Qadin.NET / İblisin vəkili (III hissə)

İblisin vəkili (III hissə)

İblisin vəkili (III hissə)

İlahə ayağa durmaq istərkən uşaq kimi səndirlədi. Az qaldı yıxılsın, Altay tez belindən tutdu:
-Nə olub İlahəm?-güldü. İlahəni özünə sıxıb alnını-alnına söykədi. İlahə bu təmasdan, bu yaxınlıqdan özünü itirdi, dartındı:
-Evə getməliyəm mən, artıq gec oldu.
-Belə yaş donla hara gedirsən ilahəm? Donunu qurut sonra get. Həm də niyə tələsirsən? Dünən atanın rayona toya gedəcəyini söyləmişdin.Gəl sənə quru geyim verim.
İlahəni yan otağa apardı. Şifonerin qapısını açıb, onunla bu evdə olmuş qızlardan qalan bir xalat çıxartdı. Ağ atlasdan olan xalat çox qısa idi. İlahə narazılıqla Altayın əlində tutduğu xalata baxdı:
-Yox mən bunu geyinə bilmərəm, istəmirəm-Altay axtarıb bir az uzununu tapdı.

-Yaxşı bunu geyin, narahat olma İlahəm, elə bil öz evindi, mən çıxıram.
İlahənin atrıq sərxoş olduğu aydın hiss olunurdu, göz qapaqlarını güclə açırdı. Ayaq üstə dayana bilməyib, otaqda olan taxtın kənarına oturdu. Əli ilə donunun arxadan bağlanan ilgəyini açmaq istəsə də, heç cür aça bilmirdi. Hər dəfəsində əli boşa çıxırdı, cəhdləri uğursuz alınırdı. Çarəsiz halda çarpayıya yıxıldı. Ayaq üstə dura bilmirdi, başı hərlənirdi. Qapı döyüldü:
-İlahəm, nə gec oldun, gülüm.
-İindii gəəlirəəm...
Açıq qapıdan Altay göründü. Otağa daxil oldu:
-Yox, belə yatmaq olmaz, yaş paltarla xəstələnərsən.
İlahəyə ayağa durmaqda kömək etdi. Əlini paltarın ilgəyinə apardı. İlahə:
-Sən dayan, özüm...-desə də özünü idarə edə bilmirdi. Altay  əlini ilgəyə uzatdı. Don İlahənin əynindən sürüşüb, ayağının altına düşdü. Altay qollarının arasında bir dünya gözəllik tutmuşdu. Od kimi yanan dodaqlarını, onun boyun-boğazında, sinəsində gəzdirdi. İlahə:
-Dayan, nə edirsən? -deyib ,onun qollarından qurtulmaq istəsə də bu nəvazişdən heysiz olmuşdu. Altayın kəpənək toxunuşuna oxşayan yumşaq öpüşlərini, bədəninin hər yerində hiss etdi. Altay onu qucağına alıb çarpayıya uzatdı. İlahə artıq özünü hiss etmirdi, sanki bütün bədəni Altaya məxsus idi...
Bayırda bərk külək başlamışdı. İşdən yorğun gəlib yatan Ceyhun, bərk səsə yuxudan dik atıldı. Külək, açıq qalan pəncərəni çırpıb, çiling-çiling etmişdi. İlahənin isməti kimi...
***
İlahə yuxudan ayılıb gözlərini ovxaladı, gözünü açanda elə bildi yuxudadı. Bu otaq onların evi deyildi, bu geniş taxt da onun çarpayısı deyil. "Mən hardayam?"-yatağından dik qalxıb, yerində oturdu. Özünü paltarsız görüb, döşəkağı ilə üryan bədənini örtdü. Başı ağrıyırdı. Əlini atıb stulun üstünə atılmış paltarını götürmək üçün ayağa duranda, al rəngə boyanmış yatağı görüb dəhşətlə dünən olanları xatırlamağa çalışdı. İki əli ilə saçlarını tutub yerə çökdü. "Bu nə işdi mən düşdüm?!"- gözünün yaşını sel kimi axıtdı. Yastığın üstündə kağız vardı. "Mələyim, mən dükana düşdüm, indi gəlirəm" .Kağızı hirslə bürmələyib yerə atdı: "Lənətə gələsən! "Cəld əynini geyinib, çantasını da götürüb, özünü evdən bayıra atdı. Evlərinin qapısını titrək əlləri ilə açıb, özünü içəri saldı. Atası evdə olmadığından bərkdən, hönkürtü ilə ağlayıb içini boşaltdı. Otaqdan asılmış, anasının böyüdülmüş şəkli önündə diz çökdü: "Ana, anacan, mən nə etdim ?Bağışla qurban olum. Bəlkə də sən yanımda olsaydın belə olmazdı ana".
***

İblisin vəkili (III hissə)

