Qadin.NET / Ölüm düşərgəsindən qaçış

Ölüm düşərgəsindən qaçış

Ölüm düşərgəsindən qaçış

Mikayıl əslən Kəlbəcərdən idi. Ancaq Bərdədə ailə həyatı qurduğundan rayonun Qaradəmirçi kəndində traktorçu işləyirdi. Kəlbəcərin “qara xəbər”ini eşidəndə, o, qohum-əqrabasından soraq tutmaq üçün oraya getməyi qərara aldı. Amma o, Kəlbəcərə çatmamış, yarı yolda ermənilər tərəfindən əsir götürüldü. 

Ermənilər Mikayılı digər əsirlərlə birlikdə Şuşa həbsxanasına gətirdilər. Onun həyatının ən dəhşətli, amansız və işgəncə dolu günləri buradan başladı... 

Hər kamerda 15-20 əsir vardı. Adamların sıxlığından nəfəs almaq olmurdu. Darısqallıqdan, nəmişlikdən, havasızlıqdan fiziki cəhətdən zəif olanlar səhərə yaşamaq ümidini itirmək məcburiyyətində qalırdılar. Mikayıl isə fiziki cəhətdən çox möhkəm idi, 106 kiloqram çəkisi vardı. Bu çəki ona əzab və işgəncələrə dözmək üçün hələlik bəs edərdi. O çalışırdı ki, ümidsizliyə qapılmasın. Nə vaxtsa bu cəhənnəm əzabından qurtulacağı barədə düşünürdü. Amma erməni vəhşilərinin onların başına gətirdikləri müsibətləri gördükcə, içindəki ümid qığılcımları günü-gündən sönməyə başlayırdı. Bir də çalışırdı ki, o, içindəki qorxu hissini çıxarıb atsın. Mikayıl qorxmurdu. Erməni dığaları ona digərləri tək işgəncə verərkən dirənirdi, digər əsir yoldaşları tək susub dayanmırdı. Dikbaşlığına görə, ermənilər ona daha çox əzab verirdilər. Onlar əsirləri həm mənəvi, həm də fiziki cəhətdən işgəncələrin müxtəlif iyrənc üsullarından istifadə etməklə, onları əzib şikəst etməyə, şərəf və qürurlarını alçatmağa çalışırdılar. Onlar hər gün döyüb, işlətdikləri, ağır işgəncələr verdikləri əsirlərə gün

ərzində yemək üçün iki dilim qara çörək və içmək üçün isə iki “kruşka” su verirdilər. 

Bir gün hərbi əsirlərdən biri bu işgəncələrə dözə bilməyib ermənilərə etirazını bildirdi: 

- Sizin heç Allahdan qorxunuz yoxdur?! Adama da bu qədər zülm edərlər? Nə olsun ki, biz əsirik. Müharibənin də qanunları var. Əsirlərlə bu qədər qəddarcasına rəftar etmək heç bir qanununa sığmır. Əgər Qırmızı Xaç Komitəsinin nümayəndələri buraya gələrsə, sizin bizə qarşı rəftarınız barədə şikayət edəcəyəm. 

- Buna bir bax! Nə uzun dilin var sənin. Sənin uzun dilini kəsərik, bir daha danışa bilməzsən. Sən bizim əsirimizsən. Səninlə istədiyimiz kimi rəftar edə bilərik. Bəs əlinə silah götürüb bizə qarşı vuruşa bilirdin? - deyə erməni zabiti sağ əlindəki dubinkanı sol əlinin içinə vura-vura gənc oğlana yaxınlaşdı. 

- Biz torpaqlarımızı sizin kimi xain və şərəfsizlərdən qorumaq üçün əlimizə silah götürmüşük. Biz heç bir zaman başqasının torpağına göz dikməmişik. Amma siz əsrlər boyu başqalarının torpağını min bir hiylə ilə əldə etməyə çalışmısınız, - deyə hərbi əsir yenə də dilini dinc saxlamadı. 

