Padşahla arvadının uşağı olmurdu, edilənlərin heç birinin xeyiri yox idi. Bir gün yaşlı, ağ uzun saqqalı olan bir adam saraya qonaq gəlir, padşah qocanı çox sevdiyi üçün axşam yeməyinə də saxlayır. Yeməkdən sonra ağ saqqallı qoca:
- "Deyəsən sizin meyvəniz yoxdur" -deyir.
Padşah dərhal cavab verir:
- "Hər meyvədən var, nə istəyirsiniz?" deyir.
- "Yox," deyir qoca, "onu demirəm, yəqin sizin uşağınız yoxdur, onu söyləmək istəyirəm."
Padşahla arvadının gözləri dolur.
- "Çox istədik, amma olmadı"- deyirlər.
- "Yaxşı" deyir qoca, "mən sizə bir yol göstərəcəyəm, dediklərimi etsəniz uşağınız olar. Ölkənin ən hündürdəki dağının təpəsində bir bulaq var. Baharın yaza bağlandığı gecə, səhər təzəcə açılmağa başlayanda, ay batmadan, günəş də çıxarkən sıx ağaclığa girib yuyunduqdan sonra, "xeyirlisi nədirsə olsun" deyib bir-birinizə qovuşacaqsınız".
Yaşlı adam bunları söylədikdən sonra otağına çəkilir, ertəsi gün də heç kimə görünmədən saraydan ayrılıb gedir. Padşahla arvadı, böyük bir izdihamla yola çıxırlar. Dağın başındakı ağaclığa girib yuyunurlar, sonra da çadırlarına çəkilirlər. Padşahın arvadı:
- "Allahım, bizə bir övlad ver, necə verirsən ver" -deyir.
O gecə padşahın arvadı hamilə qalır. Aradan doqquz ay keçir, doğum vaxtı yaxınlaşır. Saraya ölkənin ən məşhur həkimlərini çağırırlar. Amma sultan heç cür dünyaya gələ bilmir, həkimlərin səyi faydasız qalır. Şəhərdə atası və ögey anası ilə yaşayan çox gözəl və çox kasıb bir gənc qız yaşayır. Padşah hirsindən arvadının doğumuna kömək edə bilməyənlərin hər birinin başını vurdurur. Bunu eşidən pis ürəkli ögey ana, saraya gedib:
- "Mənim bir ögey qızım var. Sultanı dünyaya gəlməsinə yalnız o kömək edə bilər"-deyir.
Bundan sonra saraydan adam göndərib qızı çağırtdırırlar. Qız başına nə gələcəyini anlayır, anasının məzarına gedir, anasından məsləhət alır:
- "Anacan, mən nə edəcəyəm, heç bir həkimin edə bilməyəcəyi işi indi mənə tapşırdılar. Mənim də başımı kəsəcəklər."
Elə həmin vaxt məzarın yanında ağ saqqallı bir qoca peyda olur:
- "Ağlama qızım" deyir, "mən sənə nə edəcəyini deyəcəm, dediklərimi etsən, canını qurtararsan." Sonra qıza nə edəcəyini izah etməyə başlayır. "Sultan mənim dediklərimi tutmadı, xeyirlisini istəyəcəyini, nə olursa olsun dedi, buna görə də övlad yerinə qarınında bir ilan daşıyır indi, sən saraya gedəndə dərhal bir qazan süd istəyəcəksən, südü sultanın ayaqları arasına yerləştirəcəksən, südün qoxusunu bilən ilan da çölə çıxacaq."
