Elə indi də Nataşanın özünü ona “yapışdırması” onda ikrah hissi yaradırdı. Hakop Nataşaya irişdi:
− Nataşıçka, Sergeylə sən ora sevgili cütlük kimi gedəcəksiniz. Belə olsa diqqət çəkməyəcəksiniz. - üzünü yanında əyləşmiş, saçları tamam tökülmüş erməniyə tutdu - Movses, metro əməliyyatına görə sən cavabdehsən. Abovyanla Yeramyan biri-birilə dalaşıb səs-küy, qarışıqlıq salacaqlar. Mütləq girişdəki bütün polislərin diqqətini cəlb etməlisiniz. Bu vaxt Zoya axsayaraq qoca qadın qiyafəsində çantasındakı partlayıcını keçirməlidir. Zoya, çalış ən çox sıxlıq olan vaqona daxil ol... Movses, çıxışda Zoyanı görən kimi pultun düyməsini işə sal. Eyni vaxtda Nataşa da sıxlıqda bir bəhanə ilə partlayıcı bərkidilmiş qalın kürkünü hansısa bir oğlandan saxlamağı xahiş edəcək. Sergey də Nataşanın uzaqlaşmağına şərait yaratmaq üçün həmin oğlanla problem yaradacaq və tez də oradan uzaqlaşacaq. Nataşa Sergeyi görən kimi partlayıcını işə salacaq...
Yadınızda saxlayın, yalnız cəld və diqqət çəkmədən hərəkət! Səhv edən özü öləcək, geriyə şansımız yoxdur! Movses başı ilə Hakopun sözlərini təsdiqlədi. Nataşa da gülümsəyib Sergeyə göz vurdu. Zoya isə yenidən coşdu:
− Yox, hələ Zoyanı yaxşı tanımırsınız, mən öz işimi təmiz görəcəm. Hamı bu “qoca qarının” şücaətinə mat qalacaq! Hakop əlini onun kürəyinə vurdu:
− Heç qocaya oxşamadın... – bərkdən güldü.
* * *
Ermənilərin Azərbaycanda törətdikləri - təkcə türklərə qarşı deyil, bütün insanlığa qarşı olan bu dəhşətin 19-cu ildönümünə cəmi 2 gün qalmışdı... Siyasi mübarizələrdə Ermənistan Azərbaycanı üstələyə bilmirdi. Heç bir sahədə! Azərbaycanlılar hətta şahmatda erməniləri mat edir, futbolda məğlub edir, güləşdə həmişəki kimi kürəklərini yerə vururdular. Əlbəttə, məlum məsələ idi. Ermənilər yalnız silah gücü ilə, siyasi və hərbi dayaq almaqla dinc əhalini qırmağı bacarırdılar. Təkbətək döyüşdə isə həmişə rəzilcəsinə məğlub olurdular. Buna görə də həmişə arxadan zərbə vurmağa çalışırdılar. Azərbaycanda və ümumən türk dünyasında “erməni” sözü “oğru” sözünün əsl sinoniminə çevrilmişdi. Doğrudan da gülünc oğrular idi...
Azərbaycana bata bilmədiklərini görüb musiqisini, adlarını, hətta yazıçılarını belə öz adlarına yazmaqla guya qisas alırdılar... Lakin indi vaxtilə törətdiklərindən hətta 19 il keçsə belə rəzilliklərinə yenə davam edirdilər. Həmişə Sergeyin atası Hakop fəxrlə Xocalı faciəsinin əsas təşkilatçılarından olan Serj Sərkisyandan, Robert Köçəryandan, Zolıy Balayandan, Seyran Ohanyandan, onların əməliyyatlarından danışırdı. İndi də düz 19 il sonra qan içməyi qarşısına məqsəd qoyan Serj Sərkisyan yeni əməliyyat planı qurmuşdu. Düz beş il idi ki, bu plana ciddi hazırlıq gedirdi. Rus vətəndaşlığına keçmiş ermənilərin sənədləşdirmə işlərini tam qüsursuz hazırlamışdılar. Artıq Xocalı faciəsində, işğallarda böyük rol oynayan ermənilər – Hakop, Movses, Yeramyan, Abovyan və Hakopun erməniləşdirdiyi Sergey çətin təlimlərdən sonra qırğın - terror üçün Bakıya göndərilmişdi. Ermənistan mərkəzi vaxtilə adlarını dəyişib Azərbaycanda qalan bəzi ermənilərlə hələ də əlaqə saxlayırdı. Bu dəfə Zoya adlı erməni qadın bu əməliyyatın Azərbaycandakı iştirakçısı idi. Əməliyyatda iştirakı şəxsən özü istəmişdi.Hakop Zoyanın evində təlimatları versə də, özünün, Yeramyan, Abovyan və Zoyanın kiçik qızının iştirak edəcəyi ikinci əməliyyatın planını açıqlamadı. Hamının bildiyi yalnız o idi ki, bu Novruz bayramında olmalıdır. Sergey və Movses çıxıb əməliyyat aparacaqları ərazini şübhə yaratmadan tamamilə nəzərdən keçirməli idilər. Sergey yerindən qalxdı:
− Daha sözün yoxdursa mən gedim.
