Qadin.NET / Johanna Spyri - Heidi (6)

Johanna Spyri - Heidi (6)

Xoşbəxt günlər 

Evin başçısı cənab Seseman işlərilə əlaqədar başqa şəhərə getmişdi.

Növbəti gün Aşer müəllim dərsini başlayacaqdı ki, qapı bərk döyüldü. Hər kəs gələnin cənab Seseman olduğunu fikirləşdi. Ancaq gələn o deyildi. Gələn küçələrdə mahnı çalıb-oxuyaraq pul qazanan bir uşaq idi. Sebastiyan soruşdu:

       - Nə istəyirsən?

        - Klaranı görmək görmək istəyirəm.

Sebastiyan əsəbiləşdi:

  - Tərbiyəsiz, əvvəlcə xanım Klara deməyi öyrən! Xanım Klaradan nə istəyirsən?

 - Mənə borcu var, onu almağa gəlmişəm.

 O nə borcdu elə?

  - Dünən qülləni axtarırdı. Mən də ona evə qayıtmağına kömək etdim. Bunu qarşılıqsız edəsi deyildim ki.

 Ay səni yalançı, xanım Klara evdən çıxa bilməz. Ona görə də o qülləyə də gedə bilməzdi.Yalan danışma.

 Ancaq uşaq yalan demirdi. Ona görə də inad edirdi. Sebastiyan məcbur olub onun evə girməyinə icazə verdi.

Johanna Spyri - Heidi (6)

  Uşaq qonaq otağına girən kimi laternasını çalmağa başladı. Heidi sevincindən az qala dəli olmuşdu. O, mirvari dənələri kimi düzülmüş dişlərini göstərərək gülür və Klaraya baxırdı. Klara təəccüblənmiş, müəllim isə yerində donub qalmışdı. Qulluqçular bu mənzərəyə gizlincə baxır və bunun nə ilə nəticələnəcəyini gözləyirdilər.

 Səsə Rottenmayer gəldi. O, uşağın üstünə elə qışqırdı ki, şamdanlar yerindən titrədi.

 Kəs onun səsini!

Uşağın üzərinə hirslə gedən qadın az qala yıxılacaqdı. Onun ayağının büdrəməsi hamını güldürdü. Ayağının ilişdiyi şey isə bu uşağın hər zaman yanında gəzdirdiyi tısbağası idi. O, uşağı çölə atdırdı. Ancaq Sebastiyan az da olsa uşağa gizlin pul verə bilmişdi.

 Baş verənlərin səbəbkarı Heidi idi. Rottenmayer də bunu çox yaxşı bilirdi. O, Heidini cəzalandırmaq qərarına gəlmişdi. Ancaq Heidi hər şeylə razılaşan uşaq idi. O, cəzalandırılacağını eşidəndə buna da razı olmuşdu. Halbuki, Rottenmayer onu siçanlar olan zirzəmiyə aparmaq fikrində idi.

 Ancaq Klara buna imkan vermədi. O, Rottenmayeri atasının gəlməyini gözləməyə razı sala bildi.

 Əvvəllər Klara dərslərdə sıxılsa da, Heidinin gəlişi bu dərsləri çox maraqlı etmişdi. Dərsin ortasında Heidi mütləq nəsə edib onu güldürürdü. Rottenmayer evin sakitliyini, qayda-qanununu pozan bu balaca qızı sevmirdi və açıq-aydın ona əsəbiləşirdi.

 Heidi isə öz babası üçün çox darıxırdı və hamıya babası, babasının evi və oraların mənzərəsi barədə danışırdı. Artıq evdəkilər onun bu söhbətlərindən yorulmuşdular. Heidi həm darıxır, həm də nənəyə aparmaq üçün ağ çörəklər yığırdı.

Johanna Spyri - Heidi (6)

Bir neçə aydan sonra o, gözəl paltarını geyindi, quru çörəkləri bir torbaya doldurdu və ətrafına baxdıqdan sonra nənəsinin, babasının və Piterin yanına getmək üçün qapıya doğru getdi. Elə bu vaxt Rottenmayer qapını açdı və evə daxil oldu.

 Belə gözəl geyinib hara gedirsən?

 Mən babam və nənəm üçün darıxmışam. Ora, evimizə gedirəm.

Qadın şirin dillə uşağı yola gətirmək əvəzinə onun üstünə qışqırmağa başladı və dedi ki, o bu evə gələndən evin qayda-qanunlarını alt-üst edib və bu azmış kimi indi də evdən qaçmağa çalışır. Heidi ağlamağa başladı.

 Xanım Rottenmayer, axı siz nə deyirsiniz? Mən babamdan, nənəmdən ötrü darıxmışam. Nə olar, icazə verin, gedib onları görüm. Söz verirəm ki, tez qayıdacağam.

Rottenmayer Heidini bir qulluqçuya tapşırdı. Ertəsi gün isə müəllim gələn kimi onu bərk-bərk tənbeh edib diqqətli olmağını tapşırdı. Müəllim isə dedi:

 Sizin səhviniz var. O, çox sağlam və ağıllı qızdır. Vətəni üçün darıxmağı da təbii bir haldır.