- Qarabağ bizim ata-babalarımızın torpağıdır. Bunu birdəfəlik bilməlisiniz! Siz türklərə bu torpaqlarda yer yoxdur. Vaxtilə sizinkilər babalarımızı soyqırımına məruz qoyaraq, bu torpaqları əllərindən alıblar. Bundan sonra Qarabağı bir də heç kəsə verməyəcəyik! Bunu da bilməlisiniz ki, arxamızda güclü dövlətlər dayanıb. Əgər axmaqlıq edib bizə qarşı yenidən hər hansı döyüşə başlasanız, onda qalan torpaqlarınız da əlinizdən gedəcək! - Erməni zabiti fəxrlə dilləndi. 

- Bu qələbə müvəqqətidir. Biz yenə də torpaqlarımızı sizin kimi məkrli düşmənlərdən azad edəcəyik! Türk heç zaman 

enilməyib və bundan sonra da enilməyəcək. Siz də bunu birdəfəlik qulaqlarınızda sırğa edin! Gec-tez bu torpaqlardan izinizi siləcəyik! - Əsir əsgər başını dik qaldıraraq, nifrət dolu baxışlarla onun qarşısında dayanmış erməni zabitinin düz gözlərinin içinə baxdı. 

- Deyəsən, dilin get-gedə uzanır. Əgər mən sənin bu uzun dilini kəsməsəm, elə hey çərənləyəcəksən. Mənə bir kəlbətin və bir iti bıçaq gətirin! Cəld olun! - Erməni zabiti dəlicəsinə bağırdı. 

Erməni əsgəri zabitin dediklərin gətirib ona verdi. Zabit dəlicəsinə bağırdı: 

- Bu küçüyün əllərini tutun! 

İki erməni dığası cəld əsir əsgərin qollarını qavırıb, arxasında tutdular. Bu zaman zabit sağ əlindəki kəlbətini əsirin ağzına salıb, onun dilini tutaraq bayıra çıxardı. Sonra o, əl atıb bıçağı götürdü və: “İndi danış görüm, necə danışacaqsan!” - deyib əsirin dilini bir anda kəsib yerə atdı. 

Oğlan bayılaraq yerə yıxıldı. Zabit əsgərlərin üstünə qışqırdı: 

- Götürün, bunu atın kameraya! 

Aralığa ölüm sükutu çökdü. Hamı yerdə uzanmış, dili kəsilmiş əsgərə baxırdı. Kimsənin səsi çıxmırdı. Mikayıl bu dəhşətə dözə bilməyib, irəli yeriyərək yerdə bayılmış əsgərə kömək etmək istədi. Amma yanındakı yoldaşı onun qolundan tutub saxladı. Erməni əsgərləri bayılmış əsiri qol-qıç edib apardılar... 

Ertəsi gün əsirlərdən biri taqəti olmadığı üçün işləməkdən boyun qaçırdı. Buna görə ermənilər həmin əsiri iki gün ac-susuz itlə baş-başa zəncirlədilər. Onlar itlərinə yemək, su verdikləri halda, bizim əsirə içmək üçün bir qurtum su belə vermirdilər. Onun adı Azər idi, Cəbrayıl rayonundan idi. O, susuzluğa dözə bilməyib, ermənilərdən su istədi. Erməni

dığası da onu ələ salmaq üçün:

- "Mən indi sənə su əvəzinə, sizin Badamlıdan gətirəcəyəm" - deyə gedib Badamlı şüşəsində qab-qacaq yuyulmuş yaxantı sudan gətirib Azərə verdi. Azər də möhkəm susadığından fərqinə varmadan, Badamlı şüşəsini bir nəfəsə başına çəkdi. İçəndən sonra onun çirkab su olduğunu hiss etdi və dərhal da geri qaytardı. Ermənilər də buna baxıb gülüşdülər. 

Gündüzlər əsirləri meşəyə ağac qırmağa aparırdılar. Meşəyə qədər məsafə 3-4 kilometr olardı. Hər gün bu məsafəni ac qarına, piyada, qaça-qaça qət etmək insandan dözüm və möhkəm iradə tələb edirdi. Ermənilər əllərində avtomat silah UAZ maşınlarla onları arxadan təqib edirdilər. Onlar taqətdən düşmüş, yerə yıxılan əsirlərin üstündən maşınla keçib gedirdilər. Bu yolla on yeddi əsirimiz öldürüldü... 

