Qadin.NET / Sevgi hər şeyə qadirdir (2-ci hissə)

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

Bir müddət sonra özünə gəlir və ona nə olduğunu anlamır. Deyəsən artıq az da olsa keçmişini xatırlayırdı. O gün, qəza baş verən gün Ayan anası ilə birgə marketə getdiyini xatırlayırdı. Yolda gedərkən bir maşının sürətlə onlara tərəf gəldiyini və onları vurduğunu xatırladı. Daha sonra maşından kiminsə düşdüyünü və qaçaraq onlara tərəf gəldiyini hiss etdi. Amma həmin adamın simasını xatırlamadı. Səsini eşitmişdi sadəcə. Onu maşınla vuran adam onlara yaxınlaşan zaman Ayan özündən getmişdi artıq. Amma həmin adamın səsi eynilə Nuranın səsinə uyğun gəlirdi. Keçmişi sanki hissə-hissə otururdu yerinə. Hə, hə, bu Nuranın səsi idi. Deməli onları maşınla vuran Nuran idi. Birdən Ayanın yadına anası düşdü və özü-özünə soruşdu:  

- Bəs mənim anam hanı? Yoxsa, yoxsa o ölüb mü? Yox... Ola bilməz! Anam ölə bilməz deyə hıçqırıqlar içində ağlamağa başladı Ayan. Amma bunlar öz xatırladıqları idi. Əsas hadisəni yalnız Nuran bilirdi. Ayanın axşamı gözləməkdən başqa çarəsi yox idi. Bu fikirlər yorurdu onu. Sullarına bir an öncə cavab tapmaq istəyirdi. Amma bir çarəsi yox idi, düşünərkən ağlına bir fikir gəldi. Axşama qədər gözləyə bilməzdi. Bəlkə Nuranın iş yerinə getsin? Hə, hə getsin. Axşama qədər dözə bilməzdi. Daha sonra Ayan hazırlaşıb evdən çıxdı. Amma bir dəqiqə. Axı o Nuranın iş yerini tanımırdı?! Bəs nə etməli? Yenə evə qayıtdı. Telefonu əlinə götürdü və Nurana zəng etdi.    

- Alo, hə canım eşidirəm? Nə isə lazımdır? 

- Ayan:

- Nuran mən hər şeyi xatırlayıram. - dedi.Elə bu zaman Nuranın əli əsdi və ürəyinə qorxu düşdü. Amma heç nə bildirməməyə çalışdı.

- Aaaa canım, nə gözəl?

- Həəə, ama xatırladıqlarım heç də yaxşı deyil. Evə nə vaxt gələcəksən? 

- 1 saata gələrəm, bu gün çox işim yoxdur.  

- Yaxşı gözləyəcəm. Yaxşı izahat hazırla özünə, elə gəl evə. Bunları dedikdən sonra Ayan dəstəyi asır. Nuran da işlərini bitirdikdən sonra ofisindən çıxır və evə tərəf yola düşür. İlk öncə Ayana nə danışacağını düşünür. Sonra özü-özünə düşünür ki, niyə yalan danışım? Onsuz da əvvəl-axır biləcək. Həm də olanları xatırlayırsa yalan demə şansım 0-a bərabərdir. Bir müddət sonra evə çatır və qapını açıb içəri daxil olur. Ayan...Ayan... Haradasan? Bir müddət sonra Ayan mətbəxdən çıxır: 

- Gəldin? 

- Hə gəldim, gəl danışaq. 

- Gözlə gəlirəm. 

- Nuran: 

- Yaxşı. - deyir. Daha sonra Nuran keçib kresloda əyləşir və Ayanı gözləyir. Bir müddət sonra Ayan gəlir və: 

- Hə, danış görüm özünə necə izahat hazırlamısan? 

- Nə bilmək istəyirsənsə soruş, cavab verim. 

- Danış görüm məni və anamı maşınla sən vurmusan? 

- Nuran bir müddət susdu.

- Ayan: 

- Səninləyəm, cavab ver. - özünü ələ almağa çalışaraq dedi.

- Bəli, mən vurmuşam.

 

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

 

- Bəs bizi xəstəxanaya kim çatdırıb? 

- Mən. 

- Bəs mənim anam hanı? 

- Nuran susur. Ayan yenə soruşur: 

- Anam hanı? 

