Sahib Talehi işə götürəndən sonra ona dincəlmək üçün bir neçə gün vaxt verdi.”İş olanda səni çağıracam.Zəngimi gözlə”-demişdi ayrılanda.
Bir həftə sonra axşamüstü zəng edən Sahib onun dərhal yanına gəlməsini dedi.Bu dəfə Seymur, Ariflə Soltan həyətdə gözlədi.İçəridə Sahiblə təklikdə uzun, cansıxıcı dialoq başladı:
-Bu gün ilk işin olacaq.Hər şey bundan asılıdır.Çalış, ələ keçməyəsən.Amma qorxma, onsuz da gündə bir hadisə olur.Hansının səbəbini tapıblar ki, bunu da tapalar.Sənin bütün borclarını, üstəgəl üç aylıq faizi bu işi görəndən sonra siləcəm.
Eşitdiklərindən hələ heç nə anlamayan Taleh key kimi ona baxırdı.
-Sən məni qorumalısan.Mənimsə düşmənlərim çoxdur.Onlardan ən böyüyü Tapdıqdı.Onu aradan götürməliyik.Yaşamaqçün öldürmək lazımdır bəzən.Mən onu öldürtməsəm o məni öldürəcək nə vaxtsa.
-Hansı Tapdıq?Zavodun direktoru?Axı eşitdiyimə görə o sizin dostunuz idi.
-Nə dost?Onu özümə yaxınlaşdırmaq istədim.Buna görə qohum da olmağa çalışdım.Alınmadı.İndi başqa çarəm yoxdur.Mənim yolumun üstünə çıxanları həmişə yolumdan götürmüşəm.Götürəcəm də.
-Neyləmək istəyirsiz ki?
-Mən yox, sən edəcəksən.Onu bu gecə aradan götürməlisən.Hər şey hazırdı.Ünvanı Alik bilir.Səkkizinci mərtəbədə yaşayır Tapdıq.Bu gecə evə qayıdanda onunla birlikdə liftlə qalx.Elə ordaca işini bitir.
Eşitdiklərindən dəhşətə gəlmişdi Taleh.Özünə nifrət edirdi.Gör kimlərə ilişmişdi?Özünü nə işə salmışdı...
-Yox, yox!Mən bacarmaram.İndiyədək heç toyuq başı da kəsməmişəm.Mən qatil olum???
-Sən artıq bizim adam sayılırsan.Sirrimizi bilən adamı da hələ indiyədək buraxmamışıq.Yəni...sağ buraxmamışıq.Mənə borcun ödənməyib, unutma.Tamamən məndən asılısan.Qərarısa mən verirəm.
-Bəs bu işi görəndən sonra məni rahat buraxacaqsan?
-Bilmirəm.Söz vermirəm.Heç kimə etibar etmirəm.Hamı məni hörmətli, xeyriyyəçi bir insan kimi tanıyır.Səni buraxsam necə əmin olum ki, dilini dinc saxlayacaqsan?
“Xeyriyyəçi” sözünü eşidən Taleh dünən axşam “Xəbərlər”ində Sahibin etdiyi xeyriyyəçilik işinin efirə getməsini xatırladı.Marketlərindəki vaxtı keçmiş ərzaq məhsullarını bir neçə köçkün ailəsinə paylamış, böyük bir iş görmüş kimi televiziyadan çəkiliş üçün nümayəndə də çağırmışdı.Bu haqda qəsəbədə hamı istehza ilə danışırdı.Talehin susmasını razılıq kimi qəbul edib sözünə davam etdi:
-İşi bitirəndən sonra heç nə olmamış kimi maşına otur.Ətrafa çox boylanıb özünü şübhəli aparma.Maşını Alik sürəcək.
O gecə Talehin əli ilk dəfə qana batdı...Alikdən ayrılıb evlərinə çatan kimi hamama girib bir neçə dəfə yuyundu.Bu dəhşətli yuxudan oyanmaq, düşdüyü çirkabdan bu yolla qurtulmaq istəyirdi sanki.Yatmaq istədi, yata bilmədi.Yuxusu qaçmışdı.Kitab rəfinə yaxınlaşdı.Sevə-sevə oxuduğu kitablardan birini götürüb oxumaq istədi.Oxusa bəlkə başı qarışardı.Fikrini toplayıb heç bir cümləni də tam oxuya bilmədi.Yenə də köməyinə gündəliyi çatdı.Əsgərlikdən qayıdandan sonra ilk dəfə sevgisini etiraf etdiyi gün yenidən gündəliyini yazmağa davam etmişdi.
