Qadin.NET / Ömür səhifələrim

Ömür səhifələrim

 

 

Ömür səhifələrimi varaqlayıram.Bir əsər oxuyuram bu vərəqlərdə.İçi mən dolu bir əsər.Özümü oxuyuram bu kitabda.İlk səhifələri çox rahat oxuyuram.Bəzən gülürəm,bəzən sevinirəm.Üç-dörd səhifədən sonra çətinləşir oxumaq.Həyatın çətinliklərini,əzablarını oxumaq daha çətin olur.Bu səhifələrdə sevinc çox azdır.Əzabdır bu səhifələr başdan-başa.Bir zamanlar nə çox səhvlər elədiyimi görürəm.Uşaq kimi hərəkətlər elədiyimi yalnız indi başa düşürəm.Sevinmədiyim halda güldüyüm günləri xatırlayıram.Gülə-gülə ağladığım günlər keçir ağlımdan.Sevdiyim vaxtları görürəm.Saf məhəbbətimi görürəm bu səhifələrdə.İndi isə həyatım bitmək üzrədir.Kitabın son səhifəsini yazıram.Bilmirəm xoşbəxtəm,ya yox.Görəsən bu həyatı ürəyimcə yaşamışam? Heç onu da bilmirəm. Artıq bu sualları verməyin də elə bir mənası yoxdur. Hər şey geridə qalıb.Mənim həyatım bir yazıçının boş, mənasız əsəri kimidir.Yazıldı və bitdi...

Hər insanın öz əlindədir həyat kitabı.İnsan öz həyatını özü yazır.Yazdığınız əsərə görə kitabın son səhifəsində peşmançılıq çəkmək istəmirsinizsə həyatı özünüz üçün yaşamağa çalışın.Ən mühümü budur!!!

26 mart 2011
GO BACK