Klaradakı dəyişikliklər
Klaragilin bura gəlməyindən bir həftə keçmişdi. Onun yanaqları getdikcə allanırdı, rəngi yerinə qayıdırdı. Solğun, kefsiz, isştahsız qız gedib, yerinə gülərüzlü, iştahlı, gümrah biri gəlmişdi. Gecələri rahat yatmazdı və ona görə də ona tez-tez yuxu dərmanı verirdilər. Ancaq Alp dağlarına gələn gündən gecələri elə bərk yatırdı ki, heç bir səs onu oyatmağa qadir deyildi. Buraların havası Klaranın səhhətində müsbət dəyişikliklər yaratmışdır. Onlar hər səhər Piterin fit səsini eşidir, onun keçiləri dağa aparmasına tamaşa edir, axşam isə qaytarmağına baxırdılar.
Piter dağa tək gedirdi və bunun günahını Klarada görürdü. O, hər dəfə Heidiyə getməyi üçün inad edirdi. Ancaq Heidi Klaranı tək qoyub getmək istəmirdi.
Baba hər səhər Klara ilə oynamaq qərarına gəlmişdi. O, hər səhər Klara yuxudan ayılanda onu arabasına qoymazdan əvvəl bir neçə dəqiqə ayaqüstə saxlayırdı. Klarada baş verən dəyişiklikləri özü görməsə də baba çox yaxşı gördü və sevinirdi. Bir gün Heidi babasından gəzmək üçün icazə aldı:
- Baba nə olar, bizi çəmənliyə apar, gedək gəzək.
- Yaxşı, əgər Klara orada ayaqüstə duracağına söz versə, ona gedərik.
Klara bunu eşidən kimi:
- Söz verirəm, söz verirəm,- dedi.
Onlar Piterin gəlməyini gözlədilər.
Böyük sevinc
Qızlar gəzmək üçün hazırlaşırdılar. Baba Klaranın arabasını qapının yanına gətirdi. Piter Heidiyə Klaranı da özləri ilə apardığı üçün çox əsəbiləmişdi. Ona görə də o, Klaranın əlil arabasını qapının yanında görəndə onu itələdi. Araba üzü yoxuşa tərəf sürüşdü və gözdən itdi.
Heidigil həyətə çıxanda arabanı görməyib təəccübləndilər və fikirləşdilər ki, yəqin külək onu aparıb. Piter isə heç nə deməmiş və oradan uzaqlaşmışdı. Klara arabasını görməyincə çox üzüldü:
- Mən çox bədbəxt qızam. Biz daha heç bir yerə gedə bilməyəcəyik.
Baba isə kefini pozmadan dedi:
- Yox, balaca xanım, fikir dəyişmək yoxdur. Səni mən özüm quxağımda aparacayıq və şərtləşdiyimiz okimi ayaq üstə duracaqsan.
Baba Klaranı çəmənliyə qədər çiynində apardı. Onu ağacın altında oturdub getdi.
- Hava qaralana yaxın gəlib sizi evə aparacağam.
Klara ilə Heidi bir-iki saat oturub söhbət etdilər. Sonra Heidi dedi:
- Ora bax, gör nə gözəl çiçəklərdir.
- Hə, çox gözəldirlər.
- Gəl, ora gedək.
Klara acı-acı güldü. Heidi Piteri çağırdı:
- Piter, gəl kömək elə. Klarayla bax o çiçəkliyə gedəcəyik.
Piter gəldi. Hərəsi Klaranın bir qolundan tutdu. Klara uşaqların çox axmaq bir şey etdiklərini düşünürdü. Ancaq çox keçmədi ki, onun içində çiçəklərin yanına getmək istəyi baş qaldırdı. Heidi Klaraya kömək edirdi:
- Hə, Klara, indi bu addımını at. Qabağa doğru, hə, cəsarətli ol...
