim kimi,ayağının biri gorda olan adamlara da hörmət qoymayan bu gavurlara elə görəcək göstər ki,başları özlərinə qarışsın.-Tanrı da cənnətlik qarının səsini eşidib gavurların payını vermişdi.Şahidlər söyləyirdilər ki, söhbəti bitən zaman zəlzələ baş vermişdi.Bu zaman dağıntı zonalarında bir Azərbaycanlı qalmamışdı.
Uşaqlığında Rəna ermənilərin törətdiyi vəhşiliklərdən danışan qocalara çox qulaq asmışdı.Zaman-zaman onların əməllərinə uyğun deyimlər,zərbməsəllər də yaranmışdı:ermənini qapında gör,erməni qan gördü və s.Birini tənbeh edəndə:ermənidən dönməsənmi,erməniyə dönəsən;xorla danışanlara:erməni bazarıdımı-deyərdilər.Hansısa meyvənin nübarını yeyən uşaqlarına anaları aşağıdakı sözləri təqlid eləmişdilər:
dişim-başım ağrımasın,
ermənidən qalmasın,
müsəlmandan ölməsin...
Balaca uşaqlar oyun oynayarkən dalaşanda bir-birlərinə deyirdilər:
-Erməni,dindirmə məni!
Niyə həmin deyimlər ermənilərə ünvanlanırdı?Gürcülər,yunanlar,svanlar,Gürcüstanda məskunlaşan başqa xalqlar haqqında belə deyimlər yoxuydu.Ermənilər tarixən qan tökməkdə məşhuruydular.Həmişə “Babam mənə kor dedi,gələnə-gedənə vur dedi”,”Dəliyəm,güclüyəm” fikirləriylə quru yerə qan sürtmüşdülər.Cavablarını alanda da “türkeslərlə”öcəşir,fürsət düşəndəarxadan vurmağa çalışırdılar.
Neçə illər qabaq Rənagilin kəndinə Petros adlı erməni gəlirdi.Qapı-qapı dolaşıb camaatın ayaqyolusu üçün quyu qazırdı.Hərqapıda on günə yaxın qalırdı.Ev yiyəsi acıyıb,ona puldan əlavə yatmağına yer,yağlı-buğlu yeməklər verirdi.Üzdən yazıq adama oxşayırdı.Əziyyətli,ağır işlər gördüyündən dəbərə gözlərinə qan sağılmışdı.Bəzən quyunun içində səsini qaldırıb Azərbaycan xalq mahnılarını oxuyurdu.Quyudan çıxanda uşaq-böyük başına toplaşıb məzəli söhbətlərinə qulaq asırdılar.Qış ayları isə soyuq olduğundan öz kəndinə gedirdi.
Petros işini qurtarıb başqa qapıya yollananda evin qadınları işlətdikləri qab-qacağı bulaqda yuyub carlayır (salavatlayır),onun yatdığı yorğan-döşəyi söküb qaynadırdılar.Onda Rənanın Petrosa yaman yazığı gəlirdi.Bilmirdi ki,vaxt olacaq onun milləti ürəyiaçıq,xoşniyyətli xalqına elə dərin quyu qazacaq ki,illərlə çıxa bilməyəcəklər.
Kənddə yaranma dövrü məlum olmayan söyləmə-lətifə dildən-ağızdan düşmürdü.Rəna onu nənəsindən eşitmişdi.
...Qonşu kənddə bir erməni ölür.Azərbaycanlı qonşular yığışıb kişili-qadınlı hüzürə gedirlər.İçərilərində çox baməzə qadın varmış.Yol gedərkən erməniləri dolamaq haqqında düşünür.Fikrini yoldaşlarına da bildirir.
Hüzür yerində qonaqları hörmətlə qarşılayırlar.Kişiləri kişilərin otağına,qadınları mərhumun cənazəsinin qırağına gətirirlər.Baməzə qadın “dil deyib ağlamağa”başlayır:
-Uzun-uzun,heey!
-Çan-erməni qadınları cavab verir.
-Gödək-gödək,heey!
-Çan.
-A bu öləni nəhlətlik olsun!
-Çan.Amin.
-A yiyəsi,qəbrini dərin qazın,xortdayar!
-Çan.
-Geridə qalanlarını da yanına yığın.
-Çan.
-Qırılanlar sizdən olsun!
-Çan.
-Qalanlar bizdən olsun!
-Çan.
Ermənilər Azərbaycan dilini yaxşı başa düşmədiklərindən qadının dil deməyindən razı qalırlar,qonaqları hörmət-izzətlə yola salırlar.
Gürcüstanda xeyli erməni yaşayırdı.Əllərində imkan olsaydı,burada yaşayan Azəriləri də qovub yer-yurdlarına yiyələnərdilər.Arada qarışıqlıq sqlırdılar,baş tutmurdu.
