Qadin.NET / Bir kəpənəyin hekayəsi

Bir kəpənəyin hekayəsi

Bir kəpənəyin hekayəsi


Bir gün, çöldə gəzintiyə çıxan bir kişi, kənara oturduğu otlardan birinin dalında, kiçik bir baramanın varlığını fərq etdi. Qoza ha açıldı ha açılacaq kimi idi.

Kişi, bunun bir kəpənək qozası olduğunu təxmin edirdi. Belə bir fürsət bir daha ələ keçməz deyə düşündü və bir kəpənəyin dünya üzü gördüyü ilk dəqiqələrə şahid olmaq istədi.Dəqiqələr dəqiqələri qovdu, saatlar keçməyə başladı, amma hələ kəpənəyin kiçik bədəni o deşikdən çıxmadı. Sanki, kəpənəyin çölə çıxmaq üçün səy göstərməkdən imtina etmiş ola biləcəyini düşündü.
Sanki kəpənək əlindən gələn hər şeyi etmiş də, artıq edə biləcəyi bir şey qalmamış kimi gəldi ona. Buna görə, kəpənəyə köməkçi olmağa qərar verdi: cibindəki kiçik bışağın çıxarıb kozadakı deşiyi bir cərrah titizliyi ilə böyütməyə başladı.
Beləcə, bir-iki dəqiqə içində kəpənək asanca çölə çıxdı. Lakin bədəni quru və kiçik, qanadları buruş buruşdu. Adam kəpənəyi izləməyə davam etdi, çünki qanadlarının hər an açılıb genişləyəcəyini və narın bədənini daşıyacaq qədər güclənəcəyini ümid edirdi.Amma bunlardan heç biri olmadı.
Kəpənək, həyatının geri qalanını, qurumuş bir bədən və büzülmüş qanadlarla yerdə sürünərək keçirdi. Nə qədər uçmaq istəsə də, uça bilmədi.
Kişinin bütün yaxşı niyyətinə və yardım sevərliyinə baxmayaraq başa düşmədiyi  baramanın deşiyinin balaca olması və buna cavab kəpənəyin dar bir deşikdən çölə çıxmaq üçün göstərdiyi  cəhdin, Allahın kəpənəyin bədənindəki mayeni onun qanadlarına göndərmək və bu sayədə baramanın deşiyindən xilas olduğu anda onun uçmasını təmin etmək üçün seçdiyi bir yol olması idi.
Bu həqiqəti öyrəndiyində, həyat boyu unuda bilməyəcəyi bir şey də öyrənmişdi: Bəzən, həyatda tam olaraq ehtiyac duyduğumuz şey, səylərdir. Əgər Allah, həyatda hər hansı bir səy olmadan irəli getməyimizə icazə versəydi, o zaman, bir mənada şikəst qalardıq. Ola biləcəyimiz qədər güclənə bilməzdik o zaman. Və əsla uça bilməzdik.
23 dekabr 2010
GO BACK