Qadin.NET / Səni sevirəm

Səni sevirəm

 

Səni sevirəm

 


9-cu sinif.Yanımda dünyalar gözəli bir qız əyləşib .Üzünə baxmağa belə qıymıram.Mən onu dünyalar qədər sevirəm o məni dost bilir .Nədənsə öz-özümdən çox utanıram.10-cu sinif.Mənə zəng elədi, oğlan dostu ilə dalaşdığını və mənə ehtiyacı olduğunu söylədi .Bizə gəldi, mənə sarılıb yana-yana ağladı .Yorğun idi, başını dizimə qoyub yatır, mən onun saçını sığallayıram, nədən mən səni bu qədər sevərkən sən məni yalnız dost bilirsən .Nədənsə öz-özümdən çox utanıram. 11sinif. Hələ, 8 ci sinifdən sözləşmişdik, əgər yoldaşımız olmasa son zəngə bir gedəcəyik .Zəng elədi, oğlan dostunun gələ bilməyəcəyini və mənimlə getmək istədiyini bildirdi.Razı oldum, onu evlərindən aldım.İlahi, necə gözəl idi, dümağ geyinmişdi, mələklərə oxşayırdı .Sabaha qədər rəqs elədik. O qollarımdaykən düşünürdüm, niyə mən sənə səni sevdiyimi deyə bilmirəm, niyə sən məni yalnız dost bilirsən .Evlərinə gələndə, məni bərk-bərk qucaqlayıb yanağımdan öpdü, sən mənim ən yaxın dostumsan dedi.

Aradan illər kecdi.

İndi mən, mələyimi qara torpağa tapşırıram .Göz yaşlarım yanağımdan axır .Şəxsi əşyalarından mənə bir dəftər verdilər .Açıb baxdım, gündəlik idi .Bir səhvəsində belə yazırdı .Yanımda dünya yaraşıqlısı bir oğlan oturub, üzünə belə baxa bilmirəm .Mən onu canımdan çox sevirəm, o məni yalnız dost bilir.Oğlan dostum olduğunu deyib, onunla bağlı yalanlar söylüyürəm .Nə olar, mənə bircə dəfə səni sevirəm deyəydi, dünya mənim olardı.

Hiçqıraraq ağladım .Darıxma sevgilim, indi gəlirəm, SƏNƏ SƏNİ SEViRƏM deməyə.

4 oktyabr 2010
GO BACK