1990-cı ilin 20 yanvarında səhər tezdən radioda Bakıdakı qırğını diktor hüznlü səslə elan edəndə kənddə hamının üstünə elə bil su səpələndi.Kişilər bir göz qırpımında əsas yığnaq yerlərinə-kənd sovetinin qabağına toplaşdılar.Qorxudan danışa bilmirdilər.Başlarını aşağı sallayıb,elektrik dirəyinin ən uca yerindən asılmış böyük radioqəbuledicinin hayqırdığı ürək-parçalayan matəm musiqisini dinləyirdilər.Hamısının Bakıda yaşayanı vardı.Görən kmin evinə qara xəbər,dalınca da”posılka”gələcəkdi...
Rəna otaqda uzanıb matəm musiqisinə qulaq asa-asa hönkürürdü.Balaca qızları yanına düzülüb,arabir məyus halda gözlərini tutub:”Ana,bəsdi,ağlama”-deyirdilər.Elə bilirdilər,bununla analarının göz yaşını kəsəcəklər.İnsanın ürəyində göz yaşı bulağının mövcud olduğunu,dolub-daşanda göz navalçadan axıb töküldüyünü uşaq ağıllarıyla necə anlayaydılar...
Üç gün ağladı Rəna.Onu sakitləşdirməyi bacaran tapılmadı.Qoynunda ömrünün dörd əvəzedilməz ilini keçirdiyi,xəyallarının paytaxtı olan Bakısının qanına qəltan edilməsinə dö-zəmmirdi.Axı, bu şəhər yaşam dünyasının müxtəlif köşələrinə səpələnmiş cəmi Azərbaycanlıların ümidgahı,arxasıydı.Belə ağır günündə orada olmaq,sarı şeytanların əllərindəki ölümsa-çan silahlara baxmayıb,heç olmasa bircə nəfər-torpağın üstünə sərilmiş azadlıq şəhidinin yarasını sarımaq,məlhəm sürtmək istəyirdi.Zira ki,fövqəladə vəziyyət elan olunduğundan Bakıya adam buraxmırdılar.
Qara Yanvarda Rənagilin kəndlərindən bir tələbə oğlan şəhid oldu.
1990-1991-ci illərdə Gürcüstanda da vəziyyət xeyli gərginləşdi.Ad-familiyalarını dəyişdirib gürcüləşən erməni dığalarıyla digər şovinistlər çirkin niyyətlərini həyata keçirmək üçün əks hücuma başladılar.Dmanisi,Bolnisi,Marneuli rayonlarında yerli əhaliylə qarşıdurma yaradıb,günahsız adamların qanının tökülməsinə bais oldular.Dmanisidə yaşayan Azərbaycanlıların xeyli hissəsi neçə əziyyətlə tikdikləri evlərini qeyri millətlərin üzvlərinə dəyər-dəyməzinə satıb,köçmək məcburiyyətində qaldılar.Təxribatların başında əsasən Xalq Cəbhəsi adıyla,Konstantin Qamsaxurdiyanın şovinist ideyalarını təbliğ edən “Qurucu David”romanıyla tərbiyələnən Zivyad Qamsaxurdiya dururdu.Rəhbər vəzifələrdə çalışanları,həkimləri,idarə rəhbərlərini səbəbsiz işdən çıxarır,yerinə gürcü təyin edirdilər.Bolnisidə-rayon mərkəzində gürcülərdaha çox məskunlaşdığından rəhbər vəzifələrdə əsasən özləri çalışırdılar.Xəstəxanadakı Azərbaycanlı həkimlər işdən çıxarılandan sonra Azərbaycanlı xəstələrin də ayağı oradan kəsildi.Qalanlarısa alayarımçıq aparıb Marneuli şəhərinə qoyurdular.Bu şəhərdə Azərbaycanlılar çox olduğundan,Ulu Borçalının mərkəzi sayıldığından millətçi dəstələr burada əl-qol atmağa çəkinirdilər.
Arzularını qismən həyata keçirmişdilər.Bolnisidə sahə rəisi işləyən,Rənagilin kəndində yaşayan xeyirxah ziyalı cavan millətin təəssübünü çəkərək,Bolnisidəki xəstəxanada-doğum şöbəsində və digər şöbələrdə yatan xəstələri təmənnasız surətdə,təhlükəsizliyini qoruyaraq şəxsi maşınında kəndə gətirib adamlarına təhvil verirdi.Adı Bayraməli idi.
Qonşu kənd erməni kəndiydi.Meşənin qoynunda yerləşirdi.Axar-baxarlı,səfalı yer olsa da,ucqarıydı deyə cavanlar qalmırdı.Az sayda yaşlılar yaşayırdılar.Hərdən yayda Rusiyada, başqa xarici ölkələrdə ömür sürən övladları nəvələriylə gəlib onlara baş çəkir,az sonra geri dönürdülər.Dolanışıqları yaxşıydı.Rayon mərkəzində,paytaxt şəhərdə də evləri vardı.