Nuran yenə cavab vermir. Ayan bir daha soruşur yenə Nuran cavab vermir. Ayan yenə soruşur və Nurandan yenə cavab gəlmir. Sonda Ayan gözyaşı içində: 

- Yoxsa, yoxsa, yoxsa anam ölüb??? 

Nuran başını aşağı salır: 

- Başın sağolsun. 

- Yooox ola bilməz, anam ölə bilməz. Yalan deyirsən... - Gözyaşı içində olan Ayan hələ də anasının ölümünə inanmırdı. 

- Qatilsən sən, qatil!

Nuran isə heç səsini də çıxarmır. Ayan bir müddət sonra qaçaraq otağına gedir. Nuran da arxasınca qaçır, amma çata bilmir. Nuran otağın qapısına çatan zaman, Ayan otağa artıq daxil olur qapını içəridən bağlayır.  

- Bağışla , amma məni də başa düş. Bu qəzadır. Mən istəyərəkmi səni və ananı maşınlavurmuşam?  Bir də belə düşün. Hər işdə bir xeyir var deyirlər. Əgər mən sizi maşınla vurmasaydım səni tanımayacaqdım. Sən də məni tanımayacaqdın.

- Səni dinləmək istəmirəm, çıx get! Mən tək qalmaq istəyirəm. Nuran üzgün bir halda: 

- Yaxşı gedirəm, sakitləşən zaman zəng vurarsan. Oturub bir daha danışarıq. Səni bir neçə günlüyünə tək qoyuram. Amma nəsə lazım olsa zəng vur mənə. Xahiş edirəm, hər şeyi düşün, yaxşı düşün. Mən otelə gedirəm. Bir neçə gün orada qalacam. Ta ki, sən sakit olana qədər. Yenidən danışmaq istəyənə qədər.

Ayandan səs çıxmır. Nuran isə öz otağına keçir və lazımlı bir neçə əşyasını və bir neçə paltarını özüylə götürüb evdən çıxır. Maşınına minir və otelə tərəf üz tutur. Bir müddət sonra otelə çatır və bir otaq kirayələyib otağına qalxır. Çox yorğun idi, otağa qalxıb qapını açdıqdan sonra yatağa uzanır. Bir müddət Ayanı düşünür. Gözlərini düşünür. İnsanın dərdlərini unutduracaq gözlərini. Bu düşüncələr içərisində Nuranı yuxu aparır. Yuxuda bir nəfər ona yaxınlaşır və:

- Oğlum qalx, qalx Ayan gedir. Qoyma getsin. O səni bu həyatda xoşbəxt edəcək tək insandır. Qalx , qoyma getsin. Qalx, qalx, qalx!!! 

- Birdən Nuran yuxudan ayılır və nə olduğunu anlamağa çalışır. Sonra düşünür ki, yuxuda gördüyü kişinin sözləri doğrudursa, bəlkə həqiqətən Ayan gedirsə... Yox, yox... Bu sadəcə yuxu idi. Bəs yuxu gerçəkdirsə?!... Ən yaxşısı gedim evə baxım.

 

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

Bu düşüncələrlə tələsik  oteldən ayrılır. Maşınına minib evə tərəf üz tutur. Bir müddət sonra evə çatır və qapının zəngini basır. Cavab yoxdur. Bir daha cəhd edir. Yenə cavab yoxdur. Son dəfə cəhd edir. Amma nə fayda? İçəridən zəngin səsindən başqa bir səs gəlmir. Əlini cibinə atıb telefonunu çıxarır və Ayana zəng edir. Zəng gedir, telefon çağırır, amma cavab verən yoxdur. Birdən kimsə dəstəyi asır. Nuran bir daha zəng edir, amma bu dəfə gələn səs operatorun səsi olur: “Bu nömrəyə zəng çatmır.” Sonra Nuranın yadına düşür ki, evin açarı maşınında olmalı idi. Tez maşına tərəf qaçır və qapını açıb açarı götürür. Gəlib evin qapısını açır və içəri daxil olur. Bir-bir otaqları, otaqlarda Ayanı axtarır , amma evdə heçkim yoxdur. Birdən gözü masanın üstündəki məktuba sataşır. Məktubu açıb oxuyur: “Salam Nuran, ilk öncə bu məktubu sənə yazmaqda bilmirəm doğrumu etdim, yoxsa yanlış bilmirəm. Amma yazdım. İlk öncə mənə baxdığın, əziyyətimi çəkdiyin üçün təşəkkür edirəm. Amma mən anamın qatili olan biri ilə sevgili ola bilmərəm. Bacarmaram. Bağışla məni. Mən bu şəhərdən gedirəm. Məni dayandırmağa çalışma, dayanmayacam, gedirəm. Hələlik, Əlvida!“ Nuran bunları oxuduqdan sonra yuxudakı kişinin dediyi sözlər yadına düşür. “Səni həyatda xöşbəxt edəcək tək insan Ayandır, qoyma getsin!” Nuran tez evdən çıxır və maşınına minir və avtobus dayanacağına gedir. Maşını sürə-sürə öz-özünə düşünür. Yox Ayan, yox. Qoymaram gedəsən. Qoymaram! Bir müddət sonra avtobus dayanacağına çatır. Burada avtobus çoxdur, adam da çoxdur. Ayanı necə tapacaqdı Nuran? Sonra yadına avtobus şirkətində işləyən dostu düşür. O Ayanı görmüşdü, tanıyırdı. Tez dostunun yanına qaçır. Dostu onu görüb nə olduğunu soruşur.  