Mikayıl nəyin bahasına olursa-olsun qaçmağı planlaşdırmışdı. O, qaçış əməliyyatını ən yaxınlarına da söylədi, amma onlar buna razı olmadılar. Dedilər ki, buradan qaçmaq heç cür mümkün deyil. Amma Mikayılın qərarı qəti idi: “Tək də olsa, bu cəhənnəmdən qaçıb qurtulacağam!” 

Ölüm düşərgəsindən qaçış

Bir gün Mikayılgili maşına yığıb bir erməni qəbiristanlığına gətirdilər. Ermənilər dedilər ki, bu gün onların bayramıdır. Ona görə də burada bir Azərbaycan əsgərini qurban kəsəcəklər. Kəsilmiş qurbanlıq ətindən kabab çəkəcəklər və bütün əsirlərə yedirəcəklər. İnsanlıqdan uzaq olan qaniçənlər dedikləri kimi də etdilər. Cavan, cüssəli bir Azərbaycan əsgərini qəbirlərin birinin yanına gətirdilər. Daşnak zabiti gəlib gənc əsirin qarşısında dayandı və qımışaraq soruşdu: 

- Bilirsən ki, həyatının son dəqiqələrini yaşayırsan. Bəlkə bir istəyin var?

Əlləri arxasında bağlanmış cavan oğlan başını qaldırıb əvvəlcə səmanın ənginliklərini, sonra da məsum baxışlarla əsir soydaşlarını bir-bir seyr etdi. Və birdən üzünü saqqallı zabitə tərəf çevirdi. Bu dəmdə onun gözlərində nifrət qığılcımları parladı: 

- Bəli, var. Ancaq bir az mənə yaxın gəlin - dedi. 

Zabit əsirə yaxınlaşdı. Əsir qəzəbli baxışlarla ucadan dedi: 

- Mən indi bir şeyə çox təəssüf edirəm ki, sizin kimi qatil və şərəfsizlərdən daha çox öldürə bilmədim. Amma bunu bilməlisiniz ki, hamınız bu torpaqlarda gəbərəcəksiniz! Leşiniz qarğa-quzğunlara yem olacaq! Siz dünyanın ən alçaq, yaltaq, hiyləgər, qaniçən və rəzil millətisiniz! Hamınız cəhhənnəm atəşində yanacaqsınız! Bu etdiklərinizə görə Allah-Təala sizi əsla əfv etməyəcək! 

Cavan oğlan sözünü tamamlayan kimi qəfildən erməni zabitinin əvvəlcə üzünə tüpürdü, ardıyca da başı ilə onun sifətinə güclü bir kəllə zərbəsi vurdu. 

- Ay burnum! - deyə saqqalı daşnak əlləri ilə üzünü tutub yerə oturdu. 

Bunu görən erməni dığaları cavan oğlanın üstünə düşdülər, onu təpiklə, avtomatın qundağı ilə o ki var döydülər. Sonra huşsuz halda yerə uzanmış əsiri sürüyə-sürüyə gətirib bir qəbirin üstündə “uf” belə demədən, başını kəsdilər. Mikayıl bu mənzərəyə tab gətirməyib, yanında əlində avtomatlı dayanmış erməni dığasının sifətindən gözlənilmədən yumruq zərbəsi ilişdirdi. Dığa güclü zərbədən səntirləyib arxası üstə yerə yıxıldı. Bu dəfə də ermənilər Mikayılı bayılına qədər əzişdirdilər. Dığalardan biri avtomatını ayağa çəkib onu vurmaq istədi, amma yoldaşı onun qulağına nəsə dedi və o, fikrindən daşındı. Çünki  ermənilər QXK-nin siyahısında olan əsirləri öldürməkdən çəkinirdilər. 