Qız saraya gedir, qocanın dediklərini edir. Həqiqətən də sultan, böyük, quru bir ilan doğurur. Dərhal padşaha xəbər verirlər. Sultan xanım ağlayır:
- "Nə edəcəyik" deyə bir zaman çırpınırlar, sonunda "İlan-milan, övlad övladdır," deyib ilanı heç kimə göstərmədən sarayın arxa otaqlarından birinə yerləşdirirlər. Ölkədə padşahın bir övladı oldu deyə şənliklər hazırlanır. Aradan illər keçir, arxa otaqda saxlanılan quru ilan böyüyür, bir gün padşah atasına xəbər göndərir:
- "Mən artıq evlənmək istəyirəm" deyir. Padşah, nə etsin, bir dənəcik övladı var. Vəzirlərdən birinin qızını oğluna istəyir. Toy edilir, ertəsi gün qapını açırlar ki, qızın cəsədi bir küncdə yatır. İlan qızı öldürür. Başqa bir vəzirin qızı ilə evləndirirlər. İlan onu da öldürür. Saraydakı qızlar bir-bir öldükdən sonra, xalqdan qızlarla evləndirməyə başlayırlar. İlan şahzadə, o qızları da öldürürür. Gənc qızlar saraya gəlin gedib bir-bir ölürlər. Xalq şahzadənin ilan olduğunu bilmir, amma xəyallarının gözəli evlənən qızların öldüyü məmləkətdə yayılır, hər kəs qızını məmləkətdən qaçırmağa çalışır. Bir gün ilanın doğulmasına kömək edən qızın ögey anası saraya gedir:
- "Mənim çox gözəl bir qızım var, sultanın doğulmasına da o kömək etmişdi, şahzadənin dilindən o anlayar, onunla evləndirin şahzadəni" deyir.
Dərhal qadının evinə adamlar göndərilir, qızı atasından istəyirlər. Qızın atası nə etsin, padşaha xeyr deyəcək halı yoxdur, qızını verir. Bunu eşidən qız öləcəyini başa düşür, dərhal anasının məzarına qaçır.
- "Anacan, məni xəyallarının gözəli evləndirəcəklər, amma şahzadə ilandır. Məni də o biri qızlar kimi öldürəcək, gənc yaşımda öləcəyəm" deyir.
Qız anasının məzarı başında ağlayarkən, ağ saqqallı qoca görünür yenidən:
- "Ağlama" deyir, "ilan qılığındakı şahzadə əslində çox yaraşıqlı bir cavandır. Dediyimi etsən insan halına dönər, çox xoşbəxt bir həyat yaşayar. "
- "Nə edəcəyəm?" deyə qız soruşur . Qoca da izah edir.
- "Sən toy gecəsi, əyninə qırx köynək geyəcəksən. Sən otağa girəndə ilan sənə "soyun" deyəcək, sən bir köynəyini çıxart, sonra sən də ona '"sən də soyun baxaq ilan bəy'"də, o da dərilərindən birini çıxardacaq. Sonra sənə yenidən, "soyun'" deyəcək, sən yenə ikinci köynəyini çıxartdıqdan sonra ona "sən də soyun ilan bəy" deyəcəksən. Belə-belə qırx dərisini də çıxartdıracaqsan. Qırxıncı dərisini çıxartdıqdan sonra yaraşıqlı bir oğlana dönəcək. Amma əsla, o bütün dərilərini çıxarmazdan əvvəl sən soyunub qalma. O dərilərini çıxarmazdan əvvəl soyunsan, səni çılpaq görsə səni də öldürəcək. "
Qız hazırlanır, gəlib saraya aparırlar, toy olur. Sonra qız da qoca adamın dediyi kimi qırx köynək geyinir. Hər şey qocanın dediyi kimi olur, birinci qız çıxardır köynəyini, sonra ilan çıxardır dərisini, birlikdə soyunurlar, qırxıncı dəridən də sonra ilan çox yaraşıqlı bir cavan olur, ikisi uzun illər xoşbəxt yaşayırlar.
Bu hekayədən nəticə çıxararaq, insan Uca Yaradandan hər zaman hər şeyin xeyirlisini istəməlidir:
"Allahım, haqqımda xeyirlisi nədirsə, o olsun inşAllah".