- Hüseyn, mənə kömək elə, Ayan gedir. De görüm Ayan buradan bilet alıb? 

- Hə alıb qardaşım, bax elə avtobusu da 10 dəqiqə bundan qabaq çıxdı.

- De görüm hara gedir?  

- Qubaya gedir avtobus.

- Nuran:

- Çoxsağol qardaşım. Allah razı olsun. 

- Nə demək qardaşım? Borcumdur. Get qızı qaytar. 

- Mənim üçün dua elə ki, qayıtsın. 

- Oldu qardaşım. Edərəm.

Bundan sonra Nuran tələm-tələsik maşınına minir və yola düşür. Yolda gedərkən öz-özünə danışır. Yox, uzun müddətdən sonra xöşbəxtliyi tapmışkən itirə bilmərəm. Qoymayacam Ayan getsin. Biraz getdikdən sonra Nuran yolda Hüseynin dediyi avtobusu görür. Bir az sürəti artırıb avtobusun qabağına keçir. Avtobus sürücüsü nə olduğunu anlamır. 

- Dəlisən? Qəza yaratmaq istəyirsən? 

- Nuran:

- Hə dəliyəm, sevgi dəlisiyəm, biri dəli edib məni.

Elə bu vaxt Ayan Nuranı görür və avtobusun pəncərəsini açaraq: 

- Get burdan Nuran, get. Səni görmək istəmirəm, sənə nifrət edirəm. Xahiş edirəm get! 

- Nuran:

- Xeyr getməyəcəm! Öldürsən də getməyəcəm. Xoşbəxtliyi tapmışkən itirə bilmərəm. Mənim də xoşbəxt olmağa haqqım var. Mən də xoşbəxt olmaq istəyirəm. Cavab ver mənim haqqım yoxmu xöşbəxt olmaq üçün? 

- Ayan: 

- Var, amma o xöşbəxtlik məndə deyil. Biz xöşbəxt ola bilmərik. Hər dəfə sənə baxdıqca anam yadıma düşəcək, sənə nifrət edəcəm. 

- Zamanla unudacaqsan, nifrətin sevgiyə çevriləcək, nə olar gəl gedək evimizə. 

- Get deyirəm, başa düşmürsən? Dəlisən? Sevmirəm səni. Get! 

- Hə dəliyəm, sən və sənin qara gözlərinin dəlisiyəm. Sən dəli etmisən məni. Bu sözləri deyə-deyə Nuran avtobusa yaxınlaşır, bir an diqqətsizlik edir və uzaqdan bir maşın yüksək sürətlə Nuranı vurub qırağa atır. Ayan gözlərinə inanmır. Tez avtobusdan düşərək Nuranın yanına qaçır. 

 

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

 

- Nuran oyan, nə olar oyan. Söz verirəm gələcəm səninlə. Nə olar oyan. Ayan Nuranla danışan zaman avtobusdakı sərnişinlər təcilli tibbi yardıma zəng vururlar.  

- Ayan: 

- Mənim günahımdır. Sənə bir şey olsa yaşaya bilmərəm. Bu vicdan əzabı öldürər məni. 