Ölüm düşərgəsindən qaçış

Daha sonra qaniçənlər başı kəsilmiş cavan oğlanın ətini şişlərə taxıb, kabab bişirdilər və hər bir əsirin başına dayanmış silah gücünə onlara məcburən yedirdilər. Sanki əsirlər bir anda özlərini Afrika cəngəlliklərində yaşayan adamyeyən tayfalar arasında olduqlarını hiss etdilər. Bu film deyildi, həyatın gerçək üzü idi! Erməni vəhşiliyinin, erməni faşizminin iç üzü idi!!! 

Axşam əsirləri yenidən həbsxanaya qaytardılar. Onlar əsirləri sıraya düzdülər. Erməni zabiti əsirlərin qarşısında var-gəl edərək dedi: 

- Bilirəm, bu gün qarnınız toxdur. Amma tox qarın başa bəladır. İndi əsgərlərim sizi axşam idmanı ilə məşğul edəcəklər. 

Zabit kinayə ilə gülərək, saqqallılara tərəf döndü və onlara əvvəlki işlərilə məşğul olmağı əmr etdi. Onlar yenə də əsirləri dubinka ilə döyməyə başladılar... 

Həmin axşam əsirlərdən bir neçəsi səhərə sağ çıxmadı... Erməni daşnaklarının ən çox xoşladıqları və həzz aldıqları “döyərək öldürmə əməliyyatı” idi. Onlar çəkic və ya odun parçası ilə azərbaycanlı əsirlərin başlarına vura-vura öldürməkdən xüsusi zövq alırdılar. İnsanın bu qədər işgəncələrə dözməsinə Mikayıl heyrət edirdi. Gecələr dubinkanın dəydiyi yerlər, əzilmiş sümüklər sızım-sızım sızlayırdı. Taqəti tükənmiş bəzi əsirlər isə ağrıdan tez-tez bayılırdılar. Ermənilər hər axşam əsirlərə nəsə dərman verirdilər. Əsirlər həmin dərmanı qəbul edəndən sonra, başları keyləşir və gündüzlər onların başlarına gətirilmiş işgəncələrin heç birisini xatırlamırdılar. 

Bir gün QXK-nin nümayəndələri həbsxanaya gəldilər. Bir gün öncə isə ermənilər bütün əsirlərə tapşırdılar ki, onların 82 

rəftarından gələn nümayəndələrə şikayət etməsinlər. Amma sorğu-sual zamanı QXK-nin nümayəndələri hər şeyin şahidi oldular. Onlar əsirlər üçün pal-paltar gətirmişdilər. Gedərkən dedilər ki, bir həftədən sonra yenə gələcəklər. 

Qonaqlar gedən kimi, saqqallılar əsirlərə verilmiş paltarları onların əllərindən aldılar və əsirlər şikayət etdikləri üçün onları gündə bir dəfə döyürdülərsə, qonaqların gedişindən sonra gündə üç dəfə döyməyə başladılar. Nümayəndələr getdikdən sonra onlar əsirləri iki gün ac-susuz saxladılar. 

Yanvar ayının şaxtalı bir günü idi. Daşnaklar əsirləri kameralardan çıxarıb həbsxananın həyətində cərgəyə düzdülər. Həyətin ortasında iki bayraq - biri Azərbaycan bayrağı, digəri isə Erməni bayrağı sancılmışdı. Bayraqların yanında böyük bir yemək qazanı qoyulmuşdu. Yeməyin iyi iki gün ac-susuz qalmış əsirləri dərhal vurdu. Onlar soyuqdan titrəyirdilər, buna baxmayaraq hamının könlündən bu yeməkdən dadmaq keçirdi. Amma əsirlər bilirdilər ki, ermənilər onlar üçün növbəti “tamaşa” hazırlayıblar. Bir azdan erməni zabiti əllərini arxasında daraqlamış halda gəlib bayraqların yanında dayandı və amiranə səslə dedi: 

- Bilirəm, iki gündür sizə yemək-içmək vermirlər. Mən isə sizi bu gün dadlı, ləzzətli şorbaya qonaq edəcəyəm. Ancaq bir şərtim var. Sizlərdən hansınız bizim bayrağı öpüb, Azərbaycan bayrağına tüpürəcəksə, ona bax, bu dadlı şorbadan verəcəyəm. Şorbadan yemək istəyənlər buyursunlar, - deyə zabit gülərək əsgərlərə nəsə işarə etdi. 