Ermənilərdən birinin adı Armenikiydi.Kök,sarıyanız,göygöz kişiydi.Arı saxlamaqla da məşğuluydu.Xeyli arısı vardı,kisələrlə qəndi onlara yedirib,ildə neçə ton bal alırdı.Nisbətən ucuz satdığından alıcısı kalanıydı.Tamahı o qədər güclüydü ki,bu qədər pulla kifayətlənməyib,ağ rəngli minik maşınını pal-paltarla,ərzaq şeyləriylə doldurub məhəllə-məhəllə dolaşaraq satırdı.Kotanı hər yerə işlədiyindən,burdan batıb,ordan çıxırdı.20 Yanvar hadisəsindən sonra kefi daha da açılmışdı.Onun,neçə illik qonşularıyla dil tapıb yola getsə də,qarnı bazarlıydı.Son vaxtlar özünü şübhəli aparırdı.Kəndin qulağına çatmışdı ki,kənddən rayona “şpionluq”eləyir.Başbilən kişilər çağırıb sorğu-suala çəkəndə:”Balamın ölmüşünə,yalandı.Neçə illərdi birevli kimi dolandığım od,gor qonşularıma xəyanət edərəmmi heç?”-demişdi.İnanmışdılar.İki gün
keçəndən sonra cavan oğlu maşın qəzasına uğrayıb ölmüşdü.
Bir dəfə yenə Armenik Rənagilin məhəlləsinə paltar satmağa gəlmişdi.Yaraşıqlı xalatlar gətirmişdi.Qadınlar,qızlar başına toplaşıb özlərinəuyğun xalat seçirdilər.Rəna xalatın birini təzəcə əyninə keçirəndə kişi eyhamla dilləndi:
-Axçi,alın,yaxşı maldı,Bakıda geyinərsiniz.
Qadınlar sözlərin mahiyyətinə varmadan gülüşdülər.Birdən Rəna sanki yuxudan ayıldı.Erməninin üstüörtülü danışığı ilan kimi onu çaldı.Gözünün qabağına əli silahlı dığaların hədə-qorxusuyla zorla ev-eşiyindən qovulan soydaşları:yaşının bu vaxtında beş qarış gorgahını Vətəndə qoyub kəfənini aparan dirisi,hələ bəlkə ölüsü də qərib adlanacaq pirani qocalar,yalın əllə müqavimət göstərə bilməyən cavanlar gəldi.Bunlar azmış kimi,indi də Gürcüstanda yaşayan Azərilərin Bakıya köçməyinə gözlərini dikmişdilər.Qəzəbini saxlaya bilməyən Rəna xalatı əynindən çıxarıb var gücüylə-göy gözləri hiyləgərcəsinə parıldayan kaftar dığanın başına çırpdı.Ona bir də bu həndəvərdə dolanmamağı tapşırdı.Armenik sakitcə maşını sürüb getdi.Qadınlar Rənanı alqışladılar...
...Evinə qayıdanda Rəna neçə ay əvvəl Armenikdən aldığı balı xatırladı.İki bankadaydı.Kiçiyini yeyib qurtarmışdılar,üçlitrlik bankadakı dururdu.Gözü ona sataşanda çiyrəndi.Ona elə gəldi ki,evinin hər yanı murdarlanıb.Əri evdə yoxuydu,uşaqlar da bağçadaydılar.Bankanı stolun üstünə qoyub xeyli tamaşa elədi.Xəyalında didərginlərin sahibsiz evlərində kef çəkən dığalar, axçilər,bir də gül əllərin çoxdandı dərmədiyi qoxulanmadan solan çiçəklər canlandı.Kim bilir, bəlkə elə indi o çiçəklərin üstünə qonub şirə çəkir elə Armenikin də arıları.Təkcə şirə yox, onunla birgə zavallı insanların göz yaşlarını,zamansız fəryadlarını da toplayırlar çiçəklərdən. Gör ha!Necə yeyiblər belə balı görəsən?..Yerindən qalxıb bankanın ağzını açdı,balı boşaltdı.Yuyulub getməsi üçün üstündən xeyli su axıtdı.Sonra bankanı daşa vurub çiliklədi,çilikləri süpürüb zibilliyə atdı.Bundan sonra elə bil ev-eşik başdan-ayağa salavatlanıb təmizlənmiş,qüsullanmışdı.Hər yer üzünə gülürdü.Radioda isə müğənni oxuyurdu:
Dost əlindən zəhər alsam,içərəm,
Dara düşsə,bu canımdan keçərəm...
Anladı ki,ermənilərdən adama dost olmaz.Onlar dostluqdan qeyri hər şeyi bacarırlar.Ən yaxşı bacardıqları isə oğurluqdu.Başqalarının torpağını qəsb edənlərin nəinki özləri,həm də arıları oğrudu...