Qadin.NET / Əgər bir gün Peyğəmbər (s.ə.s) sizə qonaq gəlsə

Əgər bir gün Peyğəmbər (s.ə.s) sizə qonaq gəlsə

Əgər bir gün Peyğəmbər (s.ə.s) sizə qonaq gəlsə

Əgər bir gün Peyğəbər (s.ə.s) xəbərsiz qapımızı döysəydi, görəsən, nə edərdik? Bilirəm, belə bir şərəfli qonağı evinizin ən yaxşı yerində oturdar, ən ləziz yeməklərə qonaq edərdik. Amma gəlin etiraf edək.

Onu qapımızda gördükdə tam casarətlə: “Canım sənə fəda olsun, ey Allahın Peyğəmbəri, buyur, içəri gəl!” deyərdik, yoxsa masamızın üstündəki Ona layiq olmayan qəzet və jurnalları gizlədərdik?

Səhər açılır-açılmaz şou verlişlərinə baxdığımız televizoru açıq qoyacaydıq? Bəs mənəviyyatımızı məhv edən əylənəcli dvdləri neyləyəcəkdik? Bəlkə neçə illər əvvəl aldığımız və rəflərdə toz bağlamış kitabları ortaya qoyacaqdıq? Görəsən, o şərəfli insanı dərhal içəri dəvət edərdik, yoxsa “Nə olar, bir dəqiqə gözləyin.” deyib evimizi səhmana salacaqdıq? Görəsən, min bir təlaşla onlardan hansı birini ortadan yığışdıra biləcəyik?

Maraqlıdır, görəsən, Peyğəmbər (s.ə.s) bir neçə günlüyə bizimlə yaşamağa qərar versəydi, hər gün gördüyümüz işləri onunla birlikdə olduğumuz günlərdədə görərdik? Məsələn, Onu (s.a.s) da özümüzlə hər gün getdiyimiz yerlərə aparardıq? Görəsən, Onu (s.a.s) hər gün ünsiyyətdə olduğumuz şəxslərlə tanış edərdik?

Bəlkə bir neçə günlüyə planlarımızı dəyişərdik? İndi, gəlin tam səmimiyyətlə etiraf edək. Ömrümüzün sonunadək Onun (s.a.s) bizimlə olmasını istərdik? Yoxsa Onun (s.a.s) ziyarətinin tez bitməsini və bundan sonra rahat nəfəs alacağımızı düşünərdik?

İndi cavab verin, fikirləşin və təsəvvür edin, əgər bir gün Peyğəbər (s.ə.s) sizə qonaq gəlsəydi, nə edərdiniz? Yaşadığınız həyatı olduğu kimi davam edəcəksiniz, yoxsa özünüzə çəki-düzəm verəcəksiniz? 

Əgər bir gün Peyğəmbər (s.ə.s) sizə qonaq gəlsə

Peyğəmbər (s.ə.s) gəldiyi zaman özünüzə çəki-düzən verməli olduğunuzu düşünürsünüzsə, deməli, siz Onu (s.a.s) qarşılamağa layiq deyilsiniz. Yox, əgər olduğunuz kimi qarşılasanız, deməli, siz, doğrudan da, xoşbəxt, düz həyat yaşayırsınız.

Heç biriniz Peyğəmbər (s.ə.s) bizə gəlməz deməyin. Bu bir utopiyadır, Peyğəmbə (s.a.s) artıq yaşamışdır və hal-hazırda bizə qonaq gəlməyi mümkün deyil deyə düşünməyin. Məqaləni hərfi mənada başa düşmək lazım deyil. Bu məqalə sadəcə düşünməyimiz və nəfsimizi sorğu-sual etməyimiz üçündür. Bu gün bir ailəmizdə, həyatımızda İslamı nə dərəcədə yaşadırıq? İslam bizim üçün nədir? O, bizim damarımızda axırmı? Düşünək və ibrət alaraq nəticə çıxaraq.

25 oktyabr 2014
GO BACK