Qadin.NET / Şirin yalanlar...

Şirin yalanlar...

 

 

Hekayədə Ayan adlı gənc bir qızın həyatından bəhs edilir. 18 yaşı var. 11-ci sinifdə oxuyur. Sadə, saf ürəkli, məsum, hamıya inanan bir qızdı. Atası uşaqkən onu atıb. Anası ilə birgə yaşayır. Həyatda ən çox sevdiyi anasından başqa heç kimi yoxdu. Qeyd edim ki, hekayədəki hadisələr real həyatdan götürülüb. Sadəcə adlar başqadır.

 Bir payız səhəri idi...

Ayan məktəbə gedirdi. Məktəbin qarşınıda bir oğlan dayanmışdı. Gözlərini Ayandan çəkmirdi. Ayan isə təəccüblü baxışlarla oğlana baxırdı. Ayan məktəbə girərkən oğlan onun üzünə gülümsədi və getdi. Ayan isə heç nə anlamayıb dərsə getdi. Dərs boyu Ayan o oğlanı düşünürdü. Yeniden onu görmək istəyirdi. 2 gün keçdi Ayan dərsdə idi və birdən gözü sinfin pəncərəsinə sataşdı.
Bu həmin oğlan idi. Məktəbə Ayanı görməyə gəlmişdi. Dərs bitincə oğlan Ayanı gözlədi. Ayan dərsdən çıxıb evə gedirdi. Oğlan da onun arxasınca getdi. Küçələrin birində onlar görüşdülər.Və oğlan Ayana öz ürəyini açdı. Adını Cavid olduğunu 23 yaşı olduğunu və Ayanı uzun müddətdir ki, sevdiyini dedi.

Cavid:

-Ayan, sənə qarşı fikrim olduqca ciddidir. Hər gün, hər gecə səni düşünürəm. Ürəyimi sənə necə açacağımı, sənə necə yaxınlaşacağımı bilmirdim. Nəhayət özümdə cəsarət toplayıb sənə ürəyimi açdım. İstərdim ki, sən də mənim sevgimə qarşılıq verəsən.

Ayan:

-Dediklərin barədə düşünərəm.- deyib oradan uzaqlaşır.

 

Şirin yalanlar...

 

 

Beləcə günlər keçir. Onlar hər gün görüşür, danışırlar. İkisi də çox xoşbəxtdirlər. Qısa müddətdə Ayanla Cavidin sevgisindən hərkəs xəbər tutur.Tezliklə Ayan məktəbi bitirir.Tətilə qohumlarıgilə gedir. Və orda Şəlalə adlı bir qızla rəfiqə olur. Şəlaləyə Caviddən danışır. Demək olar ki, Şəlalə onun bütün sirrlərini bilir.

Artıq 15 gündür ki, Caviddən xəbər yoxdu. Telefonunu söndürüb. Ayan isə ondan narahatdı. Ayan Cavidin onu unutduğunu düşünür. Hər gün ağlayır Cavidi düşünür. "Görəsən niyə görə mənə zəng etmir?" sualı Ayanın ağlından getmir. Yalnız düşüncəsi Caviddir.

Bir gün Ayan Şəlaləgildə oturmuşdu. Söhbət edirdilər. Elə bu vaxt Şəlalənin əmisi oğlu Elmar içəri daxil oldu. Salam verib qarşı otağa keçir, amma gözlərini Ayandan çəkmirdi. Ayan Elmarın ona baxışlarından qorxub Şəlalə ilə sağollaşıb evə gedir. Elmar isə Ayana yaxın olmaq üçün Şəlalədən istifadə edir. Şəlalədən Ayan barədə bütün məlumatları əldə edir. Beləliklə Ayanın izini buraxmır. Bir gün Elmar Şəlalə ilə birlikdə Ayana qarşı plan hazırlayırlar.Və Şəlalə Ayana zeng edib onlara gəlməyini xaiş edir.