Klara Heidinin dediyini edirdi. O, bir addım atdı və ayağını cəld geri çəkdi. Ancaq yenə də cəhd etdi. İrəliyə doğru bir addım atdı. Ayağında kəskin bir ağrı hiss etdi. Ancaq Heidi dayanmadan onu cəsarətləndirirdi. O, bir-bir addımlamağa başladı və addımını atdıqca ağrıları da azalmağa başladı.
Əslində çiçəklər yaxında idi. Ancaq Heidigilin onların yanına gəlməyi çox uzun çəkdi. Ancaq onlar Klara ilə birlikdə çox zəif sürətlə də olsa çiçəklərin yanına gəldilər. Mənzilbaışna çatanda uşaqlar çox sevinirdilər. Beləliklə, Klara Alp dağlarının ətəklərində ilk addımlarını atmağa başlamışdı. Nənəsi bu xəbəri eşidəndə sevincindən ağlamışdı.
Klara nənəsinin yanına gəzə-gəzə gələndə hamının gözləri yaşarmışdı. Nənənin sevinci, onun nəvəsini qucaqlayıb ağlamağı hamını kövrəltmişdi. Nənə bilirdi ki, Klaranın yeriməyində Heidinin əməyi çox olmuşdu. O, Heidini dönə-dönə öpür və qucaqlayırdı.
Həmin gün bir hadisə də oldu. Hər kəs Klaranın yeriməyini atasına yazmağı fikirləşirdi. Ancaq gözlənilməz bir hadisə baş verdi. Cənab Seseman Parisdə işlərini yoluna qoymuş və Dörfliyə gəlmişdi.
Heidigil həyətdə geniş bir süfrə açmış və nahar edirdilər. Bu zaman cənab Seseman at üzərində onlara yaxınlaşdı. Uşaqlar sevincindən qışqıraraq ona doğru qaçdı. Seseman Heidinin yanında Klaraya oxşayan bir qızın qaçdığını gördü. Onun “ata, ata”-deyə çağırmağından bildi ki, bu Klaradır. O, həyəcanından az qala atdan yıxılacaqdı. Atdan düşüb qızını qucaqladı. Sonra isə anasını qucaqlayıb sevincini onunla da bölüşdü.
- Oğlum, böyük bir möcüzə baş verib. Qızımız, Klara artıq yeriyir, təsəvvür edə bilirsənmi?
Seseman sevincindən ağlayır və qızını qucaqlayıb öpürdü. Heidi onlara baxıb ağlamağa başladı. Kaş indi Piter də burda olaydı və bu mənzərəni görəydi deyə düşündü. Onlar süfrənin ətrafında əyləşib Klaranın yeriməyi barədə danışdılar. Məlum oldu ki arabanın yoxa çıxmasının əsl səbəbkarı Piter imiş. Birazdan Piterin özü də gəlib çıxdı. O, utana-utana öz səhvini boynuna aldı və dedi:
- Söz verirəm ki, bu gündən etibarən dərslərimə daha ciddi yanaşacağam və heç kimə pislik etməyəcəyəm.
Nənə onun cavabında dedi:
- Afərin sənə. Bax sözünün üstündə dur ha! İndi isə mən istəyirəm ki sənə hədiyyə verim. Könlün nə istəyir?
Piter biraz fikirləşdi və dedi:
- Min manat istəyirəm.
- Ay mənim gözəl balam, vəsiyyət edəcəyəm ki, sənə ömrün boyunca hər həftə bir manat versinlər.
Nənə bunu deyib bir illik pulu elə oradaca Piterə verdi. Növbə Heidiyə gəlmişdi. O, Frankfurtda üzərində yatdığı dəstini istədi.
- Çox sadə, mərhəmətli qızsan. Sənin təmiz qəlbin var, qızım.
Ertəsi gün onlar Frankfurta yola düşdülər. Həmin ildən etibarən onlar hər il yayda buraya gəlirlər. Onların hamısı artıq çox xoşbəxt idilər...