O gündən bəri daha çox gündəlikdə Sevda haqda yazdıqları idi.Əli titrəyə-titrəyə gündəliyi açdı.
Yazmağa başladı:-“Bu gün həyatımın ən qara səhifələrindən biri oldu.Yox, bu dəfə yaxınlarımdan ölən yoxdur.Özüm də ölməyə hazırlaşmıram.Amma yaşamaqçün öldürməliydim.Bu gün bunu öyrətdilər mənə.Çox dəhşətli qərar idi.Bilirəm.Özüm də özümə nifrət edirəm.Mən artıq qatiləm!Əlim qana batıb.Əvəzində ömür boyu ödəyə bilməyəcəyim borcumu ödədim.Neyləyim?Canımdan çox sevdiyim insanlara nəsə edəcəklərindən qorxdum.Peşman olsam da daha gecdi.Dönüşü olmayan bir yoldayam.Bu yolda da öləcəm, bilirəm..Təki anamın, Sevdanın canı sağ olsun.Nə qədər ki, sağam, onların hər şeyi olacaq.Qalan ömrümü özümçün deyil, onlarçün yaşayacam.Bir insanın həyatına son qoydum...Amma o da günahsız deyildi.Ölməyə layiq idi.Çox insanın haqqını yeyib.Bizim kimilərin sayəsində varlanıb.Atamın ölümündən sonra bütün varlılara, kasıbların qanını soranlara nifrət edirəm!!!”
Son sözləri özünə təsəlli üçün yazsa da özünü bağışlaya bilmirdi.Bütün gecəni oyaq qaldı.Qorxdu ki, yatsa öldürdüyü adam yuxusuna girib ona rahatlıq verməyə, hesab istəyə.Otağın, dəhlizin işıqlarını da söndürmədi.Sabahı beləcə açdı.
Talehin ilk “işi”nin tarixçəsi belə oldu.Bir neçə belə işdən sonra artıq o, kriminal aləmin sayılıb-seçilən simalarından birinə çevrilmişdi.Onun “qurbanları”nın əksəriyyəti iş adamı, sonuncu isə tanınmış dövlət məmuru olduğu üçün son günlərdə onun axtarışı gücləndirilmişdi.
Taleh özündən sonra heç bir iz qoymurdu.Buna baxmayaraq hər “hakimiyyətin” bir sonu olduğu kimi Talehin də işləri sonadək uğurla getmədi.Dəstənin izinə düşmüşdülər.Bir neçə gün əvvəlki işin baş tutmaması, onların qəsəbəsində polislərin tez-tez görünməsi, çayxanada axtarışlar aparmaları bunu göstərirdi.Talehgilin evinə gələn, onu axtaransa hələ ki, olmamışdı.Görünür dəstənin üzvlərinin bu qəsəbədə toplanması polislərə məlum olsa da üzvləri haqda məlumatları yox idi.Belə gərgin günlərin birində Taleh Sevdayla görüşmək, ona hər şeyi danışıb ayrılmaq qərarına gəldi. Sevdanın arxasınca universitetə, ordansa birlikdə gəzə-gəzə bulvara getdilər.Söhbətə hardan başlayacağını bilmirdi.Çox uzatmayıb qısa danışdı:
-Sevda məndən incidiyini bilirəm.Bağışla ki, sənə vaxt ayıra bilmirəm.
-Hə, sən çox dəyişmisən.Soyumusan elə bil.Axı niyə?Nə olub?Həyatında başqası var?Düzünü de.
-Səndən başqası həyatımda olmayıb və olmayacaq da.Nə səndən əvvəl, nə sonra...Amma həyatım daha mənə aid deyil.
-Bəs səbəb nədir?Üç gün əvvəl ad günümdə heç zəng də etmədin.