Johanna Spyri - Heidi (6)

 Ancaq Rottenmayerin fikri başqa idi. O istəyirdi ki, müəllim də onun dediklərini təsdiqləsin və Heidini evdən qovsun.

 Cənab Sesemanın gəlməyinə az qalırdı. Rottenmayer Heidinin yaxşı görünməsi üçün Klaranın köhnə paltarlarından bir neçəsini ona vermək istədi. Klara razılığını verən kimi Rottemayer onun paltarlarından bəzilərini Heidi üçün seçib ayırdı. O, Heidinin şkafına bir neçə paltar qoymaq istəyirdi. Ancaq şkafın qapısını açan kimi oranın quru çörəklə dolu olduğunu görüb dəli oldu.

 Adelhayt!

        O elə qışqırdı ki, onun səsinə ev az qala uçacaqdı. Heidi onsuz da onun yanında idi. Tez Rottenmayerin qarşısında durdu.

        - Mənə de görüm, bunlar nədir?

        - Nənə üçün yığıram bunları. Həmin gün aparacaqdım, amma siz icazə vermədiniz.

        - Bu qız məni dəli edəcək! Sənə elə bir cəza verəcəyəm ki, ölənəcən unutmayacaqsan.

Heidi ağlamağa başladı. Klaranın ona yazığı gəldi. Heidinin “Xahiş edirəm, çörəkləri əlimdən almayın. Onlar nənənindir” deyib ağlamağına kimin yazığı gəlməzdi ki.

Klara cəld Heidini sakitləşdirməyə çalışdı:

Sənə istədiyin qədər çörək verəcəyəm. Həm də təzə çörək. Axı bunlar köhnəlibdir.

 Klaranın bu sözləri Heidini sakitləşdirdi.

Johanna Spyri - Heidi (6)

Seseman ata evdə

Həmin gün cənab Seseman evə qayıtmışdı.

Heidi otağından çıxanda o yana-bu yana qaçışan, tələsən xidmətçiləri görəndə çaşmışdı. O, divarın dibi ilə gəzərək qonaq otağına gəldi. Uzun sürən həyəcan, o yana-bu yana qaçmalardan sonra yekə bir fayton evin qarşısında dayandı. Xidmətçilər cənab Sesemanı qarşılamağa qaçdılar və onun ardınca çoxlu çantalar gətirdilər.

 O, hər dəfə iş üçün gedib qayıdanda qızı Klara üçün belə hədiyyələr gətirirdi. O, evə girən kimi qızının yanına getdi, onu öpdü və hədiyyələri dağ kimi onun dizinə yığdı. Sonra isə Heidini gördü. Əlini ona uzadaraq dedi:

Deməli, İsveçrədən gələn qız sənsən, hə?

Bəli, cənab.

Həm qızından, həm də Heididən soruşdu:

Yola gedirsinizmi?

Qızların ikisi də sevinə-sevinə başlarını yelləyib təsdiqlədilər.

Seseman çox yorulmuş və acmışdı. O, yemək otağına getdi. Xanım Rottenmayer həmişəki kimi sifətini sallayıb, qeyri-məmnun şəkildə onu gözləyirdi. O isə Rottenmayerin bu hərəkətindən artıq bezmişdi:

- Yenə nə olub? Niyə hamının kefi yaxşıdır, hər kəs sevinir, ancaq sənin üzündən zəhirmar tökülür?

Cənab, bu İsveçrəli qız barədə danışmaq istəyirəm. Bizi aldadıblar. Bizə kələk gəliblər, biz də aldanmışıq. Bu qızın həm ağlı yoxdur, həm çox dəcəldir, həmdə ruhi pozğunluğu var. Bu qız qızınız Klara üçün pis örnək olacaq. Müəllim də mənim kimi fikirləşir.

Johanna Spyri - Heidi (6)

  Cənab Seseman təcili olaraq müəllimlə bu mövzuda danışmaq istədi. Cənab Aşer isə nə deyəcəyini bilmirdi. O, bir qədər qızardı və kəkələyə-kəkələyə dedi:

- Cənab, düzdür, kənd yerindən gəlib və ona görə də bəzi davranışları bizim davranışlarla üst-üstə düşmür. Ancaq çox şirin və sevimli bir qızdır.

 Cənab Seseman Klaranın yanına getdi. O gülürdü. Çünki xanım Rottenmayerin danışdıqları: Heidinin evə pişik balası gətirməsi, çörəyi qurutması onun xoşuna gəlmiş və onu güldürmüşdü. O, qızından soruşdu:

De görüm, mənim balam, Heidi haqqında nə fikirləşirsən?

        Klara Hedinin etdiklərinin hamısını bir-bir atasına danışdı.  Atası isə dedi:

       - Görürsənmi, evimizə xoşbəxtlik gətirib. Cənab Seseman yeni bir iş səyahətində çıxanda xanım Royttenmayerə pis bir xəbər verdi:

 - Bu yaxınlarda anam gələcək. Sənə də ev işlərində kömək edər. Ən azından uşaqlara o baxar.

 Bu xəbərdən Rottenmayerin kefi qaçmışdı. 

 O, cənab Sesemanın anası ilə heç bir zaman yola getmirdi. O bu qadının evdəki bütün hakimiyyəti onun əlindən alacağından çox qorxurdu.

(Ardı var)

19 aprel 2014
GO BACK