Zabitin işarəsindən sonra əsirlərə gətirib əzilmiş alüminium boşqabı verdilər. Bir müddət heç kəs yerindən tərpənmədi. Bütün əsirlər məyus halda dayanıb şorba dolu qazana həsrətlə baxırdılar. Onlar çıxılmaz durumda qalmışdılar. Bir tərəfdən acından ölmək təhlükəsi, digər tərəfdən isə bağışlanılmaz təhqir... 

Ölüm düşərgəsindən qaçış

Bu zaman İlqar cərgədən çıxıb qürurla bayraqlara tərəf addımladı. O, əsir düşdüyü zaman Cəbrayıl şəhəri üzrə İcra hakimiyyətinin nümayəndəsi vəzifəsində işləyirdi. Ermənilər nə qədər cəhd göstərsələr də, onu özlərinə işləməyə məcbur edə bilməmişdilər. İlqara görünməmiş işgəncələr verilməsinə baxmayaraq, daşnaklar onu sındırmağı bacarmamışdılar. Əsirlər arasında İlqarın böyük hörməti vardı... 

Hamı heyrətlə dönüb İlqara baxırdı. Onlar bilirdilər ki, o bu dəfə də qeyri-adi hərəkətilə erməniləri heyrətə salacaq. Əsirlər fikirlərində yanılmamışdılar. İlqar əvvəlcə Azərbaycan bayrağının önündə dayandı, dönüb əsir yoldaşlarına baxdı. Sonra o, diz çöküb Azərbaycan bayrağını öpərək gözlərinə çəkdi. Və yenidən ayağa qalxdı, erməni bayrağına yaxınlaşaraq ona tüpürdü və tez bayrağı ayaqları altında tapdalamağa başladı. Bunu görən daşnaklar quduz itə döndülər. Onlar İlqarı bayılana qədər döydülər, sonra sürüyə-sürüyə harasa apardılar. Bu mənzərədən sonra əsirlər acından ölməmək üçün hər iki bayrağı öpmək məcburiyyətində qaldılar... 

Düz on altı ay Mikayıl hər gün bu əzab və işgəncələrlə üzləşdi. 

1994-cü il iyulun 14-də Mikayılı bir neçə əsirlə bərabər işləmək üçün Xocalıya gətirdilər. O, buradan hökmən qaçacağına qəti qərar verdi. Elə həmin günün axşamı o daha dörd əsir yoldaşı ilə birlikdə ermənilərin xəbəri olmadan, ölüm düşərgəsindən qaçmağa müvəffəq oldu. Onlar gecələr yol gedib, gündüzləri gizlənməyi qərara almışdılar. Qarşıda minalanmış sahələr və bir neçə erməni postu vardı. Mikayıl dedi ki, əgər yoldaşları onu dinləsələr, onlar burdan sağ-sağlam xilas ola bilərlər. Onlar bu gecə bacardıqca daha çox məsafə qət eləməlidilər. Çünki ermənilər onların qaçışından yalnız sabah xəbər tuta biləcəklər. Ona görə də, onlar sabaha kimi bir xeyli məsafə gedib, buradan uzaqlaşmalıdılar. Mikayıl yoldaşlarına bildirdi ki, ən əsası qarşımıza çıxan ilk postu keçməkdir. Bunun üçün onlar daha diqqətli olmalıdılar. Novruz isə dedi ki, onlar posta tərəf deyil, postdan şərq istiqamətə , meşəyə tərəf hərəkət etməlidilər. Mikayıl buna qəti etiraz etdi: 

- Novruz, açıq sahələr minalanıb. Sən bunları bildiyin halda, niyə həmin sahəyə tərəf gedirsən? Mən əminəm ki, post istiqaməti açıqdır, ermənilər oranı minalamayıblar. Qalan üç istiqamətin üçü də minalanıb. 

