Qadin.NET / Lənətlənmiş

Lənətlənmiş

 

Lənətlənmiş

 

Kənd qəbirsitanlığının lap kənarında bir köhnə adi başdaşısı olan az qala itib –batacaq bir qəbir var idi .Burdan keçənlər həmişə bu qəbirə lənət oxuyub keçirdilər .Mən də hamı kimi lənət oxuyurdum ama səbəbini bilmirdim niyə. Bir dəfə anamla ordan keçəndə anamdan soruşdum :-Niyə hamı bu qəbirə lənət oxuyur, axı bu kimin qəbridir belə?Anam dedi:- Bu kəndimizdən olan bir cavan oğlanındı,qumarbaz idi hər gün özü kimilərini yığıb qumar oynayırdılar gah udur, gah da uduzurdu . Bir dəfə bütün pulunu ,evini hər şeyini uduzur .Fikirləşir ki, daha nəyi qaldı .Birdən kimsə bəlkə qumara bacını qoyasan deyir?Uduzduğundan nə edəcəyini bilməyən cavan tez razı olur.Bacısını da uduzur.Bacısını udan deyir dur gedək bacını ver .Ayağa dururlar evə tərəf gələndə birdən həmin oğlan buna deyir ki mən sənin bacını həqiqətən sevirəm ancaq sənin kimi binamusun bu dünyada yaşamağa haqqı yoxdur.Və bıçağı çıxarıb oğlanın düz ürəyinə saplıyır və oradaca həmin buraya basdırıb gəlir qızın yanınına .Qızı götürüb gəlir qəbirstanlığa və hərşeyi qıza danışır .Sonra deyir ki mən burdan düz gedirəm təslim olmağa istəyirsən məni gözlə qayıdım evlənək, istəmirsən özün bil.Qız deyir sağ ol sən ki, mənim namusumu qorudun,sən olmasaydın başqası olsaydı kim bilir nələr olardı.Oğlan bir neçə ildən sonra qayıdıb gəlir evlənirlər və xoşbəxt yaşayırlar.Mən indi ürəkdən lənət oxudum.

25 dekabr 2010
GO BACK