Taleh Sevdanın ad gününü unutmamışdı.Özü qəsdən, Sevdanın ondan soyumağını istədiyi üçün zəng etməmişdi.İstədi ki, onun diqqətsizliyini görüb yavaş-yavaş özündən soyutsun.Sevda isə heç nəyə baxmayaraq ona hələ də bağlıdır.Ayrılmaq fikri yoxdur deyəsən.Gərək bu addımı özü atsın.
-Sevda, biz ayrılmalıyıq.Mən sənə xoşbəxt həyat yaşada bilməyəcəm.Layiq deyiləm sənə.Məndən qat-qat yaxşı oğlana rast gələcəksən.Sənin qədrini bilən, səni incitməyən...
Sevda cavab vermir, ağlayırdı.Talehin də gözləri yaşarmışdı.Sevdaya ayrılmalarının səbəbini, bir qatil olduğunu, gələcəyi olmayan bir insanla mənasız həyat keçirib bədbəxt olmaması üçün əslində bu ayrılıqla Sevdanı özündən qorumaq istədyini deyə bilmədi...
Həmin günün axşamı Sahibdən bir həftəlik icazə istədi.Dincəlmək, olanları unutmaqçün harasa getməli, fikrini dağıtmalı idi.Seymurla Alik də onunla gedəcəkdi.Alikin maşınıyla.Yeni gələn iki gənc də onlarla olacaqdı.Bircə Soltan rayona, yaxın qohumunun toyuna getdiyi üçün onlarla deyildi.Bu bir gəzinti, təbiət qoynunda istirahət, əyləncəli səfər idi.Şimal bölgəsində tanınmış əyləncə mərkəzlərindən birinə yola düşdülər...
Bir həftə sonra deyə-gülə, maşında musiqi səsini yüksəldərək, yüksək əhvalla geri qayıdırdılar. Maşını yenə Alik sürürdü.Görünür çox yaxşı əylənə bilmişdilər.Təkcə Taleh fikirli görünürdü..Arxa oturacaqda, pəncərədən baxa-baxa fikrə dalmışdı..Bu gecə atasını yuxuda görmüşdü.Əli qana batandan bəri ilk dəfəydi atası yuxusuna girirdi.Gördü ki, ağ, uzun libasda olan atası uzaqdan gəlir.Taleh atasını görcək sevincək ona tərəf qaçır.”Ata, ata bu sənsən?” deyib onu səsləyir.Atası ona cavab vermir.Nəyə görəsə ağlayırdı.Yaxınlaşıb atasının ona uzanan əllərini tutmağa çalışır.Bu zaman aralarındakı bir metrlik məsafə birdən uzanır...uzanır.Atası gözdən itir.Sonra yenə anidən görünür, özü Talehə yaxınlaşır.Bu dəfə isə aralarında bir uçurum əmələ gəlir.Başa düşür ki, atasına heç vaxt çata bilməyəcək..Yuxudan oyanandan qanı qaralıb.Öz yuxusunu özü belə yozdu:-“Mənim mələk simalı, məsum, həyatda inciyən, amma incitməyən Cənnətlik atamla əlbəttə ki, qovuşa bilmərik.Mən Cəhənnəmi çoxdan qazanmışam...Bağışla məni, ata.”
Həmin gün onların izinə düşən polislər onları yolda yaxaladılar.Polislər çox, onlarsa az idilər.Atışma çox çəkmir.Yarım saat içində Alikin maşını saysız güllələrdən dəlmə-deşik edilir.Sağ qalan olmur.Taleh də dünyasını dəyişir...
Bəli, hekayənin qəhrəmanı , indiyədək taleyinə acıdığımız Taleh killer idi! Amma eyni zamanda bizim kimi sevməyi bacaran, həyatı çətinliklərlə dolu sadə qəlbli biri...
Hələ uşaqlıqdan cinayəkarların kökünü kəsmək arzusuyla yaşayan, hüquqşunas olmaq istəyən Talehin özünü həyat cinayətkara çevirdi.."Quzunu qurda çeviren" həyat...
Yəqin ki, Talehin əslində kim olduğunu biləndə çoxunuz ona nifrət etdiniz.Mənsə nədənsə ona həmişə acıdım.Onun haqda ilk dəfə eşidəndə də, sonralar da.Allah onu bağışlasın...