Qadin.NET / Bir eşq hekayəsi

Bir eşq hekayəsi

Bir eşq hekayəsi
Neçə illərdir birlikdə oxuduqları halda məzuniyyət tədbirində, yəni'' Son zəng''də ilk dəfə danışdılar. Gülşənin elə ovsunlayıcı gözəlliyi vardı ki, danışdıqları zaman Fikrət fikrini cəmləşdirməkdə çətinlik çəkirdi. Məktəbdə gördüyü zaman da ona heyran olurdu. Cazibədar, alicənab, qürurlu qız idi. Qumral bədəni, dümdüz saçları, yaşıl gözləri, incə burnu, çəhrayı dolğun dodaqları ona günahsız, sadəlövh və eyni zamanda gözəl görünüş verirdi. Boyu uzun, özü incə qız idi. Yeridiyi zaman qu quşuna bənzəyirdi. Kiçik yaşlardan etibarən balet oynamasının təsiri hərəkətləri və duruşunda özünü büruzə verirdi.

Fikrət isə məktəbin ən məşhur oğlanlarından idi. Bürünc bədənli, qapqara saçlı, tünd mavi gözləri, sərt xətləri olan, geniş çiyinləri və uzun boyu ilə fiziki cəhətdən güclü bir gənc idi. O, Gülşənin də diqqətini çəkmişdi, amma eqoları bir yerdə oxuduqları müddətdə söhbətləşmələrinə mane olmuşdu. İkisi də ilk addımı atma məsələsində digərindən hərəkət gözləyirdi.

Məzuniyyət gecəsində Fikrət məğlub oldu, çünki həmin gecə Gülşən başqa cür idi. Artıq bu oyunu daha çox davam etdirə bilməyəcəyini hiss edən gənc oğlan gecədən sonra onu bir daha görə bilməyəcəyi riskini gözə ala bilməzdi. O eşitmişdi ki, Gülşən İsveçrədəki universitetlərin birində oxuyacaqdı.

Bir eşq hekayəsi
Məzuniyyət gecəsinin keçirildiyi böyük otelin bağçasında səhərə qədər danışdılar. Müzakirə edəcəkləri nə qədər çox mövzuları, o qədər ortaq nöqtələri varmış ki. Sanki ruh əkizləri idilər... Hər ikisini gözəl hisslər çulğamışdı. Heç bir ünsiyyət qurmadan keçirdikləri illər üçün heç heyfsilənmədilər də. Gələcəyi birlikdə keçirəcəklərindən əmin olaraq bir-birlərinə sarıldılar. Saatlarla eləcə qaldılar. Və günəşin ilk şüalarıyla birlikdə evlərinə gedib ailələrinə xoş xəbəri vermək üçün ayrıldılar.

Gülşən evinin qarşısında avtomobildən enərkən üzüaşağı sürətlə gələn avtobusun vurması nəticəsində elə olduğu yerdəcə həyatını itirdi. Fikrət isə onu səhərə qədər gözləmiş anasına qapıdan girər-girməz həyatının qadını ilə qarşılaşdığını və bu axşam onu anası ilə tanış etmək üçün evə dəvət edəcəyi haqda danışırdı.

Həyat belədir, bəzən nələrisə vaxtında etmək lazımdır, çünki əlimizdə olanlar bir quş kimi uçub gedə bilər. Həyat sevib-sevildikdə gözəldir, dostlar. Sevdiyiniz şəxslərə vaxt itirmədən ürəyinizi açın, eşqinizi izah edin. Eşq ən gözəl, ən günahsız duyğudur.

8 iyun 2013
GO BACK