Qadin.NET / Dördüncü uşaq

Dördüncü uşaq

Dördüncü uşaq

Dördüncü uşaq
On iki il idi ki, evli idilər. Bir - birindən gözəl üç uşaqları var idi. Ancaq birdən - birə ayrılmağa qərar verdilər. Üstəlik, uşaqlarından da keçmək istəmirdilər. Hakim ikisinə də ayrı - ayrılıqda qulaq asdı və sonra peyğəmbər qərarını xatırladan bir qərar verdi:
 - Görürəm ki, ikiniz də uşaqlarınızı çox sevirsiniz. Ancaq üç uşağınız olduğu üçün onları sizin aranızda bölə bilmirəm. Ən yaxşısı, siz evə qayıdın, bir uşağınız da olsun, sonra işinizə baxaram...
Bir il sonra isə gənc ailənin dördüncü uşaqları da olmuş və artıq məhkəməyə də ehtiyac qalmamışdı...
26 oktyabr 2010
GO BACK