Hakop hökmlü səslə əmr etdi:
− Problem yaratmadan!
Sergey razılıqla başını tərpədib, qapıdan çıxdı.
Hakop Sergeyin arxasınca sivişib çölə çıxmaq istəyən Nataşanı səslədi:
− Sən getmə hələ, sözüm var. Əlindəki siqareti yerə atıb tapdaladı, otaqdakıları ötəri süzdü:
− Movseslə Abovyan bilir, qalanınız da bilin! Sergey mənim oğlum yox, Azəri türküdür, türk balasıdır... Zoya heyrətdən qabarıq gözlərini bir az da qabartdı:
− Nəəəə?
Hamısı çox heyrətlənmişdilər. Nataşa lap çaşıb qaldı:
− Hakop, nə danışırsan? Bu necə olur? Hakopun gözləri bir vaxt Xocalıda olarkən parladığı kimi parladı:
− O vaxt Xocalıda öldürdü anası özünü. Çox gözəl qadın idi. Onu saxlayacaqdım. Əzab verə-verə, zülm verə-verə. Gözəlliyindən həzz alacaqdım. Amma süründürəcəkdim. Çünki, çox gözəl idi. Onun günahı o idi ki, erməni olaraq doğulmamışdı. Düşmənimə vurulmuşdum. Ancaq öldürdü özünü. Mən də gözəl sifətini tapdaladım, dağıtdım, təpiklədim. Sergeyin nənəsini də əsir götürdük. Cavan idi, canısulu idi... Amma hələ də məni görəndə “İsmayılımı sən öldürdün!” deyib, qarğış edir. Baxıb gülürük. Xəbəri də yoxdu ki, həmişə yanımda gördüyü oğlan elə öz nəvəsidir. – qəhqəhə çəkdi – Hə, Xocalını alanda Sergeyi beşikdə tapmışdım. Ağlayırdı. Amma öldürmək üçün xəncəri çəkəndə ağlamadı. Əsəbdən dəli olurdum. İstəyirdim ağlada-ağlada öldürüm, ağlasınlar, yalvarsınlar, bu mənə həzz verirdi. Amma ağlamadı. Gözlərinə baxdım, heç nədən narahat olmadan, ağlayıb anasını çağırmadan düz gözlərimə baxırdı. – hirslə yumruğunu stola çırpdı – lənətə gəlsin bütün türkləri. Hamısı qırılmalıdır! Hələ də onu görəndə elə bil içimi kəsib-doğrayırlar. Mən onda qorxdum o uşaqdan, hə, görüm lənətə gəlsin! Qorxdum! Elə bildim xəncər mənim yox, onun əlindədir, ona görə belə gözünü qırpmadan baxır. Onda bir şeyi başa düşdüm. Türkün sonuna türk çıxa bilər, yalnız türk! Yenə bir siqaret yandırdı. Sükuta dalıb ona baxan həmyerlilərinə ötəri nəzər saldı:
– İsraillilər çox hiyləgərdilər. Bilirsiniz niyə istədiklərinə tez çatırlar? Türkü türkə, müsəlmanı müsəlmana qırdırırlar çünki. Axırda da yolları təmiz olur. Keçən toplantıda bunu Serj Sərkisyan yaxşı anlatdı bizə. Dedi ki, əgər Türkiyə-Azərbaycan qarşıdurması yarada bilsək, araya düşmənçilik sala bilsək, heç bizə ehtiyac qalmayacaq... Bunun doğruluğunu hələ o körpənin gözünə baxanda başa düşmüşdüm. Onu götürəndə Abovyan dedi ki, öldürüm, razı olmadım amma. Bax bu gün üçün. Abovyan, ayın 26-sı sənə borcumu qaytarıram. Zoya boynunu qaşıdı:
− Bəs sonra neyləyəcəksən?
Hakop qalın dodaqlarını yaladı:
− Hm, Nataşanı ona görə saxladım, sizin əməliyyatın sonu bayaq dediyim kimi olmayacaq. Sergey oğlanın başını qarışdırarkən, sən uzaqlaşan kimi Sergeyi gözləmədən bombanı işə salacaqsan...