Ayan da heç nədən xəbəri olmayıb Şəlaləgilə gəlir. Evdə heç kim olmur. Həyətə düşür Şəlaləni çağırır. Amma cavab gəlmir. Ona cavab vermediyini görən Ayan Şəlaləgilin həyətlərindəki təmirsiz boş otağa gəlir. Çünki Şəlalə tək qalmaq istədikdə bu otağa gələrdi. Və birdən Elmar Ayanın yanına gəlib, onunla qaçmağı təklif edir. Amma Ayan redd edir. Bu vaxt Elmar əlinə bir taxta parçası alaraq Ayanı döyüb öldürəcəyi ilə hədələyir..

Ayan çarəsiz qalır. Elmara yalvarır. Amma Elmar onun sözlərinə qulaq asmır. Və onu maşına məcburi salıb aparır. Ayanın qısqırmağına baxmayaraq kömək istəməyinə baxmayaraq heç kim onun səsinə səs vermir. Beləcə Elmar onu kənddəki evlərinə gətirir. Ayanı otaga salıb möhkəm döyür. Onunla evlənməyə məcbur edir.

Ayan isə çaresizdi. Onun orda heç kimi yox idi. Bilmirdi nə etsin. Ordan qaçmaq üçün çıxış yolu axtarırdı. Elmarın da anası Südabə otaga gəlib dedi:

-Al bu gəlinliyi geyin. Bugün bu toy olmalıdır. Sən Elmarla evlənməlisən.

Ayan:

-Axı zorla evlilik olmaz. Heç ailəm mənim harda olduğumu bilmir. Anam narahatdır. Xahiş edirəm məni buraxın gedim. Yalvarıram sizə.

Südabə Ayanın sözlərinə əhəmiyyət verməyib deyir:

-15 dəqiqə vaxtın var. Bu gəlinliyi geyin hazır ol. Bir azdan kəbininiz kəsiləcək. Beləcə Ayan çarəsiz qalaraq o gəlinliyi geyinir və ona həyətdə toy edirlər.

 

 

Toyun axşamı Ayan gizlicə Elmargilin bağına gedir. Orda yaşlı bir kişiyə yalvararaq onu burdan aparmasını xahiş edir. Kişiyə başına gələnləri danışır və kişini razılığa gətirib maşına minib qaçır. Evlərinə anasının yanına gəlir. Anasına başına gələn hadisəni danışır. Anası isə eşitdiklərinə inana bilmir və qızını qucaqlayıb ağlayır.

Ayan deyir:

-Ana,nə olar məni bağışla. Mənim heç bir günahım yoxdu. Məni aldatdılar.

Ana:

- Qızım, sənə bütün qəlbimlə inanıram. Mən bilirəm ki, mənim qızım heç vaxt elə bir hərəkət eləməz.

Beləcə günlər keçir. Ayan bir gün Cavidin nömrəsini yığır. Və ona zəng çatır. Cavid dəstəyi götürür. Ayan Cavidin ona niyə zəng etmədiyini, niyə onu axtarmadığını soruşur. Cavid isə "canım, biz görüşməliyik sənə hər şeyi danışacam. Gəl kafeyə görüşək. Sənə vacib sözüm var". Ayan razılaşır.

Onlar görüşürlər.Cavid deyir:

-Ayan bağışla ki, uzun müddət sənə zəng etmədim. Özümə yeni biznes qurmuşam. Ona görə vaxtım yox idi. Amma ondan da vacib sözüm var. Bilirsən sənə qarşı fikrim ciddidir. Ailəmə də səndən danışmışam. Hamı razıdı. İstiyirəm evdə anana da deyəsən oktyabrın 24-ü anamgil sizə elçi gəlmək istəyirlər. Deyirəm ki, biləsiz. Hazırlaşın 24 -ü ailəmi gözləyin gələcəklər. Bu vaxtı Cavid cibindən üzük çıxarıb Ayana evlilik təklif edir.

Ayan təbii ki, sevinir. Sevinci yerə göyə sığmır. Evə gəlir Anasına danışır. Anasi da qızının xoşbəxt olduğuna sevinir. Və beləcə hazırlaşırlar. Nəhayət oktyabrın 24-ü gəlir. Hər kəs evdə Cavidin ailəsini gözləyir. saat 17:00 olur. Amma hələ xəbər gəlmir. Ayan çox narahatdı. Görəsən niyə gəlmədilər. Bəlkə Cavidin başına nəsə gəlib? Həm narahat, həm də sevincək Cavidgilin evinə zəng edir. Desteyi Cavidin anası Rüxsarə götürür.