- Mikayıl, bunu hardan bilirsən ki, mən dediyim yer minalanıb?Deyirsən ki, biz düz ermənilərin üstünə gedək? Onlar silahlı, biz isə əliyalın. Bu necə olacaq? Deməli, belə çıxır ki, biz göz görə-görə ermənilərin qucağına, ölümə doğru gedək?! - Novruz Mikayılın fikrilə razılaşmaq istəmədi. 

- Nəsə, təcili bir qərar verməliyik! - Aydın dilləndi. 

Rahib isə əli ilə kiçik bir sahəni göstərib dedi: 

- Bəlkə, bu sahəni keçib, meşəyə girək? 

- Biz onsuz da meşəyə girəcəyik, ancaq postu keçəndən sonra. - Mikayıl fikrində israrlı idi. 

- Axı, biz postu necə keçəcəyik, Mikayıl? - Novruz yenidən soruşdu. 

- Biz Pusquda dayanıb, ermənilərin yuxuya getməsini gözləməliyik. Sübh çağı onları hökmən ölüm yuxusu yaxalayacaq. O zaman biz də onların işini bitirərik. - Mikayıl bildirdi. 

- Nə danışdığını bilirsən heç?! Biz silahsız onlarla necə bacaracayıq? - Novruz təəccübünü gizlədə bilmədi.

- Bəs sən nə düşünmüşdün? Burdan elə belə, qorxaq erməni kimi qaçıb gedək? Bəs onların bizim başımıza açdıqları müsibətləri nə tez unutdun, Novruz?! Xeyr, erməni dığalarının mənə etdikləri işgəncələrin, eləcə də ölmüş qardaşlarımızın intiqamını almadan qaçıb gedə bilmərəm. Bu fürsəti əsir düşüdüyüm gündən gözləyirəm. Mən intiqamımı hökmən alacağam. Buradan elə belə qaçıb getmək mənlik deyil. Əgər siz istəyirsinizsə, dediyiniz istiqamətdə qaçıb aradan çıxa bilərsiniz, - deyə Mikayıl yoldaşlarına qəti fikrini bildirdi. 

Bu yerdə fikirlər haçalandığından, yollar da ayrıldı. Üç yoldaş meşəyə girmək üçün açıq sahəyə, Mikayıl isə düşmən postuna üz tutdu. O, əvvəlcə iti addımlarla, sonra isə sürünə-sürünə posta yaxınlaşdı. Postda dörd nəfər idi; ikisi sığınacaqda oturub söhbət edir, ikisi bayırda gəzişirdi. O, bir az da yaxınlaşıb gözlədi. On-on beş dəqiqə keçdi, bayırdakı ermənilərdən biri yoldaşına nəsə deyib aralandı və düz Mikayılın gizləndiyi tərəfə gəldi. Mikayıl dərhal başa düşdü ki, erməni təbii tələbatını ödəmək istəyir. Bu göydəndüşmə fürsət oldu. Erməni avtomatını yerə qoyan kimi, Mikayıl pələng cəldliyi ilə gizləndiyi yerdən sıçrayıb ermənini qamarladı. Bunu elə bir tezlikdə etdi ki, erməni heç cınqırını belə çıxara bilmədi. O, bir göz qırpımında qavırıb dığanın boynunu sındırdı. “Bu maşınla tapdaladığınız soydaşlarımın intiqamı” - deyə astadan dilləndi. Sonra erməninin paltarını geyinib avtomat silahını götürdü, posta gəzişən erməninin yanına getdi. Pəzəvəng erməni yoldaşının gec gəldiyini görüb çağırdı: 

- Akop!.. 

Akopdan səs çıxmadığından, gicgahından aldığı ölüm zərbəsindən daş kimi, o da yerə sərilib qaldı. Mikayıl onun döyüş bıçağını götürdü və bu an ermənilərin qəbir üstündə başını kəsdikləri cavan əsgəri xatırladı və bir andaca düşmənin başını bədənindən ayırdı. “Bu da qəbir üstündə başını kəsdiyiniz cavan əsgərimizin intiqamı!” - deyə gözlərində sanki qığılcım parladı. 

