Qadin.NET / Gündüz-gecə...

Gündüz-gecə...

 

Gündüz-gecə...

 

Bir müdrik adam bir gün çəmənlikdə şagirdləri ilə oturub onları sorğu-sual edir:

- "Gecə ilə gündüzü necə ayıra bilərsiniz? Ümumiyyətlə, nə zaman qaranlıq başlayır, nə vaxt hava işıqlanır? "

Şagirdlərdən biri suala belə cavab verir:
- "Uzaqdakı sürüyə baxaram, qoyunu keçidən ayıra bilmədiyim vaxt, deməli, axşam düşmüşdür."

Başqa bir şagird cavab vermək üçün icazə istəyir və "müəllimim, əncir ağacını zeytun ağacından ayırdığım zaman başa düşərəm ki, sabah açılmışdır."

 Müdrik adam uzun müddət susur. Şagirdlər həyəcanlanır və sualın doğru cavabını soruşmaq qərarına gəlirlər:
- "Siz nə düşünürsünüz, müəllim?" deyə soruşurlar.
Gündüz-gecə...

Müdrik adam belə cavab verir:

- "Gedərkən qarşıma bir qadın çıxdığında, gözəldirmi çirkindirmi, bənizi qaradırmı, ağdırmı deyə ayırmadan ona" bacım "deyə bildiyim vaxt və yenə gedərkən qarşıma çıxan kişini zəngindirmi, yoxsuldurmu deyə düşünmədən, millətinə, irqinə, dininə baxmayaraq," qardaşım" kimi gördüyüm zaman başa düşərəm ki, səhər açılmış, aydınlıq olmuşdur... "
Yaradılanı Yaradandan ötrü sevmək lazımdır!
Yunus Əmrənin çox sevdiyim sözüdür :'' Yaradılanı Yaradandan ötrü sevmək''. Sevginin, məncə, ən gözəl ifadəsi, həyatımızın fəlsəfəsi, düsturu, qayəsi olacaq ən köklü sözlərdən biridir. Sizin kimi düşünməyən və sizin kimi yaşamayan insanlara da Yaradanın yaradılanı olduğundan ötrü xoşgörüşlü, gözəl baxa bilərsiniz...
25 fevral 2015
GO BACK