Qadin.NET / İbrətamiz hekayələr

İbrətamiz hekayələr

İbrətamiz hekayələr
Bir gün bir cavan oğlan ən gözəl paltarlarını geyinir və namaz qılmağa məscidə yola düşür. Lakin bir yerə çatanda yıxılır və paltarları palçığa batır. Tez evə qayıdıb paltarlarını çıxarıb başqa gözəl paltarlarını geyinib yenə məscidə yola düşür. Lakin həmin yerə çatanda yenə də yıxılır. Bu dəfə də tez evə qayıdıb yeni paltarlarını geyinib yola düşür. Amma bu dəfə qarşısına əli çıraqlı biri çıxır. Oğlan ondan kim olduğunu soruşur:

O da cavab verir ki, 2 dəfə  eyni yerdə yıxıldığını gördüyüm üçün  çıraq götürdüm ki, yıxılmayasan.

Oğlan təşəkkür  edir və məscidə yola düşürlər.

-Məsciddə oğlan onu namaza dəvət edir, lakin nə qədər israr edirsə də o gəlmir. Əli çıraqlı şəxsdən niyə namaza gəlmədiyini soruşanda o cavab verir:

-Axı mən şeytanam!
Oğlan elə bil ki, yerə yapışır və heç nə deyə bilmir. Şeytan yenidən sözünə davam edir. Sən məscidə gələndə səni mən yıxdım. Amma sən tez evə qayıdıb paltarlarını dəyişib yenidən gəldin. Allah sənin bütün günahlarını bağışladı. 2-ci dəfə yenə yıxdım. Amma bu dəfə də  təzə gözəl paltarlarını geyinib gəldin. Allah bu dəfə də sənin bütün qohum-əqrəbanın günahlarını bağışladı. 3-cü dəfə çıraq gətirdim. Çünki qorxdum ki, bu dəfə də yıxılarsan  və Allah sənin bütün hemşəhərlərinin günahlarını bağılayar.

Qonaq ruzisi ilə gəlir

Qonaqpərvər bir səhabə var idi. Xanımı isə hər gün ərinin yanında bir neçə qonaqla gəlməsinə dözüm edə bilməz və ərinə:

- Sən hər gün bir neçə qonaqla gəlirsən, gələn qonaqlar, uşaqlarımızın ruzilərini yeyirlər, deyərdi.

Əri, diqqət etməz evə gələrkən hər gün yanında bir neçə qonaq gətirməkdə davam edərdi. Qadın səhabə dözə bilməyib, gedər vəziyyəti Rəsulullaha:

- Ya Rəsulullah! Ərim hər axşam evə bir neçə qonaq gətirir. Beləcə də ərimin qazandıqları həmişə qonaqlara gedir. Bir gün xəstələnsək, aclıqdan ölməkdən qorxuram, deyər:

Peyğəmbər Əfəndimiz (s.a.a.s.) qadının ərini, hüzuruna çağırar, vəziyyəti bir də ondan dinləyər.

Səhabə:

- Mən qonaqsız edə bilmərəm! Süfrəmdə qonaq olması, mənə sevinc və bərəkət verir, deyər.

Bu səfər Peyğəmbərimiz (s.a.a.s) qadına, bundan sonra çox deyil, bir qonağa razı olub olmadığını soruşdu. Qadın buna da razı olmayaraq:

- Mən uşaqlarımın ruzisini başqalarının yeməsinə razılıq göstərə, bilmərəm - deyir.

İbrətamiz hekayələr

Adam heç olmazsa bir qonağın olmasını israr edincə; qadın boşanmaqdansa, bir qonağa razı olar. Lakin o axşam ərinin, yenə evə iki qonaqla gəldiyini gördü. Qadın əsəbləşmişdi, içi rahat deyildi. Yemək hazırlamaq üçün mətbəxə girdi, üç nəfərlik yemək hazırlayıb nimçədə ərinə verdi. Bir az sonra da, qonaqlardan birinin çıxıb getdiyini gördü. Hazırlanan yeməklərdən biri yeyilməmişdi.

Qadın ərinə:

- Qonağın biri nə üçün yemək yemədən çıxıb getdi? deyə soruşar.

Adam, ikinci qonağın fərqində deyil:

- Sən hansı qonağa bəhs edirsən. Mən bir qonaqla gəldim, o da içəridə bax, deyə cavab verdi.

Qadın çox yaxşı görmüşdü. Qonağın biri yemək yemədən çıxmışdı.

Bu münaqişə içindən çıxa bilməyəcəklərini görən  ər-arvad, dərhal Əfəndimiz Həzrətlərinə mürəciyata getdilər və vəziyyəti izah etdilər .

Onları dinləyən Peyğəmbər (s.a.a.s) belə buyurdu:

- Bəli! Evə iki qonaq gəlmişdi. Lakin bunlardan biri həqiqi insan deyil, insan surətinə girən ruzidi. Allah (c.c) xanımını ağıllandırmaq üçün ruzini insan qılığına soxmuşdu. Xanımın isə, yenə qonaqlar üçün bir miqdar ruzini nəzərdən çıxarıb hazırladı, amma o ruzi, əksik olmazdı.

Bunu yaxşı bilin ki, hər bir qonaq öz ruzisi ilə gəlir. Və kimsə, kimsənin ruzisini yeyə bilməz, əksiltməz ... Hətta qonaq, bir evin bərəkətini artırar və o evin ruzisindən artma olar, buyurdu. Təbii ki, qadın, bu hadisədən sonra etiraz edəcək vəziyyətdə deyildi.

13 iyul 2013
GO BACK