Movses etiraz etdi:
− Hakop, dəli olmusan? Bu əməliyyat nədir ki? O ən çətinin də öhdəsindən gələr. İndiyə kimi çox yaxşı təlimatlandırılıb, əvəzedilməz kəşfiyyatçıdır.
Zoya təsdiqlədi:
− Movses düz deyir.
Bayaqdan susub dayanan Abovyan Hakopa baxdı:
− Bəs Sərkisyan nə deyəcək?
Hakop əsəbləşdi:
− Sərkisyana xəbər verəcəm ki, Sergey oradan uzaqlaşa bilmədiyi üçün həlak olub. Elə bilirsiniz mənim ürəyimcədir, hə? Onun qüvvəsinə mən bələdəm. O çox şeyə qadirdir. Aslan kimi döyüşür, çox ağıllıdır, iti fikirləşir. Anında qərar verə bilir. Amma
onu bu gün məhv etməsəm, sabah mütləq itirəcəm. Buna əminəm. Heç bilirsiniz o mənə hörmət etdikdə, sözümdən çıxmayanda, hələ məni ata çağıranda elə bilirəm söyür məni. Düşmənimə evimdə çörək verirəm, su verirəm, yataq verirəm. Düşmənim mənə ata deyir. Alçaq türklər! Hamısına, nifrət edirəm, hamısına!
Ayağa qalxıb gəzişməyə başladı:
− Əvvəl elə bilirdim tamamilə erməni kimi böyüyəcək əclaf! Amma xeyri yoxdur, qanı türk qanı, südü türk südü, laylası türk laylası olub! Bu Azəri türklərində layla böyük əhəmiyyət daşıyır. Bunu həmişə mənasız sayırdım. Amma bir dəfə əsrlər saxlanan tövlənin qapısındakı dəlikdən içəri necə baxdığını gördüm Sergeyin. 15 yaşı olardı onda. Xəlvət yaxınlaşdım. Gördüm ki, içəridə bir əsir qadın bayatı deyirdi. Sergey elə heyranlıqla, elə həssaslıqla qulaq asırdı ki, hələ onun çağırmağımdan da xəbəri olmadı. Sonra, - azacıq fasilə verdi - qadının dilini kəsib Sergeyin əli ilə qadının özünə yedirtdim. Sergey özünü o yerə qoymasa da, gördüm narazı qalıb. Onda başa düşdüm ki, erməni kimi yaşaya bilər, amma erməni heç vaxt olmaz!
Nataşa bayaqdan dinməz dayanmışdı. Onun hələ ilk görüşdən Sergeydən çox xoşu gəlmişdi. Başqalarına qarşı olduğu kimi yox, sözün əsl mənasında xoşlamışdı bu mərd baxışlı oğlanı. Onunla ciddi münasibət qurub uzaqlara getməyi planlaşdırmışdı artıq xəyalında. Amma... Amma Hakop onun bütün xəyallarını alt-üst etdi. Bu necə ola bilərdi axı? Hakopu xeyli vaxt vardı tanıyırdı. O, buradakı vəziyyəti öyrənmək üçün rus pasportu ilə dəfələrlə gəlmişdi. Hələ Akopu da gətirmişdi bir dəfə. Amma onun başqa oğlunun olduğundan da xəbərdar idi Nataşa. Hakopun Zoya ilə xüsusi münasibətinin olmasına baxmayaraq, hətta onun özündən 30-35 yaş kiçik qızlarını da əldən vermək istəmirdi... Sözün düzü ürəyində bu adamdan qəti xoşu gəlmirdi. İndi də olanları eşidib tamam məyus olmuşdu. Kefsiz halda etiraz etdi:
− Amma bir az da istifadə etmək olar axı. Hələ onun... Hakop qışqırdı:
− Kəs səsini! Mənə ağıl öyrətmə! Görmürəm guya, o gələndən əriyib muma dönmüsən. Məqsədimiz də çıxıb yadından.
Zoya tez aranı sakitləşdirməyə çalışdı:
− Hakop, əzizim, elə o da bizim işimiz üçün deyirdi. Amma sən necə deyirsən elə də olsun. – yaltaqlıqla güldü. Hakop qaş-qabaqla Zoyanı süzüb, qıza yaxınlaşdı. Onun zərif çənəsini kobud ovcuna alıb yuxarı dartdı:
− Gözəlim mənim, indiyə kimi az türk oğlu görməmisən ki... Bu da iki gün ixtiyarındadır, sonrası mənlikdir! - əlindəki siqaret kötüyünü yerə tullayıb anbardan çıxdı.
Nataşa onun ardınca nifrətlə qapıya tərəf baxırdı...
Ardı var...