Qadin.NET / Onu unuda bilmirəm

Onu unuda bilmirəm

Sizə öz həyatımdan olan hekayəmi danışacağam. Bir ay bundan qabaq bir sevgilim var idi. Bəlkə də bir ay olmaz daha az zaman olar ayrılmışıq. Ona çox inanırdım. Onu çox sevirdim.  Bu yaxınlarda onun dostu mənə yaxınlaşıb onun məni aldatdığını dedi . Düzü inanmadım daha doğrusu inanmaq istəmədim. Çünki ona olan sevgim o qədər böyük idi ki, nə isə... Dostuna inanmadım bu hadisənin uzərindən təxminən bir həftə keçdi.  Ona heç nə deməmişdim. Mənə  başqa biri yaxınlaşdı onun sosial şəbəkələrdə məni aldatdığını deyib uzaqlaşdı.

Onu unuda bilmirəm

Bu dəfə inandım. Ona yaxınlaşıb, məni aldadırsan deyə ona sual verdim. Təbii ki, inkar elədi. Gözlərim dolmuşdu. Artıq ona inanmırdım, amma ürəyimdə onu sevirdim. Bir- iki dəfə ona mənə yalan demə məni aldadırsan dedim. Boynuna aldı. Mənə: Səni sevmirəm bezmişəm səndən, qısqanclığından dedi. O an ona nifrət elədim.

İndi onunla olan günlər yadıma düşəndə ağlayıram. Dəli olduğumu düşünürəm. O yoxdu, tənha qalmışam. Amma o, gündə bir yox bir neçə qızla görüşür. Eh...eh. Artıq sevgiyə inanmıram. Çünki sevgidə uduzmuşam. Onunla keçən günləri xatırlayanda intihar etmək istəyirəm. Onunla olan gunlər... Bu sözü belə deyəndə bir yuxuda olduğumu düşünürəm. Onunla olmaq üçün keçmişə qayıdıram. Çünki onu orda tapa biləcəyimi, onunla yalnız orda ola biləcəyimi çox yaxşı bilirəm. Hal hazırda sevgilisi var. Dostlarıma: Bu sevgilimlə ona acıq verirəm, onun əzab çəkməsini istəyirəm deyib. Son zamanlar onu görməməzlik edirəm. Yanımda qızla danışır, öz ağlınca mənə acıq verir, amma o elə edəndə gülməyə başlayıram. Bütün dostlarımı mənə düşmən etmək fikrindədir. Amma alınmır. Nə deyim təki onunla xoşbəxt olsun!

Sənə hər şey bitdi demək necədir bilirsənmi?

Kiçik bir balığın anasından ayrılışındakı o günahsız baxışı,
Sənə hər şey bitdi demək,
Bir cədvəldəki bütün rəngləri silib qara-ağa dönməkdir...
 sənə hər şey bitdi demək,
Bir xəyalı adiliyə çevirmək deməkdir...
Və əslində sənə hər şey bitdi demək,
Bir xəyaldan oyanmaq, başqa bir xəyala dalmaq üçün göstərilən uyğunlaşmaya cabasındakı boşluğun başlanğıcıdır,
Və sənə hər şey bitdi demək,
Əslində hər şeyin bitməsinin öncə dönməməsinə! ..
 əslində sənə hər şey bitdi demək,
Bir quşun artıq uçmak istəməməsi,
Bir balığın artıq üzmək istəməməsi,
Bir aslanın krallıqdan vaz geçişidir,
Və sənə hər şey bitdi dedikdən sonrakı peşmanlığın başlanğıcıdır...
Sənə hər şey bitdi demək,
Əslində bir düşüncə yanılmasıdır,
 bir xəyaldır bəlkə,

                      Və bəlkə də hər şey bitməmiş!...                   

3 oktyabr 2013
GO BACK