 Ayan:

-Salam xala necəsiz? Cavid evdə?

Cavidin anası:

-Hə qızım evdədi. Kim idi ki, soruşan?

Ayan:

-Deyin ki, sinif yoldaşı Sevincdi.

Cavidin anası:

-Qızım, Cavid əynini geyinir. Məgər xəbərin yoxdu? Bu gün onun toyudu. Yoxsa səni çağırmayıb? Ola bilsin ki, yadindan çıxib. Amma sən gələrsən. 

Ayan donub qalmışdı. Bilmirdi nə desin sadəcə "Xoşbəxt olsunlar" deyib dəstəyi asdı. Yerində donub qaldı.

Bilmirdi neyləsin. Allahım sən özün Cavidin cəzasını ver. Məndən istifadə etdi. Mənim saflığımdan istifadə etdi. Mənim hisslərimlə oynadı. Ey Rəbbim sən onun həyatını məhv elə.

 

Şirin yalanlar...

 

Bu vaxt Ayanın anası gəlir. Qızının ağladığıni görüb soruşur:

-Qızım nə olub? Niyə ağlayırsan?

Ayan:

-Ana axı niyə bütün bunlar mənim başıma gəlir? Ana, Cavid məni aldadıb, məndən istifadə edib, hisslərimlə oynayıb.

Ayanın anası:

-Qızım, axı nə olub? Kim sənə nə dedi ki?

Ayan:

-Ana bu gün Cavidin toyu imiş. Mənə yalandan deyib ki, elçi gələcəklər.

Ayanın anası eşitdiklərinə inana bilmir. Əl açıb Tanrıya deyir:

-Allahım, sən qızımın həyatı ilə oynayanların tezliklə cəzasını ver. Ya Rəbbim, sənə yalvarıram qızımın həyatını məhv edənləri cəzasız qoyma.

Ayan özünü toparlayıb Cavidə zəng edir. Cavid dəstəyi götürür və yenə yalan danışır:

-Canım yoldayıq gəlirik.

Ayan:

-Cavid səni Allaha tapşırıram.-deyib telefonu söndürür.

Beləcə Ayanın günləri ağlamaqla, kədərlə keçir. gunler kecir. Ayan yeni həyata başlayır. Bir gün Ayanın telefonuna bir zəng gəlir. Dəstəyi götürür. Zəng edən Cavidin yenicə evlənmiş arvadı Səidə imiş:

-Ayan, salam. Sənin nömrəni Cavidin telefonundan götürmüşəm. Sənə demək istiyirəm ki, biz Cavidlə 3 il nişanlı olmuşuq. Onu bilirəm ki, Cavid səni sevib, amma var dövləti pulu daha çox sevir. Mən də evimizin tək qızı olduğumdan atam mənə ev verib. Cavidi işlə təmin edib. Ona görə də Cavid məndən ayrıla bilməz. Sən onu unutsan yaxşıdı.

Ayan deyir:

-Mən Cavidi çoxdandı unutmuşam. Onu Allahıma tapşırıram-deyib telefonu söndürür.

Beləcə 8 ay keçir. Ayan artıq keçmişini unudub. Bir gün Ayan rəfiqəsigilə gedərkən Cavidə rast gəlir. Yanından ötmək istəyərkən Cavid onu saxlayır:

-Ayan, məni bagışla. Səni aldatdım. Hisslərinlə oynadım, həyatını məhv elədim. Amma elə bilmə ki, xoşbəxtəm. Arvadım mənə xəyanət etdi. Anam xərçəng xəstəliyinə tutuldu. Özümün isə heç vaxt uşağım olmayacaq. Məni bağışla. Artıq heç kimim heç nəyim yoxdu.Nə işim yoxdu, nə ailəm, heç kimim.

Ayan heç nə deməyib çıxıb gedir. 5 ay sonra ağıllı tərbiyəli bir ailədən elçi gəlirlər. Ayan da o ailəyə razılıq verir və ailənin tək oğlu olan Kənanla evlənirlər. Xoşbəxt bir həyat sürürlər.

 

Şirin yalanlar...



 

31 iyul 2013
GO BACK