Qadin.NET / Ana əfsanəsi

Ana əfsanəsi

 

Ana əfsanəsi

 

Ananın 3 oğlu var idi .Oğullar çox dəcəl və sözə baxmaz uşaqlardı.

Ana səhərdən axşama kimi çalışır ,onlar isə vaxtlarını oynamaqla keçiridilər.  Bir dəfə ana bərk xəstələndi .Qızdırmadan yanırdı ,taqəti yox idi ki, durub bir stəkan su içsin.Uşaqlar ona heç fikir də vermirdilər,elə öz oyunlarını oynayırdılar.

Böyük oğul içəri gəldi .

Ana:-oğlum yanıram mənə su ver,

Oğul-ana mən maralam ovçular məni axtarır ,sənə su versəm məni taparlar deyərək qaçıb getdi.

Ortancıl oğul gəldi,

Ana:-oğlum yanıram nə olar bir damcı su ver içim,

Ortancıl oğlu:-ana mən ovçuyam sənə su versəm marallar məni görüb qaçar,deyərək qaçıb getdi.

 Kiçik oğul da gəldi və anasının iniltisinə ,yalvarışına baxmayaraq su vermədən qaçıb getdi.

Ananın bu ah naləsinə görə Tanrı onu quşa döndərdi.Bunu görən uşaqlar hərəsi əlinə bir qab su alıb ,ağlaya- ağlaya onun arxasınca düşdülər.Ana quş onların başı üstündən dövrə vurararaq uçub uzaqlarda qeyb oldu.

21 yanvar 2011
GO BACK