Qadin.NET / Qısa hekayələr

Qısa hekayələr

Qısa hekayələr

Zəhərli çörək
Nə tökərsən aşına, o da çıxar qaşığına. (Atalar sözü) 
Tez-tez evinin qapısını döyüb dilənən qadından bezib olduqca narahat olan evin xanımı bir gün yenə eyni dilənçi qapısını döydüyündə ondan xilas olmağa qərar verər. Dilənçiyə bir az gözləməsini söyləyib mətbəxdən bir parça çörək götürüb ortasından kəsərək arasına pendir və zeytun yerləşdirər. Təbii ki, bu vaxt arasına həşərat öldürmək üçün istifadə etdiyi qüvvətli zəhərdən tökməyi də unutmur. Çölə çıxıb çörəyi dilənçiyə uzatdığı zaman qadın "Allah razı olsun" deyib evdən ayrılır.
Qarnı ac olan qadın bir məscidin həyətində bir az əvvəl ona verilən çörəyi çıxarıb yemək istəyərkən əl-üzünü yuyan bir əsgərin ona baxdığını görür. Əsgərin halından yoldan gəldiyi və yorğunluğu aydın görünürdü. Dilənçi əsgərin baxışlarından onun ac olduğunu və sanki "bir az da mənə ver" dediyini duyur. Gəncin halına acıyan qadın çörəyin hamısını əsgərə verir və oradan uzaqlaşır.
Dilənçi qadının verdiyi çörəyi iştahla yeyən əsgər çox keçmədən ağrıdan qıvranmağa başlayır. Bir müddət sonra məscidə gələn camaat yerdə qıvrılan gəncin kim olduğunu və ona nə olduğunu soruşub öyrəndikdən sonra evinə aparırlar. Gənc əsgər bir az əvvəl məscid həyətində bir dilənçi qadının ona çörək verdiyini və o çörəyi yedikdən sonra bu hala düşdüyünü deyəndə qadın dilənçiyə verdiyi çörəyi xatırlayır və başından aşağıya qaynar su tökülür sanki. "Mən nə etdim?" deyə çırpınmağa başlayır, amma iş işdən keçmişdir. İgid cavan oradaca həyata gözlərini yumur.

Qısa hekayələr
2 stəkan su
Keçmiş zamanlarda bir hökmdar var imiş. Zənginliyi bütün dünya tərəfindən bilinirmiş. Hökmdar hər getdiyi yerə xəzinəsinin bir hissəsini götürür və bunları sərgiləməkdən böyük qürur duyarmış. Hökmdarın həyatda ən çox güvəndiyi tək müəllimi bir müdrik kişiymiş.
Günlərin bir günü bu müdrik adamla oturarkən hökmdar belə bir sual verir: "Sən ki göyün sirrinə çatmış, elmə istiqamət vermiş bir adamsan. İnsanlar istər hökmdar qədər güclü, istər döyüşçülər qədər şərəfli olsun, ayağına sərilər, ağzından çıxacaq tək kəlməni, sözü gözləyərlər. İndi sənin kimi müdrik bir adamın fikrini maraq edirəm, mənim hökmdarlığım və sərvətim haqqında nə düşünürsən?"
Müdrik bu sual qarşısında hökmdarın gözlərinə baxaraq bu sözləri söyləmiş: "Deyək ki, hökmdarım, qızğın və ucsuz bir səhradasınız. Ölməmək üçün sizə uzadacağım bir stəkan su qarşılığında sərvətinizin yarısını mənə verərdinizmi?"
- Verərdim, təbii ki.
- Zaman keçdi deyək, susuzluğunuz artdı, sizə uzadacağım bir sonrakı stəkana sərvətinizin digər yarısını da verərdinizmi?
Hökmdar bir az düşünər və ardından: "Ölməmək üçün bəli" deyər. Bu cavabdan sonra müdrik adam gülərək bu sözləri söyləmiş: "Madam ki, elədir, o zaman çox öyünməyin. Çünki sizin sərvətiniz yalnızca iki stəkan sudur".
7 dekabr 2014
GO BACK