Qadin.NET / Balıqçı

Balıqçı

 

Balıqçı

 

Varlı amerikalının yolu Meksikanın sahil qəsəbələrindən birinə düşmüşdü. Limanda gözü balıqla dolu bir qayıqda oturan balıqçıya sataşdı. Yaxınlaşıb maraqla:

- Bu qədər balığı tutmaq üçün sizə nə qədər vaxt lazımdır? - deyə soruşdu.

Balıqçı laqeydliklə:

 - Bir - iki saat, - deyə cavb verdi.

Amerikalı təəccüblə:

 - Bəs niyə bundan çox tutmaq istəmirsininz? - dedi.

Balıqçı yenə eyni laqeydliklə:

 - Ailəmi dolandırmaq üçün bu da bəsdir, - deyə cavab verdi.

Amerikalını maraq götürmüşdü:

- Bəs boş vaxtınızı necə keçirirsiniz?..

 - Səhər dənizə çıxıb bir az balıq tuturam. Sonra evə qayıdıb uşaqlarımla oynayıram. Günorta isə həyat yoldaşımla gəzməyə çıxıram. Axşamlar dostlarımla yığışıb söhbət edirəm. Demək olar ki, boş vaxtım qalmır...

 

Balıqçı

 

 - Mənim Harvardda tanışlarım var. İstəsəniz, sizə kömək edə bilərəm. Ancaq bunun üçün daha çox balıq tutmalısınız. Həm də bu balaca qayıqla yox, böyük qayıqla... Onda daha çox pul qazanarsınız. Sonra bir qayığınız yox, bir neçə qayığınız olar. Tutuduğunuz balıqları birbaşa balıq zavoduna verərsiniz. İstəsəniz, özünüz də zavod tikə bilərsiniz. Ancaq bunun üçün gərək bu balaca qəsəbədən çıxıb Mexikoya köçəsiniz. Sonra da Los - Ancelsə... Axırda da böyük bir holdinq qurub Nyu - Yorkda yaşayarsınız...

 - Yaxşı cənab, bütün bu dediklərinizi etmək üçün mənə nə qədər vaxt lazımdır? - deyə balıqçı soruşdu.

Amerikalı:

 - Yəqin ki, 15 - 20 il, - deyə cavba verdi.

 - Bəs sonra?

 

Balıqçı

 

 - Sonra da aksiyalarınızı yaxşı qiymətə satıb milyonçu olarsınız.

 - Milyonçu? Maraqlıdır, bəs sonra?

Amerikalı əvvəlkindən də həvəslə:

 - Sonra təqaüdə çıxarsınız. Balaca bir balıqçı qəsəbəsində ev alarsınız. Darıxmamaq üçün hərdənbir balıq tutarsınız. Balıqdan qayıdıb nəvələrinizlə oynayarsınız. Sonra həyat yoldaşınızla gəzməyə çıxarsınız. Axşamlar da dostlarınızla yığışıb söhbət edərsiniz...

- Çox gözəl, ancaq sizcə mən indi  nə edirəm?...

15 oktyabr 2010
GO BACK