Yaxşılıq
Qədim zamanlarda bir kişi vardı.Kişinin həyat yoldaşı ağır xəstə idi.Tez bir zamanda həkim gətirmək lazım idi.Kənd ilə qəsəbənin arasi bir günlük yol idi.Hazırlaşdı və həyat yoldaşına dedi:-Biraz döz həkim gətirərəm ,inşallah yaxşı olarsan.
Yay fəsli idi istidən nəfəsi kəsilirdi .Amma getməyə məcbur idi.Təxminən 5 saat idi yol gedirdi.Günortanın istisi,bərk susamışdı.Əlini çantasına atdı ,su qabısını evdə unutmuşdu ...Nəetsin evə qayida bilməzdi.Xəstə arvadına həkimi təcili gətirməliydi.
Allahım mənə kömək et.Mənə dözmək üçün güc ver-deyərək yoluna davam etdi.Həm yol gedir, həmdə su axtarırdı.Birdən qabaqda bir neçə quşun bir nöqtədə uçduğunu gördü.Çox sevindi ehtimalki orada su vardı.O yerə çatanda gördü ki doğrudanda quyu var.
-Şükürlər olsun ya Rəbbim heç bir qulunu susuzluqla imtahana çəkmə.Quyunun divarlarından tuta-tuta dibinə endi.Sudan doyunca içdi.Tez yola düşməli və qəsəbəyə çatmalıdı.Quyudan çıxanda ətrafda bir itin susuzluqdan nəmli torpağı yaladığını gördü.İt adamın gözünün içinə baxır sanki ondan su istəyirdi.Adam bu mənzərəyə dözə bilmədi,təkrar quyunun dibinə endi.Birdən yadina düşdüki itə suyu nə ilə aparacaq.Tez ayaqqabisini çixarib su ilə doldirdu.Bəs ipi yoxdu quyudan necə çixacaq.Ayaqqabisını ağzı ilə tutub quyudan çıxdı.İtə su verdi.İt suyu içdi ama doymadı. Suyun çoxu tökülmüşdü.Kişi it doyana qədər,bir neçə dəfə quyuya düşüb çixdi.İt doyduqdan sonra yoluna davam etdi.
Adamın bu hərəkəti Haqq-Təlanin çox xoşuna gəldi.Onun bütün günahlarını bağışladı və öləndə onu cənnəti ilə mükafatlandırdı.
Yaxşılıq etmək və mərhəmətli olmaq insana xas olan keyfiyyətdir.İnsan bu gözəl keyfiyətləri ilə ancaq insana deyil bütün məxluqata qarşi davranmalıdır.
Yaxşılıq etmək hər zaman asan olmur.İnsanin qarşisina çox əngəllər çixir.Ancaq insan bu əngəlləri aşmaği bacarmalı və davamlı olaraq yaxşılıq etməlidir.