Qadin.NET / Qısa hekayələr (2)

Qısa hekayələr (2)

Qısa hekayələr (2)
Qulaqları olmayan uşaq    
"Körpəmi görə bilərəmmi?" dedi yeni ana. Qucağına yumşaq bir boxça verildi və xoşbəxt ana körpəsinin kiçik üzünü görmək üçün qundağı açdı və sanki nitqi tutuldu! Ana və körpəsini seyr edən həkim sürətlə arxaya döndü və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi.
Müayinələrdə körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görkəmini pozan bir qulaq məhrumluğu olduğu aydın oldu. Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəbdən evə qaçaraq gəldi və özünü anasının qollarına atdı. Hıçqırırdı. Bu onun yaşadığı ilk ən böyük xəyal qırıqlığı idi; ağlayaraq: "böyük bir uşaq mənə eybəcər dedi", dedi. 
Kiçik uşaq bu bəxtsizliyi ilə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi, sinif başçısı belə ola bilərdi, əgər insanların arasına qarışmış olsaydı. Anası hər zaman ona "Gənclərlə ünsiyyət qurmalısan" deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrı və şəfqət hiss edirdi. Atası ailə həkimi ilə oğlunun problemi ilə əlaqədar görüşmək qərarına gəldi:
- Heç bir şey edilə bilməzmi? 
Həkim dedi:
- Əgər bir cüt qulaq tapılsa, orqan nəqli edilə bilər.
Beləcə, gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi. Bir gün atası dedi:
- Xəstəxanaya gedirsən, oğlum, anan və mən sənə qulaqlarını verəcək birini tapdıq. Ancaq unutma, onun kim olduğu bir sirrdir.
Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasının yanına gedib soruşdu:
- Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılığı edən adam kimdir? Mən o insan üçün heç bir şey edə bilmədim.
- Bir şey edə biləcəyini sanmıram. Lakin bunu indi öyrənə bilməzsən, hələ zamanı deyil. 
Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bir gün ortaya çıxma zamanı gəldi. Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsinin başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı, qırmızı-qəhvəyi saçlarını əliylə geriyə doğru itələdi, anasının qulaqları yox idi.
- Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt idi,-deyə pıçıldadı atası,- və heç kim ananın daha az gözəl olduğunu düşünmədi. Əsl gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir! Əsl xoşbəxtlik gördüyün şeydə deyil, əsl görünməyən yerdədir. Əsl sevgi edildiyi bilinən şeydə deyil, edildiyi halda bilinməyən şeydədir!    
Qısa hekayələr (2)
Qismət ədalətli, qul zalım olur.
Məmməd "Qırxıncı"  adlanan mədrəsədə kitab oxuyarkən tez-tələsik tutularaq həbsə göndərilir. O, həbsxanada məhkumlara iman həqiqətlərini izah edib, dərs keçərkən bu sətirlər məhkumlardan birinin diqqətini çəkir: 
- Hakim səni oğurluqla günahlandırıb və həbsə atıb. Halbuki, sən oğru deyilsən. Lakin kimsə bilməz ki, gizli bir qətlin var. Budur, ilahi qismət səni o gizli qətlin üçün məhkum edir, hakim isə etmədiyin cinayətə görə səni həbsə atıb, zülm edir. Bu şəkildə qismət ədalətli, qul isə zalım olur.     
Bu sözləri dinləyən o, məhkum başına gələnləri, həbsxanaya necə düşdüyünü belə izah edir:
" Gəncliyimdə bir vaxtlar qonşumla dalaşmış, qanlı bıçaqlı olmuşdum. Daha sonra mən əsgərliyə getdim. Bir gün hərbi birliyimizdən qaçıb gizlicə kəndimizə gəldim və davalı olduğum qonşumu öldürüb qaçdım. Kimsə fərqinə varmadan da, yenə hərbi xidmətimə davam etdim. Kimsə bu cinayəti mənim törətdiyimi ağılına gətirmədi, çünki əsgərlikdəydim. 
Aradan illər keçdi. Ərzuruma səfər etdiyim zaman polislər məni yolda saxladı. Qarət edilərkən öldürülən bir adamın qatili olduğum günahıyla məni tez-tələsik həbs etdilər. Nə qədər danışsamda izah edə bilmədim. Çünki məndən qabaq qatil qaçmış və həmin qatilin surəti mənə bənzəyirmiş. O, adam tapılmadı və mən məhkəmənin qərarı ilə 24 ilə məhkum olundum. Beləcə işləmədiyim cinayətə görə hökm aldım. Amma indi mənə aydın oldu ki, tale illər əvvəl işlədiyim cinayətə görə məni məhkum edib. Məmməd müəllim siz bu sətirləri oxuyarkən anlamış oldum vəziyyəti... Bəli, qismət bir qulun intiqamını bir başqa qul ilə alır. Bilməyən cahil isə, onu qulun özü törədib sanır."    
Qismət!... deyib keçmə. Bax nə deyir sirrin sahibi: "Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik." (İsra sürəsi 13)
5 yanvar 2015
GO BACK