İndi blindajdakı ermənilərin işini bitirmək onun üçün çətin deyildi. O, asta addımlarla sığınacağa tərəf getdi. Heç nədən xəbəri olmayan erməni dığaları şirin-şirin söhbət edirdilər. Mikayıl alıcı quş kimi qəfildən onların üstünə şığıdı. Onlar özlərini itirdilər və bir anda nə baş verdiyini anlaya bilmədilər. Mikayıl əlindəki bıçağı silahı götürmək istəyən erməninin boğazına çəkdi. O birisi yerindən qalxıb, silahı götürmək istədi. Amma Mikayıl ona da imkan verməyərək, bıçağı arxadan onun kürəyinə sapladı. “Bu da acından və soyuqdan ölmüş yoldaşlarımın intiqamı!” - deyə Mikayıl dərindən köks ötürdü. O, cəhənnəmlik olmuş erməni daşnaklarının ərzaqlarını götürüb meşəyə girdi. Artıq sübh çağı idi. Bu zaman güclü partlayış eşidildi. Mikayıl yoldaşlarının getdiyi istiqamətə baxdı. Onlar minaya düşmüşdülər. Bu partlayışı ermənilərin digər postu hökmən eşitdi. Bacardıqca burdan uzaqlaşıb meşənin dərinliklərinə girmək lazım idi. “Ax, Novruz! Axı, sənə dedim ki, oradan getmək qorxuludur. Dinləmədin məni!” - Mikayıl yoldaşları üçün çox heyfsiləndi, üzüldü və ayağı tutduqca qaçıb meşənin dərinliklərində görünməz oldu... 

Ölüm düşərgəsindən qaçış

 

Mikayılın yoldaşları minaya düşmüşdü. Rahib həlak olmuşdu, Aydın isə qılçasının birini itirmişdi. Novruz da qorxaraq daha irəli gedə bilməyib, yerindəcə oturub qalmışdı. Tezliklə digər postdakı ermənilər partlayışın səsinə gəlib, Novruzla Aydını yenidən tutub apardılar. Adları Qırmızı Xaç Komitəsinin siyahısında olduğu üçün onları öldürə bilməyiblər. Çünki düşərgədən qaçan əsirlərin cəzası ölüm idi. 

Mikayıl isə 14 gün gecələr yol gedib, gündüzlər meşənin dərinliyində gizlənirdi. Bu müddət ərzində Mikayıl meşədəki meyvələrdən yeyib dolanırdı. Bir axşam Mikayıl yuxuda ikən gördü ki, evlərindədir. Həyətlərində yığıncaq var. Məlum oldu ki, oğlunun toyudur. Vağzalı çalınır, ancaq oğlu Tural mağara girmək istəmir. Əmiləri ona çox təkid edirlər ki, Tural mağara girsin.Amma Tural deyir:“Atam gəlməyincə, mən toy mağarına girməyəcəyəm!” Bu zaman Mikayıl yuxudan ayıldı və gülərək dedi: “Demək, mən bu ölüm düşərgəsindən xilas olacağam. Mənə bundan sonra daha ölüm yoxdur!” 

On dörd gündən sonra Mikayıl Daşkəsən rayonuna gəlib çıxdı. Beləliklə, on altı ay cəhənnəm əzabı görən Mikayıl əsirlikdən xilas oldu. O, əsir düşərkən yüz altı kiloqram idi, indi isə 64 kiloqram qalmışdı. O cür cüssəli, boylu-buxunlu bədəndən əsər-əlamət qalmamışdı. Amma Mikayılın on altı aylıq işgəncələrlə dolu əsirlik həyatını, onun ermənilərdən aldığı intiqamı qismən də olsa unutdururdu... 

Bakı, 20 noyabr 2012-ci il 

Camal Zeynaloğlu

12 mart 2014
GO BACK