Aralarında olan bu münasibətdən sonra, İlahə Altayı görmək belə istəmirdi. Dünyanın işinə bax, həmişə belə yelbeyin qızlara gülürdü, indi özü onların gününə güşdü. Necə oldu belə ağılsızlıq etdi? Özünə inanmırdı.Lap uşaqlıqdan,nənəsi hər dəfə onunla görüşəndə bir qıza lazım olan ədəb qaydalarını ona öyrədirdi. Artıq beyninə həkk etmişdi ki, qız ismətini toy gününə kimi qoruyub saxlamalıdı. Ancaq İlahə nə etdi?Əlbəttə, Altayda da az günah yox idi. İlahənin ona olan etibarından istifadə etmişdi.
Altay vəziyyətdən çıxış yolu tapa bildi, çünki artıq vərdiş idi. İncitdiyi qadınların könlünü almaq üçün kifayət qədər söz ehtiyatı vardı. Lazım gələndə yazıq sifət çıxardıb, gözündən 1-2 damla yaş axıtmağı da çox gözəl bacarırdı. İndi də bildiyi bütün fəndləri işə salıb özünü ona bağışlatdı. Ürəyi çox yumşaq olan İlahə onu bağışladı. Artıq Altayın evində sonu yataqda bitən, dörd görüşləri olmuşdu...
***
Yenə güzgünün qarşısında durub özünə sığal verirdi. Hamamlanıb çıxmışdı, üzünü qırxıb ətirlənirdi. Telefonu zəng çaldı. Keçən il Antaliyada tanış olduğu qız idi, dünən də zəng etmişdi. Altayın yanına  qonaq gəlirdi Rusiyaya, özü dəvət etmişdi. Ona görə təcili qayıtmalı idi.
Qızın yad ölkədə tək qalmasına necə razı ola bilərdi? Bir halda ki, özü dəvət edib. Güzgüdə diqqətlə özünə baxdı.

 

İblisin vəkili (III hissə)

 

Güzgüdəki Altay dilləndi: "Sən düz eləmirsən. İnsanların həyatı ilə oynamaq olmaz. Bəsdi artıq, dayan! Atanın yolu ilə getməyə məcbur deyilsən.Möhkəm iradəli ol, nəfsinə qalib gəl. Bəsdi yalan danışıb hamını, ilk əvvəl özünü aldatdın. Bir gün o yalanların içində özünü də itirəcəksən.İblisə vəkillik etdiyin bəsdi!İlahəni də o birilərin gününə qoyma,heç olmasa onu bədbəxt etmə! "Altay qaşlarını düyünləyib, hirsə yumruğunu güzgüyə vurdu.İlahə yadına düşəndə tutuldu, qanı qaraldı.Özünə yazığı gəlirdi hərdən. Çünki, insanların həyatları ilə oynadıqca özü də oyuncağa dönürdü. Əsl simasını itirirdi. Hərdən özünə elə nifrət edirdi ki... Tək özünə deyil. Ailəsinə, atasına,bütün insanlara... Özünün belə böyüməsində onları daha çox günahlandırırdı. Atası ömrü boyu kef dalınca, eyş-işrət dalınca qaçmışdı,anası da atasının dalınca.Hər vasitə ilə onu güdüb, əməllərini aşkara çıxartmaq,sonra bunun hesabını soruşmaq və s. və ilaxır.Bitib tükənməyən mübahisələr,dava-dalaş,söyüşlər...Düz yolu ona göstərmək üçün, vaxtları olmamışdı .Özü də qarşısında açılan saysız-hesabsız yolların önündə, çaşıb qalmışdı.Düz yolu tapa bilmirdi, bəlkə də axtarmaq istəmirdi.Əyri yollar daha cəlbedici görünürdü. Düzdür, bəzən əməllərinin düz olmadığını üzünə deyən adam çıxırdı qarşısına. Məsələn, əmisi oğlu Faiq kimi. O,nəsihət etdikcə, "Haqlısan "-deyib, susurdu.Peşman olmuş kimi görünürdü bir anlıq.Bir anlıq..Bu ancaq bir anlıq olurdu..Sonra tez unudurdu.Gec idi. Altay, çox uzağa getmişdi artıq. Qayıtmaq da istəmirdi...
Telefon yenidən zəng çalanda fikirdən ayıldı.Dəstəkdən eşidilən qızın səsinə  unutdu hər şeyi. Zəng edən qızla min bir şirin dillə danışdı. Dostları ilə də zəngləşib elit bir oteldə onun üçün yer hazırlatdı. Tələsik paltarlarını yerləşdirib, bilet üçün sifariş verdi. Artıq sabah bu vaxt yeni bir eşq, yeni bir məcara... Altay üçün artıq qızların bədəni mühüm bir önəm kəsb etmirdi, yaşadığı qızların, qadınların ona dəlicəsinə aşiq olması daha çox ləzzət edirdi. Onların beyninə hakim olub, istədiyi kimi onları idarə edə bilməsi, ona zövq verirdi. Belə həyat tərzi çox xoşuna gəlirdi. Ancaq hərdən güzgüdəki Altay onu narahat etməsəydi...

 

Ardı var...

4 avqust 2013
GO BACK