Nuran gözlərini açaraq:

-Yox elə demə canım. Bu sənin günahın deyil. Sən belə olacağını hardan bilərdin. Səndən son xahişim var.

- Söylə canım, nə istəsən edərəm.

- Nuran:

- Gözlərimin içinə baxaraq , məni sevdiyini söylə. 

- Ayan: 

- Səni sevirəm, səni sevirəm, çox sevirəm həm də çox sevirəm.

Birdən Nuran gözlərini yumur və Ayan ağlayaraq: 

- Məni tək qoyub getmə. Oyan, oyan! Elə bu zaman təcili yardım gəlir və Nuranı yerdən götürüb maşına mindirirlər. Ayan da təcili yardıma Nuranın yanına minir. Bütün yolu Nuranın əlini tutur və heç nə danışmır. Sadəcə qəlbindəki sözləri üzündəki gözyaşları əvəz edir. Xəstəxanaya çatırlar və Nuranı tez əməliyyata götürürlər. Ayan da əməliyyatxanaya girmək istəsə də həkim icazə vermir. Bayırda gözləməsini xahiş edir. Ayan istəməsə də məcbur razı olur. Keçib bir kənarda oturur. Saatlarla ağlayır. Öz-özünə düşünür. Kaş o an Nuranın qəlbini qırmazdım, naz etməzdim avtobusdan düşüb gedərdim onunla. Hamısı mənim günahımdır. Ona birşey olsa vicdan əzabı öldürər məni. Bir müddət sonra həkim əməliyyatxanadan çıxır. Ayan həkimin yanına qaçaraq: 

- Həkim nə oldu Nuran necədi? 

- Həkim: 

- Vəziyyəti yaxşı deyil. Demək olar ki, bu saat ölümlə üz-üzədir. Özünüzü hər şeyə hazır edin. Hər an hər şey ola bilər. Yaşaması möcüzə olar. Bu sözləri eşitdikdən sonra Ayan pis oldu. Amma ümidini üzməməsi gərəkdiyini də bilirdi. Ona qalan yalnız Allaha dua etmək idi. O da sadəcə bunu edəcəkdi.

- Ayan: 

- Çoxsağolun.

- Həkim: 

- Dəyməz, amma yenə də ümidinizi üzməyin.  

Daha sonra həkim çıxıb getdi. Ayan da pəncərədən Nurana baxırdı və öz-özünə danışırdı. "Yox, yox, Allahım, nə olar Nuranı alma məndən. Ömrümdə ilk dəfədir ki, birini bu qədər sevirəm. Nə olar alma onu məndən. Canı verən də sənsən alan da sənsən. Dərdi verən də sənsən dərdin dərmanını verən də sənsən. Dərdi verdin, dərmanı da ver Allahım." Ayan öz-özüylə danışan zaman bir də onu gördü ki, həkimlər Nuranın otağına qaçır. Nə olduğunu anlamadı. Otağa tərəf üz tutdu, otağa girmək istədi, amma tibb bacıları icazə vermədi, bayırda gözləməsini xahiş etdi. Bir az sonra içəridə deyəsən hər şey yoluna düşmüşdü ki, həkimlər bayıra çıxdılar. Ayan həkimdən nə olduğunu soruşdu: 

- Həkim: 

- Bu o deməkdir ki, xəstəmiz artıq özünə gəlir. Artıq ölüm təhlükəsi yoxdur. - deyə cavab verdi.

- Ayan: 

- Yanına gedə bilərəm? 

- Həkim: 

- Hə, amma o hələ də yatıb, danışdıqlarınızı eşitməyəcək. 

- Eybi yox. Çoxsağolun.

- Dəyməz.

Daha sonra Ayan içəri daxil olur. Bir stol götürüb Nuranın çarpayısının yanına qoyur və yanında oturur. Nuranın əlini tutaraq başlayır danışmağa: "Nuran, sən haqqlı idin. Sevgi hər şeyə qadirdir. Bəlkə sən anamı qəzada öldürmüş olsan da, hər halda bu sənin günahın deyildi, bir anlıq diqqətsizlik üzündən olub. Həm də o qəza olmasaydı nə mən səni tanımış olacaqdım, nə də sən məni. Allahın işidir. Bir də məni bağışla, uşaqlıq etdim. Yaxşı-yaxşı düşünməli idim, amma mən heç düşünmədən, arxama belə baxmadan getməyi seçmişdim. Nə yaxşı ki, məni geri qaytardın. İndi də mən səndən xahiş edirəm, geri qayıt..."  Daha sonra Ayan başını Nuranın əlinin üstünə qoyur. Birdən kimsə əlini Ayanın saçlarına toxundurdu və belə bir səs gəldi: “Mən səni güclə geri qaytardım və getmək fikrim yoxdur”. Bu gələn səs Nuranın idi. Nuran ayıldı. Ayan Nuranın ayıldığını görüb çox sevindi. İçindəki vicdan əzabı yox oldu. Nuran ilə Ayan artıq xöşbəxt ola biləcəklər. Daha sonra həkimlər gəlib Nuranı müayinə etdilər və hər şeyin qaydasında olduğunu dedilər. Amma hələ bir neçə gün burda qalmalı idi. Çünki hələ tam sağalmamışdı. Həkimlər getdikdən sonra Ayan:

- Allaha min şükür olsun ki, səni mənə bağışladı. Səni çox, çox lap çox sevirəm. 

 

 

Sevgi hər şeyə qadirdir (2-ci hissə)

 

- Nuran:

- Mən də canım mənim, mən də canım mənim. 

Günlər keçir. Gün gəlir çatır Nuran xəstəxanadan çıxıb evə gedirlər. Evə gəlib çatırlar, Ayan Nuranı otağına aparır .

- Canım sən uzan yat, yorğunsan. Özünə gəlməlisən. 

- Allahım, mən necə də şanslı bir insanam. Mənə Ayanı bəxş etdiyin üçün təşəkkür edirəm. Sənə şükürlər olsun. Uşaq vaxtı valideynlərimi aldın, amma mənə Ayanı verdin, çox sağol.

Ayan gülümsənərək otaqdan çıxır... 

 Günlər keçir və Nuran artıq özünə gəlir. İşə getməyə başlayır. Birgün Nuran evə gəlir və Ayana bir hədiyyə alır. 

Ayan: 

- Xoşgəlmisən canım. - deyərək Nuranı qarşılayır. 

- Çoxsağol canım, al bu hədiyyəni sənə almışam. - deyərək hədiyyəsini Ayana verir. 

- Bu nədir? 

- Aç bax, görərsən. 

Ayan hədiyyə qutusunu açır və içindən bir balaca qutu və bir vərəq çıxır. Vərəqin içində bunlar yazılmışdı: "Yəqin ki, düşünürsən ki, bu balaca qutunun içində nə var? Hə, hə düşünürsən. O zaman mən deyim. Onun içində elə bir şey var ki, o qutunu açdığın zaman çox xöşbəxt olacaqsan. O elə bir hədiyyədir ki, səni mənə, məni sənə bağlayacaq. Və o elə bir hədiyyədir ki, sənə çox yaraşacaq. Kiçik qutunu açanda ilk öncə onun içindəki kiçik vərəqi aç oxu, daha sonra qutunun içində bir balaca qutu da var, o qutunu aç." 

Ayan qutunu açır və vərəqi tapır. Vərəqi açıb oxuyanda içində belə yazılmışdı. “Ver ürəyini mənə, mən də verirəm öz ürəyimi sənə.” Bir ömür mənim ol, bir ömür hər gün yuxumdan oyandığım zaman səni görüm, dərdli anımda sən təsəlli ver mənə. Hər səhər məni yuxudan sən oyat, yuxudan oyanıb süfrənin hazır olduğunu görüm. Hər gün yanımda ol. Bir günümüz ayrı olmasın və son olaraq canım mənim, o kiçik qutunu aç." Ayan kiçik qutunu açır, içindən bir üzük və bir vərəq çıxır. Ayan vərəqi açır və vərəqin içində belə yazılır: “Mənimlə evlənərsənmi?” Ayan bunu oxuyan kimi üzünü Nurana tutaraq: 

- Hə, hə, hə sonsuzadək hə...

Və beləcə bir hekayənin sonuna gəldik çatdıq. Onu unutmayın ki, sevgi hər şeyə qadirdir. Sevgidən güclü bir hiss yoxdur. Sevgi olduğu müddətdə həyat var...

Sevgi hər şeydir... Sevgi hər şeyə qadirdir.

 

Müəllif: Əhəd Əhədli (13.10.13) 

2 aprel 2014
GO BACK